1. Tarsus. Bu bölgədəki Göyçəlü adlı boy arasında bulunan iğdir obası iki qol halında olub, ayrı-ayrı tarlalarda əkinçiliklə məşğul olurdu. Bunlardan başqa, Adana ətrafında da eyni adda iki kiçik oymaq var. Bu bölgədəki sarı həmzəli oymağının da bir iğdir təşəkkülü olduğu məlumdur3.
2. İç-el. İğdirdən mühüm bir qolun da bu bölgədə yerləşdiyi nəzəri cəlb edir. Hətta demək mümkündür ki, İç-el bölgəsindəki türk xalqı əsasən bəydili, yıva və iğdirlərdən meydana gəlmişdir. Bu bölgədəki iğdirlər Qarı daş, Gülnar və Mut yörəsində yaşayırdılar. Qarı daşda yaşayan iğdirlər iki qola ayrılır və bu qollardan biri biçər iğdiri adını daşıyır. Biçər iğdiri Qanuni dövründə Ağ-viran (vergi vərən 169 nəfər) Kordüzlü (86 nəfər?), Təzəklü (33 nəfər), Üçayaqlı (41 nəfər), Arğıd qaş (46 nəfər) kəndlərində yaşayırdılar. Başqa qol olan oturaq iğdirlərin isə Qani (?), Divan (vergi ödəyən 103 nəfər), Nerun (149 nəfər?) və Sındavi (40 nəfər?) kəndlərində yaşadıqları məlumdur.
İğdirlərin Gülnarda yalnız Üçbaşlı adlı kənddə yaşadıqları məlumdur. Bu kənddəki iğdirlərin II Bəyazid dövründəki vergi verənlərinin sayı 178 idi. Sipahi olan İğdir oğullarının nəsli də (30 nəfər) eyni kənddə və ya ona yaxın bir yerdə yaşayır. II Bəyazid dövründəki osmanlı-məmlük hərbi münasibətilə varsaq bəyləri arasında adı çəkilən İğdir oğlu1 bu ailənin başçısı olan bəyi ifadə edir. İç-eldəki bu iğdirlərin bir obası da eyni dövrdə Orta Anadoludakı Qoç-hisar yörəsində yaşayan mühüm bir boz-doğan oymağı arasında görünməkdədir ki, indi ondan bəhs ediləcəkdir.
3. Qoç-hisar. İç-el bölgəsindəki çox yayılmış boylardan biri olmaqla Silifkə bölgəsində yaşayan böyük boz-doğan boyunun bir qolu Orta Anadoludakı Qoç-hisar bölgəsində yurd salmışdır. II Bəyazid dövründə bu boz-doğan qolunun obaları arasında 93 nəfərlik vergi verən bir iğdir təşəkkülü görünməkdədir. Bu keyfiyyət boz-doğan təşəkkülünun iğdir boyuna mənsub olduğunu göstərə bilər. İç-el bölgəsində də hər iki təşəkkülün yan-yana yaşaması bunu təsdiq edir2.