Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR


Aydın vilayətinin cənub-qərbində və



Yüklə 6,75 Mb.
səhifə85/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   81   82   83   84   85   86   87   88   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

Aydın vilayətinin cənub-qərbində və
digər yörələrində yaşayan oymaqlar



  1. Abdal: Ulu Borluda və başqa yerlərdə otururlar.

  2. Ağdağlı: Nazilli civarında.

  3. Ağqozalı:

  4. Alaca qoyunlu: Konyaya qədər gedirlər.

  5. Allah-Abeli: Saru-xan sancağında.

  6. Bəylikli:

  7. Boynu incəli2:

  8. Burxan: Bursa vilayətində də yaşayırlar.

  9. Çambar: Aydın və Bursa vilayətlərində otururlar.

  10. Çəpni: önəmli bir oymaq olub Aydın vilayətinin hər tərəfinə yayıl­mış­l­ar.

  11. Çitmi3:

  12. Dədə Karkınlı4: Saru-xan sancağında otururlar.

  13. Dəriçi: Aydın Bursa vilayətlərində otururlar.

  14. Dosuti ərəbli:

  15. Əski yörük:

  16. Əşpək:

  17. Geypey:

  18. Gərinisli: Nazillidən Muğlaya qədər olan yerlərdə yaşayırlar.

  19. Göşçi (?): Nazillidə.

  20. Xırmandalı5:

  21. Xutal:

  22. Gözəl bəyli: Nazilli civarında otururlar.

  23. İynəçi: Saru-xan sancağında.

  24. İmir xarici1: Saruhan sancağında.

  25. Cərid2 (Cirid): Nazilli yaxınlığında otururlar.

  26. Qara Fak oğlu: Aydın və Bursa vilayətlərində.

  27. Qaramanlı: Nazillidən İspartaya qədər olan yerdə.

  28. Qara yağcılı:

  29. Kosalar: Nazillidə.

  30. Kılaz:

  31. Kirtiş:

  32. Kislilərli: Saru-xan sancağında.

  33. Qızıl işıqlı: Bu da Bursa vilayətində oturur.

  34. Qocabəyli: Aydın və Bursa vilayətlərində.

  35. Musarlarlı: Saru-xan sancağında.

  36. Muzan: Bursa vilayətində.

  37. Omurlu:

  38. Rəhman:

  39. Saatçı (Saçı qaralı): Vamberiyə görə, Nazilli civarında.

  40. Sarı keçili:

  41. Daş evli:

  42. Təkkəli3:

  43. Təraci4:

  44. Yatağanlı: Qaraağac yaxınlığında.

  45. Yel aldı:



7. İRANDA YAŞAYAN TÜRKMƏN ƏSİLLİ
OYMAQLARLA ƏLAQƏDAR SİYAHILAR


İranda yaşayan türk əsilli oymaqlar onlara xas olan bir sıra xüsu­siy­yət­lər­lə alimlərin diqqətini xüsusi olaraq cəlb edirlər. Çünki bu oymaqlar XV əsr­dən XX əsrın ilk rübünün so­nuna qədər İranı idarə edən dövlətlərin ən önəm­li hərbi gücünü təşkil et­miş, biri müs­təsna olmaqla xanədanların hamı­sı bu oymaqlardan çıxmışdır.
XIX əsrdə İranda yaşayan oymaqlar əski boy təşkilatları ortadan qalx­mış, bir çoxu az öncə təşəkkül etmiş, bir çoxu yeni adlar almış, qalanları isə baş­lı-başına, yəni müstəqil bir oymaq səciyyəsi qazanmış kimi görünürlər. Bu­na görə, bu oymaqlarla əlaqədar bir çox məsələlərin həll edilə bilməsi üçün XVI əsrdə İranda yaşayan oymaqlara dair əsaslı bilgilərə sahib olmaq lazım gəlir.
XIX əsrdə İranı ziyarət edən avropalı səyyahlar bu ölkədəki oymaqlar ba­rədə məlumatlar vermişlər. Hətta bu səyyahlardan bəzilərinin oymaqlarla bağ­­lı siyahılar tərtib etdikləri də bilinir.
Avropalı səyyahlardan Dup­re öz si­yahı­sı­nı dillərə görə, Lady Sheil isə bölgələrə görə düzəltmişdir. Ancaq La­dy Sheil də oymaqların danışdıqları dilləri göstərməyi unutmamışdır. Səy­yah­la­rın oymaqlar haqqında verdikləri bilgilərin mənbəyi iranlı yetkili­lərdir.
Dupre siyahısına daxil etdiyi bütün oymaqları əsgər oymaqlar (les tribus militaires) kimi səciyyələndirir. Çünki bu oymaqlar, yuxarda da göstərildiyi kimi, İran ordusunun çox önəmli gücünü təşkil etməkdə davam edirdilər. Dupreyə görə, dörd qola ayrılan əsgər oymaqların ən igidi və qələbəlik ola­nı türkcə danışan oymaqların meydana gətirdiyi qoldur1.



Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin