Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə45/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   41   42   43   44   45   46   47   48   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

6. Hamid və Təkə sancaqları.
Hamid sancağının Əyridir yörəsində yaşayan yörüklər ara­sında 250 nə­fərlik vergi mükəlləfiyyətli bir karkın oymağı var­dır. Ancaq bu karkın oy­mağının böyük qaramanlı boyuna bağlı olduğu göstərilir1. XVI əsrdə eyni adlı bir oymağın da Təkədə yaşadığı bilinir. 1102-ci ildə (1691) Rəqqa əya­lətinə yerləşdirilən bəydili oba­ları arasın­da karkın adlı bir obanın adı çəkilir2. Bu, yuxarıda bəhs olunan köçəri kar­kınlar ola bilər. Səyyah Nibur3 Antəb böl­gəsində olan Dədə Karkın (Dədə Karkın) adlı bir oymağın varlığını xatır­ladır. Bu bəhsi bitirməzdən əvvəl teymurilərdən Babur Mirzənin (ölümü: 861-1456) Astarabad valisi olan Baba Həsənin Kar­kın nisbəsini daşıdığı mü­şahidə edilir ki,4 bu, onun karkın boyuna mənsub olduğunu göstərir.
13. BAYINDIR
Rəşidəddinin «Oğuznamə»də yazdığına görə, Oğuz xanın nəvəsi Dib Yavku xanın bəylərindən Tülü Xoca və Ala Atlı Ki­şi Donlu Kayı İnal Yab­ğunun naibi Döngür oğlu Ərki bayındır boyundan idilər. Ərki, kül ərki xan ünvanı ilə Kayı İnal Yab­ğu­nun oğlu Tuman böyüyənə qədər hökm­darlıq et­miş, sonra oğuz taxtını Tumana vermişdir. Tuman isə 100 gün yabğuluq et­dik­dən sonra öz arzusu ilə taxtı kül ərkinin qızından olan oğluna vermişdir. O isə Tikən Bilə Ər Biçəgən Kayı Yabğu ləqəb və ünvanı ilə hökmdarlıq et­mişdir5.
Rəşidəddinin «Oğuznamə»də yazdığı bu sözlər üç-oxların əsil boyu olan bayındırların əski oğuzların tarixində mühüm rol oynadıqlarını göstərir. Bi­lindiyi kimi, Dədə Qorqud dastanla­rın­da oğuzların başçısı Qamğan oğlu Ba­yındır xandır. Ehtimal ki, bu, ağqoyunlu xanədanını yüksəltmək üçün das­tan­lara ozan­lar tərəfindən sonra əlavə edilmişdir. Ancaq Bayındır xanın ata­sına nə üçün Göy xan deyil, Qamğan adı verilməsini heç cür izah etmək mümkün olmur.
Təhrir dəftərlərində 52 kənd və əkinliyin Bayındır adını da­şı­dığı görü­nür6. Onlar da digər boyların adları kimi, Anado­lu­nun qərb və orta bölgə­lə­rin­dədir. Bu yer adlarından başqa Ada­nanın Haruniyyə qəzasının qərbindəki bir nahiyə də Bayındır adlanır. O zamanlar bir yörənin (nahiyə­nin) hər hansı bir oyma­ğın adını daşıması əksər hallarda orada yaşayanların hamısının və ya çoxunun eyniadlı oymağa mənsub olduğunu göstərir. Həmin Bayındır nahiyəsinin adı bu gün də qalır. İndi İzmirə bağ­lı olan Bayındır qəsəbəsi XVII əsrdə də vardı. Övliya Çələ­bi bu qəsəbənin öz adını Orxan Qazinin oraya yerləşdirdiyi ba­yandırlardan aldığını yazır7. Bunun bir xalq rəvayəti, yaxud Övliya Çələbinin özünə məxsus izahat olduğu bilinmir.
XVI əsrdə Anadoludakı bu yer adlarından başqa, həmin öl­kədə bu boya mənsub bəzi oymaqlar da vardı ki, onların ən mü­hümləri Hələb türkmənləri arasında və Tarsus bölgəsində ya­­şayırdılar.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin