Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə9/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   5   6   7   8   9   10   11   12   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

Oğuzlar göytürklərin hakimiyyəti altında
681-ci ildə göytürk şadlarından Kutluğ göytürk dövlətini qur­maq üçün yenidən fəaliyyətə başlamış və xaqan olunca il-­təriş titulunu almışdı. Həmin dövrdə Kutluğ və onun müdrik və­­ziri Bilgə Tonyukuk geyik və dovşan əti yeyərək Çuğay-Kuz­da və Qaraqumda yaşayırdılar. Xaqanlığın paytaxtı Ötü­kən hələ ələ keçirilməmişdi. Ehtimal ki, bura oğuzların hakimiyyəti altında idi. Bu vaxt əsasən Tula çayı sahillərində yaşayan oğuz­lar Kutluğun fəaliy­yə­tindən möhkəm təlaşa düşdülər. Onların başçıları Baz kağan idi. Təklikdə türklərə hücum etməyi bacar­mayacaqlarını görüb Kunı Səngünü Çinə, Ton­ra Səmi isə kıtay­lara elçi göndərdilər. Türklərin onlar üçün də təhlükəli və­ziyyət yarada iləcəklərinə işarə vurub birlikdə türklərə hücuma keç­mə­yi tək­lif etdilər. Lakin göytürklər oğuzların bu təşəbbüsün­dən vaxtında xəbər tut­dular. Bilgə Tonyukukun təklifi üzrə İl-­təriş üç qüvvənin birgə hücumuna uğ­ramadan oğuzların üzərinə yürüdü. Göytürklər və oğuzlar Tula (Tuğla) ça­yı sahilində qar­şılaşdılar. Türk ordusunda 2 min, oğuz ordusunda 3 min adam vardı. Döyüşdə oğuzlar məğlub oldular, onların bir qismi çayda bo­ğuldu, bir qismi isə qaçarkən öldürüldü. Məğlubiyyətdən son­ra sağ qalan oğuzlar itaət etdilər1.
Bu müvəffəqiyyətin ar­dınca imperiyanın mərkəzi Ötükən də fəth olundu və İl-təriş ka­ğan orada yerləşdi (682). Oğuz­ların başçısı Baz kağanın bu vu­ruş­ma nəticəsində necə olduğu ba­rə­də heç bir məlumat yox­dur. Bu hadisə­dən sonra oğuzların hər hansı bir üsyanından və onlarla aparılan müharibə­dən də bəhs edilmir. Yalnız Tonyu­kuk kitabəsinin sonlarında İl-təriş kağan tə­­riflənərkən onun oğuz­larla beş dəfə vuruşduğu yazılır. Bun­lardan dördü haq­qın­da danışılan vuruşdan əvvəl, yoxsa sonra baş vermişdir? Bizcə, bu xü­­susda qəti bir şey söyləmək müm­kün deyil. Bununla bə­rabər, Baz kağan Tula vuruşma­sın­da öldürülmüş ola bilər. Bil­gə kağan kitabəsində onun İl-tə­riş ka­ğan üçün balbal tikdiyi bildirilir2. Bu xüsus nə olursa-ol­sun, oğuzlar İl-təriş kağan zamanında tamamilə itaət altına alınmış və birbaşa xaqanın hakimiyyətinə tabe edilmişdir. Be­ləliklə, oğuzlar türklərin yanında dövlətin əsaslandığı ikinci bir ünsür kimi yer tutmuşdular.
İl-təriş kağan Ötükəndə yerləşdikdən sonra müdrik «ayğu­çusu» Bilgə Tonyukukun məsləhəti ilə Çinə qarşı səfərlər təşkil etməyə başladı ki, nəti­cə­də Şantun ovalığında 23 şəhər alındı. Şübhəsiz, bu səfərlərdə göytürk im­pe­riyasının ikinci sütunu olan oğuzlar da iştirak etdilər. İl-təriş kağan 691-ci ildə öldü və yerinə qardaşı Kapağan kağan keçdi. Onun dövründə təşkil olu­nan məşhur qırğız səfərində oğuzların iştirak etdiyi Bilgə Ton­yu­kukun kita­bəsində bildirilir. Bu səfərin səbəbi qırğızların göy­türklərə qarşı çinlilər və on-oxlarla ittifaq bağlamaları idi.
Bu arada müttəfiqlər oğuzları da üsyana təşviq etmişdilər. 697-ci ildə təş­­­kil edildiyi bilinən bu səfərdə Ak Tərməli keç­dikdən sonra oğuzlar ön qüv­­­­və kimi qabağa göndərildilər. Köy­mən meşəsinin nizə boyu qarlı yolla­rı­nı və yamaclarını aşıb ge­cə-gündüz yel kimi gedən oğuzlar Sonqa meşəsin­də qırğız xa­qanının ordusu ilə qarşılaşdılar. Vuruşmada qırğız ordusu məğ­lub edilmiş, qırğız xaqanı da döyüş meydanında həlak olmuş­du. Kitabələrdə xeyli, uzun müddət oğuzların üsyan hərəkatın­dan bəhs edilmə­mişdir. Əgər belə bir şey baş versəydi, göy­türk­lərin bütün istiqamət­lərdə zəfərlər qazan­ma­­ları heç də müm­kün olmazdı. Çünki Bilgə kağanın haki­miy­yətinin ilk il­lə­­rində oğuzların üsyanı göytürk dövlətinin zəifləməsində çox mühüm bir amil olmuşdur.
Kapağan kağan zamanında təşkil edilən səfərlər sayəsində göytürk im­pe­riyasının hakimiyyəti təkrar uzaq yerlərə qədər ya­yıldı. Beləliklə, çox mü­hüm ehtimala görə, on-oxların itaət al­tı­na alınmasında (698), zəngin qəni­mətlər ələ keçirilən Mavə­raünnəhr səfərində (700-701), Çin sərkərdəsi Çaça ilə aparılan və türklərin parlaq zəfəri ilə başa çatan vuruşmada (706) və di­gər səfərlərdə türk budunu ilə birlikdə oğuzlar da iştirak et­mişlər. Lakin bu parlaq dövr, iki budun arasındakı bu qardaşlıq Kapağan kağanın 716-cı ildə bayırkular tərəfindən pusquya sa­lınaraq öldürülməsilə sona çatdı. İl-tərişin oğulları Kapağan ka­ğanın oğlu Bögünün hökmranlığını tanımadılar. Türk­lər­də səl­tə­nət varisliyinin sabit bir qayda ilə nizamlanmamasının nəticə­si özü­nü burada da göstərdi. Bu ixtilaf üzündən türklər iki his­səyə ayrılaraq bir-birilə mübarizəyə girişdilər. Mübarizədə şəx­sən Kül-Təginin cəsarəti və vu­ruşqanlığı sayəsində İl-tərişin oğulları qalib gəldilər. Bökü xan və tərəf­dar­­ları zərərsizləşdiril­dilər. İl-tərişin bəyük oğlu xaqan oldu (716). O, kita­bə­lərdəki Türk Bilgə kağandır. Onun qardaşı Kül-Təgin isə göytürk or­du­su­nun komandanlığını öz üzərinə götürdü. Belə anlaşılır ki, İl-tərişin oğulları ilə Bögü xan arasında xaqanlıq uğrunda mü­barizə imperiyaya zəif şəkildə bağlanmiş budunların tabelik bağlarını qoparmasına səbəb oldu və hər tə­rəf­də qarışıqlıqlar (bolğak) baş verdi. Türgişlərdən sulu adlı bir başbuğ on-ox­la­rın rəhbəri olaraq kağan ünvanı aldı və qərb türklərini müstəqil su­rətdə ida­­rə etməyə başladı. İzgillərin üsyan etməsilə eyni vaxt­da oğuzların da üs­yan bayrağını qaldırdıqları görünür. Kitabə­lərdə hər yanda baş verən qarı­şıq­lıqlar və qısqanclıq oğuzların üs­yanına səbəb olaraq göstərilir. Bu məlu­matlar olduqca şüb­həlidir.
Ancaq həqiqət budur ki, oğuzlar xaqanlara ürək qızdırmır­dı­lar. Onların heç bir zaman tölis və tarduşların vəziyyətinə düş­­mək istəmədikləri mə­lumdur. Burada hər halda qövmi bir səbəb olduğu kimi, oğuzların ayrı bir si­yasi keçmişə malik ol­maları da bəhs mövzusudur. Yəni onların bu üs­yanlarının siyasi səbəbi, şübhəsiz, müstəqilliyə qovuşmaq idi.
Bilgə kağan ilə Kül-Təgin izgillərə divan tutduqdan sonra oğuzların üzə­rinə yürüş etdilər. Ancaq onları izgillər kimi asan­lıqla yola gətirmək müm­kün olmadı və bir ildə beş dəfə vuruş­maq lazım gəldi. Oğuzlar ilə ilk vuruş­ma Toğu Balıkda oldu. Adına görə, ehtimal ki, bura şəhər imiş. Ancaq bu barədə heç bir məlumat yoxdur. Kül-Təkinin Azman adlı atına minərək dal­badal yeddi nəfəri nizə ilə öldürməsinə, böyük bir igidlik gəstərməsinə bax­mayaraq göytürklər qəti bir nəticə edə bilmə­di­lər. Bunun əvəzində, Kuş­lı­ğakda ədizlərlə çarpışmalarda on­ları ağır məğlubiyyətə uğratdılar. Oğuzlar ilə ikinci vuruşma Ur­quda (müasir Urqa?) oldu, ancaq o da qəti nəticə ver­mədi. Bu­nun ardınca gələn Çuşbaşı müharibəsi isə həddən artıq çətin olmuş, göytürklər ciddi təhlükəyə məruz qalmışdılar. Bu müha­ribədə göytürk ordu­su oğuzların qarşısında qorxunc bir vəziy­yə­tə düşmüşdü. Xoşbəxtlikdən, Kül-Təgin hücuma keçən oğuz­ları geri oturtmağa, hətta tonqralardan Yıl­pa­qut (Alpağut) ilə on nəfəri əsir almağa müvəffəq olmuşdu. Onlar həmin gün­lərdə döyüşdə həlak olan və ya öz əcəli ilə ölən göytürk Tonqa-Təginin yuğunda (cənazə mərasimində) o biri dünyada ona xidmət etmələri üçün öl­dürüldülər. Ancaq mü­­haribə yenə də bir nəticə verməmişdi. Buna görə iki qar­daş budun Əzgənti Qadazda yenidən qarşılaşdılar, lakin bu dəfə də qalib-məğlub bilinmədi. Artıq qiş girmişdi! Göytürklər Əmğa qalasında qişladılar. Bu qış göytürklər üçün xoş keçmədi, çünki «yut» olmuş, yəni heyvanlar ta­ma­milə qırılmışdı. Bahar gəlincə (717-ci ilin baharı?) Bilgə kağan oğuzlara qarşı əsgər çıxartdı, ancaq oğuzların üç-oğuz qoluna mənsub bir ordusu onun ordu­gahına basqın etdi. Bu basqın o qədər baca­rıqla həyata keçiril­mişdi ki, oğuzlar görünməmiş bir zəfər çalmaq üzrə idilər. Hət­ta onlardan bir bölüyü ordugahı yağmalamağa başlamışdı. La­kin yenə Kül-Təginin igid­liyi və Bilgə kağanın soyuqqanlılığı sayəsində bu təhlükə­nin qarşısı alındı1. Bununla bərabər, oğuz­larla müharibələrin sonu görün­mür­dü. Bilgə kağan yuxarıda göstərilən müharibədən sonra oğuzlar üzərinə təkrar yürüş edə­rək müvəffəqiyyət qazansa da, oğuzlar qoşunları doqquz-tatar­larla birləşərək Ağuda göytürklərin qabağına çıxdılar.
Məğlubiyyətə uğrayan oğuzlar Çinə getdilər, lakin sonra təkrarən vətən­lərinə qayıtdılar. Onlar hələ boyun əyməmişdilər. Bu səbəblə Bilgə kağanın oğuzlar üzərinə daha bir yürüş təşkil etdiyi anlaşılır2. Həmən səfər zamanı uyğurlara da hücum olun­muş, onlar darmadağın edilmiş, uyğur il-təbiri yüzə yaxın adam­la şərqə tərəf qaçmışdı3. Göytürk kitabələrində ilk və son dəfə ol­maq üzrə uyğurlar barədə ancaq bu qədər bəhs edil­mişdir. Buradan uy­ğur­ların bir çox digər türk qövmlərinin ək­si­nə olaraq Selenqa boyunda hər hal­da göytürklərə vergi verərək sakit bir həyat sürdüklərinə hökm ver­mək müm­kündür. Ertəsi il, Bilgə kağan 34 yaşında olanda (718-ci il), göytürklərə müqa­vimət göstərə bilməyən, onlara tabe olmaq da istəməyən oğuzlar Çinə köçərək çinlilərin idarəsi altına girdilər4. Artıq onlardan bir daha bəhs edil­məmişdir. Yalnız 720-ci ildə tikildiyi qəbul edilən Bilgə Tonyukuk ki­ta­bə­sindəki «Türk Bilgə kağanın türk sir budununu və oğuz budununu yaxşı idarə etdiyi» sözləri5, Bil­gə kağanın öz kitabəsində oğuz bəylərinə və budu­nuna xi­tab etməsi1 oğuzların, nəhayət, yurdlarına qayıdaraq xaqana ta­be ol­duqlarını göstərir.
732-ci ildə Kül-Təginin ölümü Bilgə kağanı və bütün göy­türkləri dərin bir hüzn və ələmə qərq etdi. Çünki dövlətin yaşa­ya bilməsində Kül-Təginin igidliyi mühüm bir amil idi. Bütün göytürklər Kül-Təgin üçün qanlı göz yaş­ları axıtdılar. Ağır bir yas tutuldu. Bu matəm eyni zamanda türk budu­nu­nun yaxın bir gələcəkdə qarşılaşacağı təhlükələrlə dolu qaranlıq günlərin ifa­­dəsi idi. Doğrudan da, çox keçmədən Bilgə kağan da vəfat etdi (734). Ye­ri­nə əvvəlcə çinlilərin Yi-han dedikləri böyük oğlu keçdi, lakin qısa bir müd­dət sonra vəfat etdiyi üçün kiçik oğlu xaqan elan olundu. Tanrı kağan ad­lı bir hökmdar gənc və təc­rübəsiz idi. Həmin vaxt Selenqa boyunda yaşa­yan uyğurlar, Tar­baqatayda yaşayan karluqlar və yurdları Beşbalıq bölgəsi olduğu sanılan basmıllar getdikcə qüvvətlənirdilər.
Oğuzlara gəlincə, bu xüsusda heç bir şey söyləmək ümkün deyil. Tanrı k­ağanın qərb və şərq şadları olan əmiləri onun buy­­ruqlarına qulaq asmır­dı­lar. Tanrı kağan bu iki şaddan qərb şadını məğlub etmişdisə də, şərq şadına məğlub olaraq öldü­rül­­müşdü (741). Ancaq xanədan üzvləri arasında səltənət uğ­run­da mübarizə davam edirdi. Basmıllar, uyğurlar və kaluklar bu və­ziy­yət­dən sui-istifadə edərək hərəkətə başladılar. Üç tuğ­lu* türk budununun ba­şında Ozmış kağan dururdu.
Uyğurların başbuğu qoyun ilində** (743) Ozmış kağanı ağır bir məğlu­biy­­yətə uğratdı. Üç tuğlu türk budunu böyük fə­la­kətə düçar oldu; bu arada xa­qanın xatunu da əsir alındı. Son zərbəni basmıllar vurdular və öldürdük­ləri Ozmış kağanın ba­şı­nı Çin sa­­rayına göndərdilər (744). Basmılların baş­bu­ğu özünü xaqan elan etdi, hətta göytürklərin sağ qalanları onun xaqanlı­ğı­nı ta­nıdılar. Lakin həmin ildə uyğurların başbuğu ehtimal ki, kar­luqların da köməyi ilə basmıl hökmdarını məğlub edib öldürə­rək Ötü­kənin hakimi oldu. Sağ qalan göytürklər Çinə köç edib onun ida­rəsi altına girdilər2. Bundan son­ra göytürklər bir daha ta­rix səhnəsində görünməmişlər. Göytürklər Orta Asiyada əv­vəl­kilər ilə müqayisə edilməyəcək dərəcədə böyük və mü­təşək­kil bir im­periya qurmuşlar. Göytürklərin sayəsində türk soyu tarixdə son dəfə olaraq bir bayraq altında toplanmışdı. «Türk» sözü, bi­lindiyi kimi, bu im­pe­riyanı quran və onu idarə edən qövmün adı idi. Onların bütün türk qövm­lərini əhatə edən bu bö­yük im­periyanı yaratmaları nəticəsində öz qövmi ad­ları xü­susilə Orta Şərqdə türkcə danışan bütün qövmlərin ümumi adı mə­nasını qazandı. Halbuki türk budunu qövmi varlığını siyasi varlığı ilə bir­likdə itirərək ortadan qalxmışdı. Göytürk­lərdən sonra heç bir türk qövmü di­gər türk təşəküllərindən çoxunu əha­tə edən bir dövlət qura bilməmişdir. Orta Asiya tarixinin baş­­lıca üç əsas döv­ründən (digərləri huin-nu və monqol dövr­­ləridir) biri olan göytürklər dövrünün eyni zamanda türk mə­dəniyyət tarixi baxı­mından necə əhəmiyyətli bir dövr olduğu mə­lumdur. Türklər ilk dəfə bu dövrdə milli bir əlifbaya sahib olmuşlar. Türk dilinə aid ən qədim milli qaynaqlar da bu dövrə aiddir. Bunlar yalnız türk dilinin deyil, türk ədə­biyyatının, türk tarixinin, geniş bir mənada türk mədəniyyətinin ən qədim qay­naqlarıdır.
Göytürklərdən sonra gələn türk qövmləri bu dövrə aid ədə­bi ənənələri in­kişaf etdirmək bir yana qalsın, hətta bəzən onu ta­mamilə unutmuşlar. Uyğurlar bir müddət göytürk əlifbasın­dan istifadə etdikdən sonra yerinə türk dili üçün daha əlveriş­siz başqa bir əlifba işlətmişlər. Göytürklərdən sonra türk qövm­lə­rinin siyasi müqəddəratının ayrılması onların bir-birindən fərq­lənən mədəniyyət mühitinə girməsinə səbəb olmuşdur. Yal­nız monqol dövrü türklərin çox mühüm bir qismini və ya hamı­sını tək bir mədəniyyət aləmin­də birləşdirmişdir. Bu qədər mü­hüm rol oynamış bu türk qövmünün aqibəti bax belə olmuşdur.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin