2. XƏLİL ZAHİRİNİN SİYAHISI (XV əsrın birinci yarısı):
"Sonra Qəzzədən Diyarbəkirə qədər uzanan bölgədəki türkmənlər haqqında bilgi vermişdim. Bu türkmənləri meydana gətirən oymaqlar bunlar:
Qut bəyi oğulları1
Köpək oğulları
Saqqalsız oğulları
Dülqədir oğulları [ibn Dülqədir]
Ramazan oğulları
Özərlilər
Bəydililər
Bayatlar2
Bozcalular3
10. Maraşlular4 (?)
Ürəgirlilər5
Üç-ohlu (oxlu)
Boz-ohlu (oxlu)
İnallular
Xarbəndəlilər
Gündüzlülər6
Kınıklar7 (?)
Adı çəkilən boylar da çoxlu obalara ayrılırlar. Bunların hamısının çıxar-
dıqları əsgərin sayı 180.000 atlıdır”8.
3. KATİB ÇƏLƏBİNİN SİYAHISI (XVII əsrin ortaları)
Osmanlının ən böyük elm adamlarının biri olan Katib Çələbi “Cahannüma” adlı coğrafiya əsərində əski və yeni Hələb türkmənlərinə dair bir siyahı vermişdir.
Bu siyahını olduğu kimi təqdim edirik9:
“Və ol vəqt türkmani-Hələb səkkiz taifədir:
Zülqədriyyə (dülqədirli) Əlbistanda yaşayırdı.
Özəriyyə (özərlilər). Davud bin Özər camaatından, Misisada (Misisdə)10.
Zəkəriyyə (Dögəriyyə=döyərlər); Salimi-Zəkəri (döyəri) camaatı Çakıtdadır2.