Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə6/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   2   3   4   5   6   7   8   9   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

3. TULA BOYUNDA OĞUZLAR
Göytürk şahzadələrindən Kutluğun öz dövlətini qurmasın­dan sonra ke­çən 80 illik dövr barədə milli qaynaqlarımız var. Bu qaynaqlar Orxon kita­bələridir. Bu kitabələrdə irqi mahiy­yə­ti və siyasi səciyyəsi nə olursa-olsun, bütün siyasi və qöv­mi təşəkküllər budun gəlməsi ilə ifadə edilir: türk budu­nu, tabqaç budunu, kıtay budunu, oğuz budunu, qırğız budunu. Köçəri bu­dun­lar bir çox boylardan (kitabələrdəki bod?) meydana gəl­mişdir. Boylar da hər halda obalara ayrılırdı.
Türkiyə türkcəsində «budun» və qövm qarşılığı olaraq qə­dimdən «el» sö­zü işlənir. Eli meydana gətirən təşəkküllərə boy, boyu meydana gətirən­lə­rə isə oba deyilir.
İkinci göytürk dövləti qurulduğu əsnada Orta Asiyadakı siyasi və qövmi vəziyyəti belə idi:
Türk budunu. Abidələrdəki türk adı qövmi bir addır və bu adı türkcə da­nışan bütün qövmlərin deyil, onlardan yalnız biri­nin daşıdığı məlumdur. Xa­nədan bu qövmə mənsub idi, dövlət də başlıca olaraq bu qövmə əsas­la­nırdı.
«Türk» adının «törümək» (doğmaq-törətmək, dünyaya gəl­mək) felindən yarandığı haqda A. Vamberinin fikri bizə daha doğru görünür. Bu fikrə görə «türk» (əslində: törük, türük-türk) doğulan, dünyaya gələn deməkdir (yörük sözünün «yö­rümək» (yürümək) kəlməsindən yarandığı kimi). «Türk» sözü qüv­vət (güc) mənasında göytürklərdən çox-çox sonra, X-XIII əsrlərə aid uyğur kitabələrində müşahidə edilir, yəni türk adının mey­dana çıxmasından xeyli sonra, gec bir zamanda və yalnız türk qövmünə aid mətnlərdə rastlanır. Bu hal sözün güc-qüvvət mə­nasında qədim olduğuna şübhə yaradır. Üstəlik, türk sözü­nün uy­ğurlar arasında güc, qüvvət mənasında işlədilməsi göy­türk­lərin şanlı xatirələrindən, böyük şöhrətlərindən doğa bilər.
Oğuzlar. Onların əsasən Tula boyunda yaşadıqları anlaşı­lır. Kutluğun işə başladığı əsnada, çox ehtimal ki, Ötükən yörə­si də oğuzların əlində idi. O dövrdə oğuzların başında bir xaqan du­rurdu. Abidələrdə zikr edilən «Boz ka­ğanın» məhz bu xaqan ol­duğu anlaşılır. Onların dövlət təşkilatları və ha­kimiyyət­ləri altındakı torpaqlar barədə məlumatımız yoxdur. Abidələrdə on­lardan bəzən doqquz oğuz, bəzən də sadəcə olaraq oğuz kimi bəhs olunur.
Bilgə Tonyukuk abidəsindən görünür ki, Kutluğun fəaliy­yətindən qor­xu­ya düşən oğuzlar göytürklər əleyhinə ittifaq bağ­lamaq üçün Kunı Səngünü Çinə, Tonra Səmi xıtayların ya­­nına göndərmişdilər1. Bilgə kağan zamanında oğuzlarla mü­haribə dolayısı ilə Tonranın adı yenidən çəkilir2. Bu adın hər iki yerdə bir oğuz boyunu ifadə etdiyi təxmin olunur. Tonra Səm tonra bo­yundan olan Səm, Tonra Yılpağut isə tonra boyun­dan olan Yılpağut demək­dir3. Kitabələrdə bu cür missal­lar var. Kunı da bir boy adı ola bilər.
Aşağıda görəcəyimiz kimi, oğuzlar əsarət altına alındıqdan sonra, bir çox əsir türk qövmləri tək onlara da özlərindən və ya xanədandan bir hökm­dar təyin edilməmiş, türk budun kimi bir­başa xanlar tərəfindən idarə olun­muşlar. Kağanlar nəz­dində oğuz budunun türk budunundan çox az fərqlənən siyasi sta­tusa sahib olduğu müşahidə edilir. Bu səbəblə Toyukuk «Türk Bil­gə kağan türk sir budunıq oğuz budunıq iyidü olurur» (Türk Bil­gə xaqan va­hid (?) türk budununu və oğuz budununu yaxşı ida­rə edir) deyir,4 Bilgə ka­ğan isə kitabəsində bəzən türk budu­nu ilə birlikdə oğuz budununa və bəy­lə­rinə xitab edir: «Türk, oğuz bəgləri, budun eşidin» (türk və oğuz budunu və bəy­ləri, eşi­din)5. Hətta «Tokuz oğuz budun kəntü budunım ərti» (doq­quz oğuz bu­dunu öz budunum idi) cümləsini də6 qövmi (etnik) bir qo­hum­­luq şək­lində deyil, yuxarıda oğuzlar haqqında verilən mə­lu­matı, türk və oğuzun da tabğaç, qırğız, xıtay kimi budun kəl­mə­silə ifadə edilməsini nəzərə alaraq hüquqi münasibət mə­na­sında başa düşmək lazımdır. Bilgə kağan bu söz ilə doq­quz oğuz budunu türk budunu kimi doğrudan-doğruya mənə bağlı, mə­nim idarəm altındakı bir qövmdür demək istəyir1. Bu fikri təs­­diq edən digər qüvvətli bir dəlil də uyğur xaqanının eyni qövm, yəni doqquz oğuzlar üçün «budunım» (qövmüm) de­mə­sidir.
Oğuzların göytürk xaqanlarına heç cür ürək qızdırmama­ları isə pis idarə edilmələrindən daha çox ayrı bir qövmi təşək­kül ol­maları və ayrı bir siyasi keçmişə sahib olmaları ilə bağlı­dır. Aşağıda da bəhs ediləcəyi kimi, dövlətin yıxılması ilə türk bu­du­nu ortadan qalxdığı halda oğuzlara bir şey olmadı. On­lar uy­ğur dövlətində də türklərinkində olduğu kimi eyni xidmətdə ol­dular, bu dövlətin də istinad etdiyi ikinci ünsür sayıldılar, hət­ta uyğur xaqanına qar­­şı ara-sıra üsyan da etdilər.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin