Türkmən oymaqlarına dair Avropalı səyyahların əsərlərində bəzi siyahılar müşahidə olunur. Bildiğımizə görə, bu siyahılarin ən qədimi məşhur səyyah Niburun (Niebuhr) kitabındakı siyahıdır Nibur bu siyahını 1764-cü ildə Hələbdə yaşayan Dr. R. Rasseldən almışdı1.
1
Bəydili
12.000 ev/çadır
Bunlar Urfa əyalətində otururlar.
2
Məhmələnli
500 çadır
Hər ikisi Urfa paşasının idarə
etdiyi yerlərdə yaşayır.
3
Bayındır
300 çadır
4
Pəhlivanlı
15.000 çadır
Sivas-Anqara arasında oturur.
5
Köçəkli
10.000 çadır
Sivas-Anqara arasında oturur2.
6
Avşar
500 çadır
Bu beş oymaq (yəni avşar, cərid, lək, bəbərli və ağcaqoyunlu) Sivas-Ankara arasında yaşayırlar).
Bunların yarısı Sivas, yarısı Hələb bölgəsində yaşayır. Ancaq daha əvvəl də deyildiyi kimi, bu iki el-bəyli (Sivas və Maraş) oymaqları arasında sadəcə adaşlıq var.
27
Qаrаса Kərd
500 çadır
Kayseri bölgəsində yaşayır. İndi qaraca-kürd deyilir. Adı Bozulus türkməninin ən mühüm oymaqlarından biri kimi tez-tez çəkilir.
6. DR. ÇAKIROĞLUNUN QƏRBİ ANADOLUDAKI YÖRÜK OYMAQLARINA DAİR SİYAHISI8 (XIX əsrın II yarısı):
Əhmədli: bir bölüyü Kulada, bir bölüyü də Bursaya bağlı Simavda yaşayır.
Altçı: Attalada; oturduqları yer At Alana qədər uzanır.
Anamaslı1: Dəmirçi qəzasında. Bunlar 50 çadır və 70 evdir. 10.000 davarları var, 15.000 quruş vergi verirlər.
Ərəbli2 : Salihli civarında yaşayırlar, yaşadıqları yer Bursa vilayətinədək uzanır.
Çaqqal: Saru-xan sancağında otururlar.
Çarıq: Kulada yaşayırlar.
Farsaq3: Aydın vilayətinin hər tərəfinə yayılmışlar. Bu, 1.200 ailədən ibarət olan çox zəngin və qələbəlik bir oymaqdır.
Göy musalı: bunlar Dəmirçi qəzasında, İnciklər kəndi yaxınlığında yaşayırlar. 50 çadır və 50 evdən ibarətdirlər.
İvatlı: Qameit (?) civarında yaşayırlar. 22 çadırdır.
Qacar4: Səlgədə və Alaşəhirdə yaşamaqla bərabər güneydə Nazilliyə qədər uzanırlar. Qacarlar qələbəlik və önəmli bir oymaqdır. Bu oymaq kula qacarı, kələş qacar və ova qacar qollarına (məhəllə) ayrılır. Vamberi səlgə qacarı da bunlara əlavə edir.
11. Qara-təkkəli5: İzmir civarında qışlayırlar.
12. Xorzum6: Aydın və Bursa vilayətlərində yaşayırlar.
Qızıl keçili7: Səlinti (Kula) nahiyəsində, Pınarköydə yaşayırlar. Bunlar 800 çadırdır, 60.000 davarları var, 6.000 quruş vergi verirlər.
Manavlı: Alaşəhirlə Salihli və Bursa vilayətində yaşayırlar.
Narincəlü: Kula qəzası ilə Dənizli yuxarısındakı Omur Bala dağ yaxınlarında yaşayırlar.
Saraç: Uşaq ilə Eşmə arasında yaşayırlar.
Sarı təkkəli1: Nazilli ilə Dənizli arasında və Bursa vilayətində yaşayırlar.
Şəbidli: Kula qəzasında yaşayan 60 evlik bir oymaqdır.
Şeyxli: bunlar qışda Ulu Borluda, yazda Afyon Qara Hisarında yaşayırlar. On obaya ayrılırlar: arpat şeybli, qısat şeybli, hacı şeyhli. Bunlar 70-80 çadır və 200 evdir, 15.000 quruş vergiləri vardır.
Yağcı bədirli: Somada və Bursa vilayətində otururlar.