Çəpni: önəmli bir oymaq olub Aydın vilayətinin hər tərəfinə yayılmışlar.
Çitmi3:
Dədə Karkınlı4: Saru-xan sancağında otururlar.
Dəriçi: Aydın və Bursa vilayətlərində otururlar.
Dosuti ərəbli:
Əski yörük:
Əşpək:
Geypey:
Gərinisli: Nazillidən Muğlaya qədər olan yerlərdə yaşayırlar.
Göşçi (?): Nazillidə.
Xırmandalı5:
Xutal:
Gözəl bəyli: Nazilli civarında otururlar.
İynəçi: Saru-xan sancağında.
İmir xarici1: Saruhan sancağında.
Cərid2 (Cirid): Nazilli yaxınlığında otururlar.
Qara Fak oğlu: Aydın və Bursa vilayətlərində.
Qaramanlı: Nazillidən İspartaya qədər olan yerdə.
Qara yağcılı:
Kosalar: Nazillidə.
Kılaz:
Kirtiş:
Kislilərli: Saru-xan sancağında.
Qızıl işıqlı: Bu da Bursa vilayətində oturur.
Qocabəyli: Aydın və Bursa vilayətlərində.
Musarlarlı: Saru-xan sancağında.
Muzan: Bursa vilayətində.
Omurlu:
Rəhman:
Saatçı (Saçı qaralı): Vamberiyə görə, Nazilli civarında.
Sarı keçili:
Daş evli:
Təkkəli3:
Təraci4:
Yatağanlı: Qaraağac yaxınlığında.
Yel aldı:
7. İRANDA YAŞAYAN TÜRKMƏN ƏSİLLİ OYMAQLARLA ƏLAQƏDAR SİYAHILAR
İranda yaşayan türk əsilli oymaqlar onlara xas olan bir sıra xüsusiyyətlərlə alimlərin diqqətini xüsusi olaraq cəlb edirlər. Çünki bu oymaqlar XV əsrdən XX əsrın ilk rübünün sonuna qədər İranı idarə edən dövlətlərin ən önəmli hərbi gücünü təşkil etmiş, biri müstəsna olmaqla xanədanların hamısı bu oymaqlardan çıxmışdır.
XIX əsrdə İranda yaşayan oymaqlar əski boy təşkilatları ortadan qalxmış, bir çoxu az öncə təşəkkül etmiş, bir çoxu yeni adlar almış, qalanları isə başlı-başına, yəni müstəqil bir oymaq səciyyəsi qazanmış kimi görünürlər. Buna görə, bu oymaqlarla əlaqədar bir çox məsələlərin həll edilə bilməsi üçün XVI əsrdə İranda yaşayan oymaqlara dair əsaslı bilgilərə sahib olmaq lazım gəlir.
XIX əsrdə İranı ziyarət edən avropalı səyyahlar bu ölkədəki oymaqlar barədə məlumatlar vermişlər. Hətta bu səyyahlardan bəzilərinin oymaqlarla bağlı siyahılar tərtib etdikləri də bilinir.
Avropalı səyyahlardan Dupre öz siyahısını dillərə görə, Lady Sheil isə bölgələrə görə düzəltmişdir. Ancaq Lady Sheil də oymaqların danışdıqları dilləri göstərməyi unutmamışdır. Səyyahların oymaqlar haqqında verdikləri bilgilərin mənbəyi iranlı yetkililərdir.
Dupre siyahısına daxil etdiyi bütün oymaqları əsgər oymaqlar (les tribus militaires) kimi səciyyələndirir. Çünki bu oymaqlar, yuxarda da göstərildiyi kimi, İran ordusunun çox önəmli gücünü təşkil etməkdə davam edirdilər. Dupreyə görə, dörd qola ayrılan əsgər oymaqların ən igidi və qələbəlik olanı türkcə danışan oymaqların meydana gətirdiyi qoldur1.