Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,61 Mb.
səhifə16/42
tarix03.06.2018
ölçüsü5,61 Mb.
#52596
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

1. Hələb türkmənləri.

Xüsusilə birinci hissədə göstərildiyi kimi, ağqoyunlu və sə­fəvi dövlət­lə­rinin əsgəri baxımdan osmanlı və məmlük dövlət­lərinin əksinə olaraq, türk kö­çəri təşəkkülünə əsaslan­ması sayə­sində Cənub-Şərqi Anadolu və Şi­mali Su­riya­dakı türk icmala­rın­dan mühüm elatların İrana getmələrinə səbəb ol­muşdur ki, onların arasında əfşarlara mənsub oymaqlar da vardı. Buna görə də, osmanlı hakimiyyətinin əvvəllərində Hələb türkmən­ləri arasındakı əfşar­lar həmin icmanın digər oymaqları kimi böyük nüfuza sahib deyildilər. Yəni İrana köç səbəbilə onların əhalisi azalmışdı. Qanuni Süleyman döv­rünün ilk illərində Hə­ləb türkmənləri arasında köpəkli əfşarı və gündüzlü əfşarı qol­ları ilə bərabər bir müstəqil əfşar oymağı da müşahidə olunur.

Köpəkli əfşarı həmin dövrdə Dukak bəy oğlu Əmənlik bə­yin idarəsi al­tın­da idi. Bu bəyin yuxarıda bəhs edilən Köpək oğulları ailəsindən olduğu bi­li­nir. Bu zaman onlar 15 obaya ay­rılmışdılar. Onların arasında köçəkli, sək­kiz, alplı və dəlilər, Ay Doğmuş bəyli kimi obaları qeyd etməyə dəyər. Ay Doğmuş bəyli obası, şübhəsiz, öz adını Köpək oğlu Ay Doğmuşdan alır. Sək­kiz obası XVI əsrin ortalarında Sürucun Şeyx Çoban kən­din­də yerləş­mişdi. Alplıya gəlincə, bu obadan mühüm bir qo­lun İrana getdiyi məlumdur. Dəlilərin isə son illərə qədər öz varlığını davam etdirdiyi müşahidə olunur. Köpəkli əfşarının Yeni-el və Boz-ulusda da bəzi qolları vardır ki, bunlardan aşa­ğıda bəhs ediləcəkdir. Gündüzlü əfşarı isə daha az saylı olub 8 obadan iba­rət idi. Bu, onların çoxunun İrana getməsi ilə izah oluna bilər. Müstəqil əf­şar oymağına gəlincə, bu oymaq XV əs­rin ikinci yarısında cəmisi 158 ver­gi evindən ibarət idi. Dəf­tər­lərdəki qeydə görə, məmlük dövründə iqta sahi­bi olan bu oy­maq Osmanlı dövründə də bu iqtanı qorumuşdur1. XVI əsrdə Türkiyədə köçəri və oturaq xalq arasında əhali artımına uyğun olaraq bu əfşarların sayı da artmışdır. Həmin əsrin ikinci yarı­sında həm oturaq, həm də köçəri camaatın başçısı olan əski bəy ailələri ortadan qalxmışdı. Bu hadi­sə­nin qaneedici izahı veril­mə­mişdir. Bununla bərabər, oymaqlara mənsub ailələrdən bir ço­xu­nun İrana getmiş olduğu düşünülə bilər. Nəticədə oymaq­ların başındakı bəy ailələrinin yerini obaları idarə edən və ağa ünvanını daşı­yan kəndxuda ailələri almışdır2. Eyni proses əf­şarlarda da getmişdir. 989-cu ildə (1579/1580) əfşarla­rın başın­da Rəcəb, Bəhri və Kiçik Minnət adlı kənd­xudalar dururdu. On­lardan Rəcəb və oğulları o qədər qüdrətli olmuşlar ki, XVII əsr­də əfşarlar çox zaman rəcəbli əfşarı adı ilə tanın­mışlar1. On­ların hələ XVI əsrin ikinci yarısında Kay­serinin şərqində, Za­mantı çayı boyunda yaylağa çıxdıqları bilinir.

Əfşarlar Rəcəb oğullarının rəisliyində 1098-ci ildə (1687) Avs­triya səfə­rin­də iştirak etmiş2, 1101-ci il (1090) səfərinə də ça­ğırılmışlar. Bu son səfər­də əfşarlar aşağıdakı bəylərin başçı­lığı altında 200 atlı ilə iştirak etmişlər:

Rəcəb oğlu Xəlil bəy

Rəcəb oğlu Dana Murad bəy

Çərkəz oğlu Hacı Mustafa bəy

Çərkəz oğlu Ömər bəy

Dəli Seyf oğlu Mirə Müəmmər bəy

Bəhri oğlu Hümmət bəy

Qara Gündüz oğlu Qara Xəlil Kətxuda

Kor Əli oğlu Gündüz Kətxuda

Hacı İvaz oğlu Doqquz İbrahim bəy

Hacı İvaz oğlu Abaza bəy

Qara Gündüz oğlu Murad bəy3.

Bu adlara baxaraq əfşarların beş əsas ailə (yəni Rəcəb, Çər­kəz, Bəhri, Qara Gündüz, Hacı İvaz) tərəfindən idarə olun­duqları, hətta onların adlarına nis­bət adlandıqları anlaşılır: rə­cəbli əfşarı, bəhrili əfşarı, qara gündüzlü əf­şarı.

Yuxarıdakı əfşar bəylərinin adları arasında Çərkəz və Aba­za adları diq­qə­ti cəlb edir. XVI əsrin ikinci yarısında Boz-oxda uzun müddət sancaq bəyi olan türk mənşəli İsa bəy oğlu Çər­kəz adlı bir bəy vardı. Əfşarlar Çərkəz adı­nı o bəyin xatirə­sin­dən almış ola bilərlər. Yaxud ellərindəki çərkəz və ab­xaz kölə­ləri buna səbəb ola bilər. Bu xüsus nə olursa-olsun əfşar bəy a­i­lə­si­nin zəmanəmizədək gələn nəvələri arasında Çərkəz adlı şəxslər var. Hətta Çərkəz adlı bu əfşar bəylərinin şöhrə­tindən do­layı Çuxurovada əfşar olma­yan başqa bəy ailələri arasında da bu adı daşıyan adamlara təsadüf edilir. An­caq qəribə bir tə­sadüfdür ki, əfşar bəylərinin adını daşıdığı qövm, yəni çərkəz və abxazlar XIX əsrin ikinci yarısında Qafqazdan Türkiyəyə gə­lər­kən onların mühüm qismi məhz əfşarların yaylaqlarına yerləşdirilmişdi.

2. Boz ulus.

Boz ulus arasındakı əfşarlar bu elin üç icmasından biridir. Sayca onların ən çoxu şam türkmənləri arasında yaşayır. Daha əvvəl də deyildiyi kimi, Boz ulusun şam türkmənləri icması Hələb türkmənləri oymaqlarından mey­da­na gəlmişdir. II Səlim dövründə şam türkmənləri arasındakı əfşarlar müx­təlif qollara ayrılmışdı ki, onlardan Məhmət Kətxudaya tabe olan oba 804 nəfər vergi verən əhaliyə malik bir təşəkkül idi. Ondan sonra gələn kazıklı əfşarı obası 130, Qara Mahmud Kətxudaya tabe oba 131, Hacı Kətxudanın rəhbərlik etdiyi oba 57, Duymuş Kət­xudanınkı isə 41 nəfərlik idi. Yenə hə­min Şam türkmənlərin elatında biri 367, digəri 109 nəfərlik (vergi verən) kö­pəkli əfşa­rına mənsub iki oba vardı1.

Əsil boz-ulus və dulqədirli elatındakı əfşar varlığı zəif olub kiçik obalara ayrılmışdı. 996-cı ildə (1588) Boz ulus əfşarla­rı­nın başçılarına, o cümlədən Cahan şah Kətxudaya göndərilən bir fərmanda2, başına yığdığı adamlarla bir­likdə quldurluq edən sabiq Deyr Rəhbə bəyi Əbdürrəhmanın sözünə bun­dan sonra al­danmamaq, əsgər istəsə verməmək, onun yaxalan­ma­sına ça­lış­maq əmr edilirdi.

Boz ulusun hər üç elatındakı əfşar obalarından bəziləri Boz ulusun Orta Anadoluya köçən təşəkkülləri arasında olmuş, əsasən Qaraman əyalətində yurd salmışlar3. Daha ziyadə şam türkmənlərinə mənsub bəzi əfşar obaları isə icmanın bir qismi ilə əvvəlki yurdda qalmışdır. Sənədlərdə «Boz ulus mandəsi» adı verilən bu icma XVII əsrin sonunda Rəqqa bölgəsinə yer­ləş­dirilsə də4, icmanın obaları bir-bir, iki-bir Anadolunun qərb tərəflərinə get­mişlər, 1128-ci ildə (1716) Balıkesir vilayətinin Mihaliç qəzasında görünən köpəkli əfşarı obası5, Yeni-elə deyil, məhz boz ulusa aid köpəkli əfşarından olmalıdır.



3. Dulqədirli əfşarları.

Bu əfşarların əslində Şimali Suriya əfşarlarının bir qolu ol­du­ğunu daha əv­vəl söyləmişdik. Dulqədirli ulusu arasındakı əf­şarlar Maraş, Kars (Qə­dir­li) Yeni-el və hətta Boz-ox bölgəsinə dağılmış halda idi. Onlardan ən mü­hü­mü imanlı əfşarı olub, əsasən Maraş bölgəsində yaşayırdı.

a) Maraş (imanlı əfşarı). İmanlı əfşarı XVI əsrin birinci ya­rısında 27 oba­dan meydana gəlmişdir. Ümumiyyətlə, şəxs ad­la­rı daşıyan və kəndxuda­lar tərəfindən idarə edilən bu obaların yaylaq və qışlaqları müxtəlif yerlər­dədir. İmanlı əfşarının bədil əfşarı və digər bir çox obaları bəriyyə, yəni Su­riya çölündə qış­layır və Maraş sancağının müxtəlif yerlərində yaylağa çıxır­dı­lar. Digər obaların qışlaqlarının isə Çuxurovanın Kınık, Özər yörə­lərində, hətta Latakiyyə (Lazikiyyə) ətrafında olduğu bilinir. İmanlı əfşarı obalarının Diyarbəkir bölgəsində sakin olduqları məlumdur6. XVI əsrin ikinci yarısın­da imanlı əfşarı obalarının bir qismi öz qışlaq və yaylaqlarında yerləşmək surətilə köçəri həyata vida etmişdir. 971-ci il (1563-1564) tarixli bir dəf­tərdən1, bəzi obaların Antəb şəhəri dolaylarındakı kəndlərdə yerləşmiş oldu­ğunu öy­rə­nirik. İmanlılardan mühüm bir qol da İrana getmişdir.

b) Kars. Kars (Qədirli) sancağındakı əfşar varlığı iki kiçik obadan iba­rətdir2. Bunlardan 41 vergi evi olan əfşar obası An­dı­rında qışlayaraq əkinçi­liklə məşğuldur. 41 evlik digər əfşar oba­sı isə bu sancaqdakı keçlik adlı bir tə­şəkkülə bağlıdır.

c) Boz-ox. Bu bölgəyə aid ən qədim təhrir dəftəri yarımçıq olduğu üçün XVI əsrdə burada yaşayan əfşarlar haqqında tam məlumatımız yoxdur. Bu dəftərdən həmin bölgədəki əfşar qo­luna mənsub ancaq bir neçə obanın vergi verən əhalisinin sayı və yurdlarının adını öyrənmək mümkündür3.

4. Yeni-el.

Yeni-eldəki əfşarlardan üç oba (boynu qısalı, dəlilər, sək­kiz) köpəkli əf­şa­rına4, digəri də (bidil əfşarı, taifi əfşarı, qızıl Sü­leyman və s.) imanlı əfşa­rına mənsub idi5. İmanlı əfşarı oba­la­­rından qələbəlik əhalisi olan bidil əfşarı təşəkkülü Yeni-elin ləğv olunması nəticəsində qərbə köçmüş və Ankaranın Bala qə­zasında yurd salmışdır. Ankarada Muğan gölü yaxınlığındakı bir yer də bu oymağın adını daşıyır.



5. Sis (Kozan).

XVI əsrdə Sis yörəsində qələbəlik bir əfşar qolu yaşayırdı. 925-ci ildə (1519) onlar 28 obaya ayrılmışdır. Bu obalardan bir neçəsi istisna olmaqla ha­­mısı əkinçiliklə məşğul idilər6. Sis əf­şarlarının buraya 1375-ci ildəki məm­­lük fəthi nəticəsində gəl­dikləri qənaətindəyik. Məmlük ordusu ilə bir­lik­də bu səfərdə boz-ox və üç-ox türkmənləri də iştirak etmişdilər. Bu əşfar­ları XVIII əsrdən etibarən Hələb bölgəsinə getməyərək Çuxuro­va­da qışla­yan, Zamantı bölgəsində yaylağa çıxan əfşarlarla qarış­dırmaq olmaz. So­nun­cular yuxarıda deyildiyi kimi, Hələb türk­məni əfşarları idilər. Bir az sonra onlardan bir daha bəhs oluna­caqdır.

Əfşarların Orta və Qərbi Anadoluda yer adlarına sahib oğuz boyları ara­sında ən başda gələn təşəkküllərdən biri olduğunu əv­vəlcə söyləmişdik. Bununla bərabər o bölgədəki yörük icma­ları arasında da bu boyun adını da­şıyan bəzi oymaqlar görünür.

6. Uşaq.

Uşaq bölgəsi XVI əsrdə olduqca mühüm bir yörük icma­sı­nın yaşadığı yer idi. II Səlim dövründə onların arasında çox bö­yük bir əfşar oymağı da mü­şahidə edilir. Bu oymaq xoca fə­qihli (54 vergi mükələfiyyətli adam), ök­süzlər (102), musacalı (56), əfşar (56), əfşarlı (65) olmaq üzrə beş obaya ay­rılmış­dır1.



7. Aydın.

Aydının Boz-doğan qəzası daxilində Çullular adlı bir oy­maq arasında 28 nəfərlik (vergi verən) əfşar adlı bir oba, Birədi çevrəsində isə əhalisi onun qə­dər olan əfşarlı və balabanlı adlı başqa oba da vardı2. Bunlardan başqa, An­­karanın cənub-qər­bin­­də yaşayan Xaymana adlı icmaya mənsub sanlı oy­ma­ğının obaları arasında da (Sivri Qarahisar torpağı) 35 vergi evli əfşar adlı bir oymaq var3.



XVIII və XIX əsrlərdə əfşarlar

Bu fəsildə yalnız Hələb türkmənləri əfşarlarının törəmə­lə­rindən bəhs edi­ləcəkdir. Ana boyun əsil qalığı olan bu əfşar­la­rın da İrana gedən boy­daş­ları kimi qüvvətli bir həmrəylik duy­ğusuna sahib olduqları bilinir. Buna gö­rə də müxtəlif amillərə baxmayaraq, onlar Firqeyi-İslahiyyə gələnə qədər güc­lü və məğ­rur bir oymaq olaraq öz varlıqlarını mühafizə etmişlər.

1102-ci ildə (1691) Rəqqa bölgəsinə köçürülmələri əmr edi­lən türk­mən­lər arasında bəzi əfşar oymaqları da vardı. Bun­lar boz ulusun köhnə yurdun­da qalmış olan qisminə bağlı əfşar­larla Yeni-elə mənsub əfşar oymaqları idi. Ancaq boz ulus qalı­ğına (boz ulus mandəsi) bağlı əfşarların Rəqqaya yerləş­mə­lərinə dair heç bir məlumat yoxdur, əvəzində Yeni-elə bağlı əf­şarların və on­ların nəvə-nəticələrinin Rəqqa bölgəsindəki Təll-Şəmmar və Təll-Zivan (?) ətrafında yerləşdirildiklərini bilirik4. Rəqqa bölgəsində sonradan Əfşar bu­cağı deyilən yer onların yerləşdirildikləri yer olmalıdır. Yeni-elə bağlı ol­du­­ğunu söylə­di­­yimiz əfşarlar və onların nəvə-nəticələrinin oyma­ğının Hələb türkmənləri əfşarlarından, yaxud dulqədirli (imanlı) əfşarından oldu­ğu bilin­mir. Bir də 1104-cü ildə (1693) Hama və Xümus sancaqlarında yer­ləşdiri­lən oymaqlar arasında qara əfşar ilə gən­­cəli əfşarı oymaqları müşa­hidə olunur. Bu axırıncı oymaq Azərbaycandakı Gəncədən gəldiyi üçün bu adı almış ola bilər. Yerləşdirilən bu əfşar oymaqlarının əhalisi seyrək idi5.

Bu fəslin əsas mövzusunu təşkil edən Hələb türkmənlərinə mənsub qələ­bəlik əfşar oymağına gəlincə, bu oymaq, daha əv­vəl də deyildiyi kimi rəcəb­li əfşarı, qara gündüzlü əfşarı, bəhrili əfşarı və b. olmaq üzrə 4-5 obaya ay­rıl­mışdı. Onların ən məş­hu­ru rəcəbli əfşarı idi. Onun əksəriyyətlə köpəkli əf­­şarından meydana gəldiyi bilinir. Onların XVIII əsrdən etibarən qışla­maq üçün Hələb dolaylarını buraxıb Çuxurovaya endikləri mə­lumdur.

Bu əfşarlar ilk zamanlarda Rəqqa bölgəsində yerləşmək ki­mi bir bəd­bəxt­liklə qarşılaşmadılar. Onlar dövləti inandırmış­dı­lar ki, guya Zamantı ça­yı sahilində yerləşəcəklər. Yerləşmək bir yana, orada dinc durmurdular. On­lar tez-tez qonşu oymaq­ların və kəndlərin heyvanlarını sürüb aparır, (buna qovğun de­yi­lir), bəzən də tacir karvanlarının qabağını kəsirdilər. Əfşarlar bu işləri o qədər tez-tez gördülər və yayğın bir hala gətirdilər ki, nəhayət, 1115-ci ildən (1703) bir qədər əvvəl Rəqqaya sürül­dü­lər1. Ancaq orada çox qal­ma­yıb tezliklə qaçdılar. Bununla be­lə yaylaqlarında rahat durmadıq­larından 1124-cü ildə (1712) tək­rarən Rəqqaya göndərilmələri qərara alındı2. 1141-ci ildə (1728/1729) rəcəbli əfşarlarının Zamantı yörəsinə yerləşməsinə döv­lətin yenidən razılıq verdiyi bilinir3. Ancaq onlar əvvəlki kimi yenə də qovğunda və yağmada bulunduqları üçün 1143-cü ildə (1730) bir daha Rəqqaya sürül­dü­lərsə də4, bir müddət son­ra yenə oradan qaçdılar, yağmaçılıq və soy­ğun­çuluğu daha da inkişaf etdirdilər. Onların başçılarından çoxunun edam olun­ma­sı qərara alındı (1155-1742)5. Ancaq bu qərarın nə dərəcədə ye­rinə yeti­ril­diyi indilik bilinmir. Bilinən şey əfşarların Rəqqaya kö­çürülməkdən qur­tulduqları və Çuxurovaya enib-qalxmağa baş­­ladıqlarıdır. Hətta 1167-ci il (1754) tarixli bir vəsiqədə əf­şar­ların tacirli ilə birlikdə zeynətli və bozdo­ğanlara hücum edə­rək 80 min quruşluq davar, at və dəvələrini yağma­la­dıq­larını, onların başçılarından Qara Nəbi oğlu ilə 15 nəfəri öldürdük­lə­ri­ni oxu­yuruq6.

XVIII əsrin ikinci yarısında baş verən müharibələr üzündən dövlətin Ana­doludakı idarəsi çox elastik və zəif hala düşmüş­dü. Bunun nəticəsində hər yerdə irili-xırdalı dərəbəyi ailələri törədi, əfşar və onun kimi böyük və qüvvətli oymaqlar da daha sərbəst hərəkət etməyə başladılar. Əfşarların bəx­tinə artıq gün doğmuş, onların xoşbəxt günləri gəlmişdi. Kayseri-Əlbis­tan-Malatya yo­lu yayda onların nəzarəti altında idi. 1838-ci ildə poçt araba­la­rı­na hücum etmiş, yolçuları soymuş, bir kəndə də basqın etmiş­dilər. Onlar bu hərəkətləri ilə elə bir vahimə yaratmışdılar ki, gə­ləcəyin feldmarşalı al­man Moltkeyə əfşarın ucbatından yolun qüvvətli mühafizə birliyi olmadan keçilə bilməyəcək dərəcədə təhlükəli olduğu bildirilmişdi1. 1262-1263-cü (1846/1847) il­lə­rə aid sənədlərdə əfşarların quzu güdənli oymağı ilə birlikdə Kayseri bölgəsində tez-tez yağmaçılıq hərəkətlərində bulun­duq­larından bəhs edilir.

Deyildiyi kimi, əfşarlar yayda Zamantı çayı sahillərində, qışda Çuxur­ovada Ceyhanın sol sahilində yaşayırdılar. Hər iki yurdlarında da qovğunlar edir, karvanları soyur, digər oymaq­lar­la vuruşur və dərəbəylərin çəkişmə­lə­rində iştirak edirdilər. On­ların nəvələri arasında bu gün belə o dövrə dair xa­tirələr nəql edilir və o dövr «əfşarların al-vur dövrü» adlandırılır. Bu dövr on­­ların əsri-səadətidir. Əslən əfşarlara mənsub olan və ya onlarla yaxın bir qo­­humluğu olan böyük şair Dadaloğlunun ən gö­zəl şeirlərindən bir neçəsi bu oymağa aiddir. Bu şeirlərdən bi­ri əfşar igidləri ilə Cadıoğlu və adamları arasındakı vuruşmadan bəhs edir ki, bu mənzumə bugün də əfşarlar arasında muğamla oxunur. Cadıoğluna gəlincə, o da tanınmış bir ailədən idi. Bu ailə indi Kəmərəkdə yaşayır. Xatirələrdə Cingözoğlu ləqəbli, kar­van soyan bir əf­şar igidindən də bəhs olunur. Cingözoğlu Koroğlu kimi bir şair-yolkəsən idi. Hətta deyildiyinə görə, Ma­­raş valisi Əbdürrəh­man paşanın əlindən şair­liyi sayəsində qur­tulmuşdu. Son əfşar oba­larından birinin onun adını daşı­ması Cin­­gözoğlunun eyni zamanda qeyri-adi şəxs olduğunu göstərir.

Əfşarların Boz-oxdakı pəhləvanlı oymağı ilə də ara-sıra vu­ruşduqları bi­linir. Hətta bu vuruşların birində pəhləvanlı bəy­lərindən Abidin bəy öldü­rü­lür, Həsən bəy isə yaralanır. Ancaq Tomarzadakı erməni yepisko­pu­nun Mol­t­keyə söylədiyi kimi2, əfşarlar başdan-başa quldurlardan ibarət bir oy­maq deyildi. Aralarındakı ipsiz və sapsızlar öz oymağının da düşməni olub ca­maat tərəfindən təqib olunurdu. Cövdət paşa da3 əfşar və sır­kıntılı oymaq­ları haqqında: «bunlarda dəxi oğurluq adəti varsa da, kürdlərə nisbətlə çox əhvən və əhli-irz adəmlərdir» demiş­dir. Əslində, türkmənlər kürdlər və kö­çə­ri ərəblər kimi heç bir zaman oğurluq və soyğunçuluğu bir peşə halına gə­tirməmişlər. Cövdət paşanın işarə etdiyi kürdlər Lək-Vanik əkradı olub ha­cılar, qırıntılı, ağdaş, qızılqoyunlu kimi özlərinə tabe obalarla Rəq­qaya yerləşdirilən oymaqlardan idi, sonralar Rəqqadan qa­çıb əfşarların dalına dü­şərək Kayseri tərəflərinə gəlmiş və on­larla birlikdə Çuxurovaya enib-qalx­mağa başlamışdılar.

Yuxarıda adı çəkilən obalardan hacılar, qırıntılı, ağdaş və qı­zılqoyun­lu­nun Lək-Vanik oymağına sonralar bağlandığı an­la­şılır. Adlarının da göstər­di­yi kimi, onlar xalis türk olub, bu gün nəvələri də ata-babaları kimi ancaq türkcə danışır, kürdlüklə heç bir əlaqələri yoxdur, məzhəbləri isə xənəfilik­dir.

1273-cü ildə (1856) əfşarları təkrar yerləşdirməyə çalışsalar da, bu tə­şəb­büs uğursuzluğa düçar oldu. O vaxt əfşarların ba­şın­­da böyük bəylərdən Çərkəz bəy və İsmayıl bəy dururdu1. Bun­­dan 4 il əvvəl onlar boz doğanlarla yenidən cəngə başla­mış­­dılar2.

Əfşarlar 1273-cü ildə dövlət tərəfindən yaylaq yerlərində yerləşdirilmək təşəbbüsünə müqavimət göstərməklə son fürsəti əllərindən qaçırdılar. 1282-ci ildə (1865) Firqeyi-İslahiyyə on­la­rı yaylaq və qışlaqlarından birində yer­ləşməyə məcbur edincə, əfşarlar təcirli və cərid oymaqlarının əksinə olaraq öz yaylaqla­rın­da yerləşməyə razı olmuş, bu isə Firqeyi-İslahiyyə rəhbərləri tərəfindən qəbul edilmişdi. Ancaq təəccüblüdür ki, bu zaman onların yay­laqlarına Qafqazdan mühacir olaraq gələn çərkəzlər yerləşdirilirdi. Buna gö­rə əfşarlar pərişan oldular və onların mühüm bir hissəsi dağlıq, bərəkətsiz və az torpaqlarda yerləş­mək məcburiyyətində qaldı. Beləliklə, qonşuları mü­ha­cir çər­kəz­lər bərəkətli və geniş torpaqlar sayəsində firavan bir həyat sü­rər­kən, əfşarlar ağılarında da təsvir edilən sıxıntılı və kədərli bir yaşayışa məh­kum oldular. Əhalinin artımı səbəbilə onlar in­di də pis vəziyyətdə yaşayır və ən yoxsul türk kəndlilərindən sa­­yılırlar. Bununla bərabər, əfşarlar gülərüz, nikbin və nəşəli, İran­dakı soydaşları kimi sakit və tərbiyəli adamlardır. So­ruş­duq­da gülümsəyərək «əfşarın al-vur dövrünə» aid qovğun­lar­dan və vu­ruşlardan bəhs edirlər. Qadınlarının çalışqanlığı qar­şısında dərin bir təqdir his­si duymamaq mümkün deyil. Məş­hur əfşar kilimlərini də dinclik bilmə­yən əfşar qadınları toxuyurlar.

Kayserinin Pınarbaşı qəzasının Mərkəz nahiyəsinə tabe bə­zi kəndlərlə həmin qəzanın Pazar-örən nahiyəsi kəndlərinin ço­xu, Sarız qəzası kənd­lə­rinin yarısından çoxu, Tomarzanın Tox­lar nahiyəsi kəndlərinin əksəriyyəti əfşarlara aiddir. Adananın Mağara qəzası kəndlərindən Ayvad və Ağdaş-ala­nı kəndləri əfşarlar tərəfindən məskunlaşdırılmışdır. Çuxurovada bəzi əfşar kəndlərinə, həmin bölgədəki bir çox kəndlərdə isə onlara mən­sub ailələrə təsadüf edilir. Bir əsrdən artıq müddət ərzində kənd­­də yaşamalarına baxma­yaraq onlar oba təşkilatını hələ də unutmamışlar. Bu obaların adları və yer­ləş­dikləri kəndlərə aid siyahı belədir3.


Əfşar obaları və yerləşdikləri kəndlər:

Obanın adı

Yaşadığı kənd

Qəza

Nahiyə

1.Qara şeyxli

Xan köyü

Pınarbaşı

Pazar-örən




Kültəpə

Pınarbaşı

Pazar-örən




Kaman

Tomarza

Toxlar




Şamanlı

Tomarza

Toxlar




Ala

Tomarza

Toxlar




Arslanbəyli

Tomarza

Toxlar

2.Qoca nallı

Solaqlar

Pınarbaşı

Mərkəz




Əmir uşağı

Tomarza

Toxlar




Qara pınar

Tomarza

Toxlar




Arslan Taş

Tomarza

Toxlar




Çanaq qonağı

Tomarza

Toxlar




Sarız

Sarız

Mərkəz




Yalaq

Sarız

Mərkəz




Kəmər

Sarız

Mərkəz




Qızıl pınar

Sarız

Mərkəz




Quşçu

Sarız

Mərkəz




Qara yurd

Sarız

Mərkəz




Oğlan qayası

Sarız

Mərkəz




Ayranlıq

Sarız

Mərkəz




Molla Hüseynlər

Sarız

Mərkəz




Altı söyüd

(qismən)


Sarız

Mərkəz




Hacı Vəlilər

Sarız

Mərkəz




Day holuq

Sarız

Mərkəz

3.Xəlil oğlu1

Qaramanlı

Pınarbaşı

Mərkəz




Qadılı

Pınarbaşı

Pazar-örən




Qızıl-örən

Pınarbaşı

Pazar-örən




Dəmirçili

Pınarbaşı

Mərkəz




Həsirçi

?

?

4.Qara Rəcəb1










a.Ərəb Həsənlər

Qaramuqlu

Tomarza

Toxlar




İcadiyyə

Tomarza

Toxlar




Taxta-kəmər

Tomarza

Toxlar




Zəlhin

Tomarza

Toxlar




Pazar-örən

(nahiyə mərkəzi)



Pınarbaşı

Pazar-örən

b.Hacı Mustafa2

Xassə

Pınarbaşı

Pazar-örən




Sözgün

Pınarbaşı

Pazar-örən

c.İbrahim bəy3

Söyüdlü (qismən)

Tomarza

Mərkəz




Taf (qismən)

Tomarza

Toxlar




Toxlar (qismən,

nahiyə mərkəzi)



Tomarza

Toxlar




Madrasan (qismən)

Tomarza

Toxlar




Kəsr (qismən)

Tomarza

Toxlar

5.Cingöz oğlu4

Sindal

Pınarbaşı

Pazar-örən




Çördük 5

Pınarbaşı

Pazar-örən




Ağ hin

Tomarza

Toxlar

6.Xəlil Paşa oğlu

Gözəlçə

Tomarza

Toxlar




Məlik viran

Tomarza

Toxlar




Canlılı

Tomarza

Toxlar

7.Torun6

Potuxlu

Pazar-örən

Mərkəz




Altıbarmaq

?

?




Yerəkeçən

Pazar-örən

Pazar-örən




Orucoğlu

Pazar-örən

Pazar-örən




Damızlıq

Sarız

Pazar-örən




Qara pınar

Sarız

Pazar-örən




Söbə-çəmən

Sarız

Pazar-örən




Dəştia

Sarız

Pazar-örən




Çavdar

Sarız

Pazar-örən




Yeddi holuq

Sarız

Pınar-örən




Qısqaclı

Sarız

Pazar-örən




Çəmən

Sarız

Pazar-örən

8.Dəllər (Dəlilər)1

İydəli

Pınarbaşı

Mərkəz




Qızıl dərə

Pınarbaşı

Mərkəz




Əməgdil

Pınarbaşı

Mərkəz




Bağçacıq

Pınarbaşı

Mərkəz




Gurlayan

Pınarbaşı

Mərkəz




Taxtalı

Pınarbaşı

Mərkəz




Qılın qışla

Pınarbaşı

Pınar-örən




Onqurçular

Pınarbaşı

?

9.Türkmən əlilər

Sarız

Sarız







İncə dərə

Sarız







Əsirlik

Sarız



Əfşarlardan Qara Rəcəbin şəcərəsi: 234



Bu şəcərədəki Qara Rəcəbli 989-cu ildə (1581) haqqında da­nışılan Rə­cəb Kətxuda eyni adam olmalıdır. Rəcəb Kətxu­da­ya tabe əfşarlar daha son­rakı əsrlərdə rəcəbli əfşarı adı ilə ta­nın­­dılar. İəcərədə Rəcəbin nəvəsi ki­mi göstərilən Hacı Mustafa bəy 1101-ci ildə (1690) Avstriya səfərinə çağ­rılan Çərkəz oğlu Hacı Mustafa bəy ola bilər. Ancaq Hacı Mustafa bəy, gö­rün­dü­yü kimi, Ərəb Həsənin oğlu və Rəcəbin nəvəsi deyil, Çərkəz adlı bir ada­mın oğludur. Şəcərədəki İbrahim bəy isə Avstriya sə­fə­rinə çağrılan Doq­quz İb­ra­him bəy ola bilər. Bəkir bəy 1124-cü ildə İstanbula gələn rəcəbli əf­şa­rı boy bəyi Bəkir bəy olmalıdır. Şəcərənin əsil bəy ailəsi qolunda üçüncü sı­rada görü­nən Çərkəz bəyə gəlincə, onun 1273-cü ildə (1856) əfşar bəyi ol­duğunu, oğlu Hacı bəyin isə Firqeyi-İslahiyyənin gəlişi za­ma­nı (1281-1865) əfşar­la­rın başçısı olduğunu bilirik. Arxivlərdə əfşarlara dair yeni sənədlər tapıl­dıqca bu şəcə­rə­nin nə dərə­cə­də doğru olduğu bilinəcək, onların sayəsində əf­şarların vuruşmalarından bəhs edən bəzi şerlərin izahını da ver­mək müm­kün olacaqdır.



İran əfşarları (avşarları)

Bu fəslin başlanğıcında XII əsrdə İranın Xuzistan əyalə­tin­də Arslan oğlu Yaqubun, sonra isə Şumla və oğullarının ida­rə­sində əfşarların yaşadıqlarını görmüşdük. XV əsrin sonlarına doğru bu ölkədə əfşarlara təkrarən rast gəli­rik ki, onlar ağqo­yunlu fəthi nəticəsində Anadoludan gəlmiş əfşarlar idi. On­la­rın başında Mənsur bəy dururdu. Səfəvi dövlətinin qurulması ilə əlaqədar Hə­ləb türkmənlərindən və dulqədirli ulusundan olmaq üzrə İrana yeni əfşar oy­maqları gəldi. İrandakı böyük əfşar varlığını Anadoludan gələn bu əfşar oy­maqları meydana gətir­dilər. Onlar müxtəlif bölgələrdə yaşayır və ayrı-ayrı bəylərin ida­rəsində bulunurdular. Bu daha çox onların İrana müxtəlif za­­manlarda köçmələri ilə əlaqədardır.



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin