Boyun adı
|
XVI əsr
|
Bu gün
|
Kayı
|
94
|
25
|
Avşar (Əfşar)
|
86
|
53
|
Kınık
|
81
|
46*
|
Eymür
|
71
|
28
|
Karkın
|
62
|
34
|
Bayındır
|
52
|
28**
|
Salur
|
51
|
22
|
Yürəgir
|
44
|
9
|
Çəpni
|
43
|
36
|
İğdir
|
43
|
14
|
Bayat
|
42
|
32
|
Ala-Yundlu
|
29
|
1
|
Kızık
|
28
|
21
|
Yazır
|
24
|
19
|
Dodurğa
|
24
|
12
|
Bəydili
|
23
|
9
|
Büğdüz
|
22
|
6
|
Çavuldur (Çavundur)
|
21
|
17
|
Yıva
|
19 (?)
|
-
|
Döyər
|
19
|
6
|
Qara-Evli
|
8
|
6
|
Peçeneq
|
4
|
10***
|
Alka-Bölük (Alkaravlı)
|
-
|
-
|
Baharlu
|
-
|
-
|
ANADOLU və SURİYADAKI TÜRKMƏN
OYMAQLARI İLƏ İLGİLİ SİYAHILAR
Anadolu və Suriyada yaşayan türkmən oymaqları haqqında bəzi siyahılar vardır. Bu siyahılardan ən əskisi XIV əsrdə tərtib edilmişdir. Digərləri isə XV, XVII və XVIII əsrlərdə meydana gətirilmişdir Bunlardan başqa, XIX əsrdə Çuxurovada və Qərbi Anadoluda yaşayan oymaqlarla əlaqədar siyahılar da vardır. Kitabda yeri gəldikcə bu siyahılardan istifadə edilmişdir. türkmən oymaqlarının tarixini tədqiq etmək istəyənlərə kömək üçün Katib Çələbinin siyahısı orijinalda, digər müəlliflərin siyahılarının türkcə tərcüməsi aşağıda verilmişdir.
Ən əski siyahı XIV əsrdə yazılmış “Kitabü icabət is-sail ila mərifət ir-rəsail” adlı əsərdədir. Bu siyahı XV əsrın ilk rübündə ölən (1418) Kalkaşəndi adlı misirli müəllifin “Sübh ül-aşa”adlı kitabında da var. O, türkmənlərə dair başqa bilgilər də verir. Bundan dolayı həmin müəllifdəki siyahı əsas kimi qəbul olunmuş və “Kitabü icabət is-sail”dəki siyahıya istinadən lazımi düzəlişlər edilmişdir.
1. ƏN ƏSKİ SİYAHI (XIV əsr)
"Ət-Təskif”də1 deyildiyinə görə, türkmən oymaqlarının çox azına Şərq ölkələrinin böyüklərinə göndərilən məktublar kimi məktub yazılırdı. Geri qalanlarına “taətiş-şərifə” sözü yazılır. Bununla bərabər, onlara göndərilən mühüm yazılarda yalnız “şərifə” kəlməsi olur.
1. Türkmənlərdən Murad xoca2. Buna əs-sami yazılmır, yalnız adı yazılır.
2. Bozdoğan oğlunun qardaşı oğlu Böyük Bakiş (Bəgiş?). Buna əs-sami yazılmır, yalnız adı yazılır3.
3. Zeyn ül-mülk Bozdoğan. Buna da əs-sami yazılmır, yalnız adı yazılır. Ancaq onun üçün “Şərq ölkələrindəki türkmən böyüyü” sifəti adından öncə yazılır4.
4. Boz-oxlular. Türkmən İnal oğlu Əli bu icmadandır, əs-sami yazılmır, bilinən adı yazılır.
5. Əlişar oğlu Yaqub. Buna adı və əs-sami yazılır. “Ət-Təskif”də deyildiyinə görə, 741-ci ildə (1340/1341) qazı Nəsrəddin bin ən-Nəsai ona (yəni Əlişar oğlu Yaquba) belə yazmışdı5.
6. Döğər Salim1. Adı və əs-sami2 yazılır.
Bilinməlidir ki, yenə “ət-Təskif”dən nəql edilərək Suriya (Şam) yörələrindəki türkmənlər haqqında bilgi verilmişdir. Həmin kitabda türkmən bəylərindən heç birinə taət3 kəlməsi yazılmamışdır. Əgər onlara yazılması lazım gələn bir şey olsa, bütün oymaqlarına göndərilən yazılarda mütləq şərif4 kəlməsi işlənirdi.
Aşağıdaki oymaqlar türkmənlərdən sayılır:
Birincisi: boz-oxlar. Dulqədir oğlunun oymağı və daha öncə adı çəkilən İnal oğulları bunlardandır.
İkincisi: üç-oxlar. Ramazan oğulları və özərlilər5.
Üçüncüsü: avşarlar. Bunlar Hələb türkmənləridır.
Dördüncüsü: döyərlər6. Bunlar Döyər Salimin oymağıdır.
Beşincisi: xarbəndəlilər7. Bunlar Mustafanın oymağıdır.
Altıncısı: ağac ərilər.
Yeddincisi varsaq(lar). Bunlar Tarsus türkmənləridir.
Səkizincisi: kınıklar.
Doqquzuncusu: bayındırlar. Bunlar kınıklardandır8.
Onuncusu: bəydililər9. Taşbun (Taşkun) oğulları bu oymağın başlarıdır.
Onbirincisi: bayatlar.
“Təskif”də “türkmənlər daha da çox oymaqdır, burada hamısını anmaq mümkün deyildir” deyilir10.
Dostları ilə paylaş: |