premiere, la phis brave et la plus nombreuse, est celle que Von appelle Turk zeban, la langue Turane". "Bunlardan birincisi ən igidi və ən qələbəlik olanı türkcə danışan (türk-zəban) qoldur" (s. 455).
1 Mətn: hassansalu.
2 Mətn: Kouhguelu, yəni kuh-giluyəli. Duprenin təsnifi ondan istifadəni asanlaşdırmaq üçün bir az dəyişdirilmişdir.
1 Ünlü əfşar (avşar) boyunun İrandaki varlığı budur; bu sayı ilə İrandaki türk əsilli oymaqların başında gəlir. Avşarın tarix boyu ən qələbəlik boylardan biri olduğunu bilirik. Ancaq yaxşı bildiyimiz digər bir xüsus daha vardır: o da bu boya mənsub obaların hər yerdə avşar (əfşar) adına möhkəm bağlı qalmalarıdır ki bu, digər 23 boyun çoxunda görünmür. Burada verilən və aşağıda veriləcək rəqəmlərə qadınlar və uşaqların sayı daxil deyildir.
2 Doğrusu qovanludur. Bəzən qoyunlu şəklində yazılsa da, bunundoğruluq ehtimalı azdır.
3 Aşağı-başa bağlı obalar: qovanlu (qoyunlu?), izzəddinlü, şam-bayatı, qara musanlu, yuxarı-başa gəlincə, bu qolun obaları bu adları daşıyırdı: dəvəlü, sapanlı, köhnəlü, xəzinədarlu, qayaqlu və kərlü (F.Sümər. Qacar maddəsi. Encyclopaedia of İslam=E.İ). Qacarların əski tarixləri haqqında bilgi üçün: "Səfəvi dövlətinin quruluşunda Anadolu türklərinin rolu" adlı kitaba bax.Qacar xanədanı aşağı-başın qovanlu (qoyunlu) obasından çıxmışdır.
4 Şərəf xan dümbəlü oymağını kürd əsilli bir oymaq sayır. Fəqət dümbəlülərin hələ XVI əsrdə türkcə danışduqlan yenə Şərəf xanın verdiyi bu lətifədən anlaşıla bilər. Şah Təhmasib dövründə Xoy şəhəri dünbəlü oymağının rəisi Hacı bəyə verilmişdi. Bir gün Hacı Bəyin əsgərlərindən bir neçəsi dünbəlü bir halvacı dükanına gedib çoxlu halva yeyirlər. Dükandan çıxarkən halvaçı onlardan pul istəyir. Dünbəlülər heyrətlə "nə pulu, şəhər bizim, halva bizim" deyirlər (Şərəfnamə, Qahirə, 1930, s.401). Yenə Şərəf xan dünbəlülərlə bağlı bunun kimi başqa bir lətifə də söyləyir (göstərilən yer). Əslində, bunlar Xoy şəhəri camaatının zarafatlarından başqa bir şey deyildir. Şəhər camaatının kəndlilər və köçərilər haqqında hər yerdə və hər zaman belə lətifələr uydurub danışdığı hamıya məlumdur.
5 Əski türkmən. Bu, bəlkə səfəvi xidmətində bulunan ağqoyunlu türkmənləri idi.
1 Bu da bəlkə İran torpağında yaşayan yaxa türkmənləridir.
2 Mətn: kəngüərli. Bu adı araşdırmalarımda biraz şübhəli ilə kəngərlü kimi oxumuşdum. Bu oymağın yurdu Nahçivan yörəsi olub, ustacalu boyuna bağlı idi.
3 Əslində, səfəvilər dövrünin ünlü şamlu boyuna mənsub idi (bax: F.Sümər. Qaragözlü maddəsi, Eİ).
4 Bizim Hələb türkmənlərinə bağlı inallu boyunun bir oymağı.
5 Qara bayatın əslində çağataylara mənsub bayaut oymağı olduğunu irəli sürmüşdüm. Çünki bu oymaq türkmən olaraq səciyyələndirilmir və Xəzərarxası türkmənləri arasında da bayat adlı bir oymaq yoxdur.
6 Mətn: bəgdillü.
7 Bu və aşağıdakı yeni oymaqlardandır.
2 Bütün bu oymaqlar yeni təşəkküllərdir. Səyyah onları türkcə danışanlar arasında göstərir. Ehtimal ki, Fars-mədanlu (yənı farsça bilməyənə mənsub).
3 Mətn: Nəsər-məcharlu. Başqa qaynaqlara görə doğrusu yazdığımız kimidir. Buradakı baharlu qaraqoyunluların eyni addakı tanınmış oymaqlarının qalıntısıdır.
4 Bu, Hələb türkmənləri arasındaki ünlü xarbəndəlü oymağının İrana köç etmiş qoludur.
5 Səfəvilər dövründəki zülqədər (dülqədir) boyunun obalarından.
6 Anadoluda da bu adda bir türkmən oymağı vardı. Ankara-Konya yolu üzərindəki Qara Hamzalu köyünün xalqı da türkməndir.
7 Mətn: ustedjorli.
1 Hər ikisi də yeni oymaqlardan.
2 Əslində, çağatay ulusuna mənsub bir oymaq idi. Sonra Xorasandakı türkmənlər arasında yer aldı.
3 Mətn: seidlu. Bu oymağın qaraqoyunludan səədlü oymağı olduğu görünür.
4 Ünlü qaşqaylar. Bu önəmli topluluq haqqında: F.Sümər. Qaşqay maddəsi, İE.
5 Səfəvilər dövründən qalma oymaqlardan biridir. Bu oymağın XVI əsrdə Hələb türkmənləri arasındakı acurlu oymağının bir qolu olduğunu sanırıq.
6 A.Dupre. Voyage en Perse, fait dans les annees 1807, 1808 et 1809. Paris, 1819, s.455-464. Göründüyü kimi, Duprenin siyahısı onun İranda olduğu 1807-1809-ci illərdə, yəni XIX əsrın əvvəllərində bu ölkədə yaşayan oymaqların durumunu göstərir. Bizcə, Duprenin siyahısı ən etibarlı siyahıdır. Duprenin türk oymaqları haqqında verdiyi siyahı ilə qarşımıza çıxan tablo digər qaynaqların da təsdiq etdiyi kimi, XVI əsrdəkindən xeyli fərqlidir.
1 Tat sözünün müxtəlif zaman və məkanlarda işlədilməsi haqqında bax: V. Minorsky. Tat maddəsi, İA, cüz 120, s. 46-50.
2 Lady Shell siyahısında türkcə danışmayan oymaqlara da yer vermişdir. Mövzumuzun dışında qaldıqları üçün bu oymaqlar siyahıya daxil edilməmişdir, Lady Shell türkcə danışmayan oymaqların çoxunu lək topluluğuna mənsub olaraq göstərir, ancaq bunu qəbul etmək mümkün deyildir. Ləklər qələbəlik bir topluluq olmaqla bərabər bilxassə zənd xanədanını çıxarmaq surətilə XVIII əsr İran tarixində mühim bir rol oynamışlar (bax: V. Minorsky. Lək maddəsi, İA, VII. s. 29-31). Türkcə danışmayan bir çox oymaqların lək əsilli olaraq göstərilməsi ləklərin oynadıqları bu mühüm siyasi roldan irəli gəlmişdir.
3 Mətn: shekloo. Əsli bəlkə də: şeyxlü.
1 Mətn: kharch hanlu, harra kanlu (?).
2 Mətn: bajmanlu.
3 Koondeschloo. Bu, bəlkə dülqədir elinin gündəşli boyunun bir qoludur.
4 Göründüyü kimi, kəngərlü ilə ləklərin bir obası birləşib yeni bir oymaq meydana gətirmişlər. Ondan öncə keçən türk-mafii oymağı kimi. Yenə eyni yerdə sil-süpür (slysepoor) hədavənd və burbur (boorboor) oymaqları ilə birlikdə göstərilib lək əsilli olduğu, 1.000 çadır və evə sahib olduğu yazılmışdır. Türk və kürd oymaqları arasında əski zamanlardan bəri Türkiyədə və İranda bu kimi birləşmə, qarışma və qaynaşma olayları vüqu bulmuşdur. Bu məsələ ilə əlaqədar olaraq bir çox misallar göstərilə bilər. Təhrir dəftərlərində kürd əsilli göstərilən oymaqlardan mühüm bir qismini meydana gətirən şəxslərin türkcə adlar daşımaları da hər halda bu qaynaşma ilə əlaqədardır.
5Oosonloo.
6 Mətn: "Gərroos. A large trible of Toorks. 4000 or 5000 houses" deyilir. Bu oymağın adının yanlış yazıldığı şübhəsizdir. Doğrusunun nə olduğu anlaşılmadı.
7 Mətn: Dodangeh. Bu oymağın da əslini bilmirəm.
8 Xəmsə - mərkəzi Zəncan şəhəri olan bölgənin adıdır.
1 Mətn: khellij. Şübhəsiz, bu, xələc topluluğudur ki, hələ də öz varlığını davam elətdirir.
1 S. 355. Əsər 997-ci ildə yazılmışdır.
2 Türkcə tərcüməsi, I, s. 465, xəritə II cilddədir.
1 Alp Arslanın Üstyurt səfəri 458-ci ilin məhərrəmində (dekabr 1065) başlamışdı. O.Turanın (Səlcuqlular tarixi və türk-islam mədəniyəti. Ankara, 1965, s. 108) Çarığı bir topluluq (ulus) qəbul etməsi gerçəkdən heyrətlidir. Çünki Çarığın bir şəxs olduğu barədə qaynaqdakı ifadələr çox açıqdır (bax: Mirxond. Rövzət üs-səfa, IV, s. 98).
2 Əvvəlcə bundan da söz edilmişdi.
3 Bahaəddin Məhəmməd b. Müəyyəd-i Bağdadi. Ət-təvəssül il ət-tərəssül. Tehran, 1315 ş., s. 14, 15. Bu əsər, bilindiyi kimi, xarəzmşahlardan Təkiş dövrünə (1172-1200) aid rəsmi və rəsmi olmayan yazıları ehtiva edən bir inşa məcmuəsidir. Bu məcmuədə nə Sultan Səncər, nə də digər səlcuqlu hökmdarlarına aid bir yazı vardır. Məcmuənin müəllifinin Təkişin münşisi olduğunu da bilirik.
4 Təkiş xarəzmşah olunca (1172) oğullarından Nəsirəddin Məlik şahı Cənd valisi qoymuşdu. Həmin sənəd bu təyinatla bağlıdır (həmin əsər, s. 12-13). Sultan Səncərin oğlu olmadığını bilirik. Təyinat yazısı olan bu vəsiqədə isə Nəsirəddin Məlik şahın adı keçir (s. l5). Məlik şah Nişapurda vali ikən 593-cü ildə (1197) vəfat etmişdi.
5 Təbayül-həyəvan, s. 18, ingiliscə tərcüməsi s. 30; izahlar qismi s. 95-96, 98-101.
6 İbn ül-Əsir, X., s. 110-111. Cənd şəhəri və bölgəsi hakiminin Alp Arslan dövründə olduğu kimi, Cəndxan ünvanını daşımaqda olduğunu bu ilə əlaqədar öyrənirik. Cənd hakimləri böyük ehtimalla qıpçaqlardan idilər.
2 "Fəthi-Xarəzm hər dəsti-sultani-əzəm şəhinşahi-müəzzəm Səncər b. Məlik şah rəhmət ül-lahi ələyhi" (Barthold. Turkestan, mətnlər, 11, s. 44-45).
3 S. 64-65, türkcə tərcüməsi, s. 83.
1 Şeirin əsli üçün: Kononov, s. 68-69, türkcə tərcüməsi, M.Ərgin, s. 85-87.
2 The Mongol mission, London, 1955, s. 81, 125, 131, 132.
3 Monqol istilası və hakimiyyəti nəticəsində qanqlılar da parçalanmışlar və bəzi qanqlı qolları özbək və çağatay ulusları arasında yer almışlar. Çağatay xanlarından Toğa-Timurun noyanlarından Bəkicik ilə Timurun komandanlarından Şeyx Nurəddinin qanqlıların ən tanınmış bəyləri olduqlarını bilirik. Oğuz xan dastanlarında (təbii ki, doğru olmayaraq) qanqlıların arabanı icad edən Qanqlı adlı bir bəydən törədikləri göstərilir. İndi də Anadolunun bir çox yerində arabaya kanqlı (>qanqlı) deyilməkdədir.
4 Z.Vəlidi (Toğan). Xarəzmdə yazılmış əski türkcə əsərlər, Türkiyyat məcmuəsi, 1928, II, s. 315-326. Buna daha öncə də işarət edilmişdi.
5 XI və XII əsrlərdə Ərzurum-Bayburd bölgələrinin hakimləri olan saltuqlulardan Mama xatunu tanıyırıq ki, XII əsrın sonlarına doğru məlikə (yəni kıraliçə) sifəti ilə saltuqlu ölkəsini idarə etmiş, Tərcanda öz adını daşıyan bir karvansara tikdirmişdi (F.Sümər. Saltuqlular. Səlcuqlu araşdırmaları, Ankara, 1971, III, s. 418-420).
6 Şəcəreyi-tərakimə, s. 73-74, türkcəsi, s. 91-92.
1 Zafərnamə, II, s. 287. Teymur Bəyazidə göndərdiyi bir məktubda: "Sənin gəmiçi bir türkmən nəslindən olduğun bizə məlumdur, bunu söyləmənə gərək yoxdur" deyərək (həmin əsər, II, s. 187) onu və qövmünü həqir saydığını ifadə etmişdir.
2 “Üməra və ərkani-dövlət be rəsmi-təlmiyyət olcamış kərdə qoftənd... və be qaidə və adəti- moğol surid miqoftənd və zanü zədə kasə midaştənd = bəylər və dövlət adamları təbrik üçün ona (Teymura) təzim etdilər və dedilər... və monqol adət və ənənəsincə mahnı oxudular və diz çöküb içki təqdim etdilər” (Zafərnamə, I, s. 437). Teymur monqolca da bilirdi ki bu, təbii qarşılanmalıdır.
3 R.Grousset. L’empire des steppes, s. 415, 416, 486. Həmin müəllif digər bir yerdə də (s. 491) monqolların Teymur qövmünün (yəni türklərin) düşməni olduğunu söyləmişdir ki, bu iddianı təsdiq etmək çətindir. Teymur İli bölgəsindəki monqolları da doğru olaraq çağatay ulusunun bir parçası sayırdı. Ordusunda onlardan da çoxlu əsgər vardı. Hətta Teymur və çevrəsindəkilər monqollardan Əmir Həmidin oğlu Cəlalın ölümü gözə alaraq soyunu Çingiz xan soyundan və Çuçi qolundan İbaç-Oglana verməsini təqdirlə qarşılayıb onun bu hərəkətini çağatay ulusunun şərəfini yüksəldən əsalətli bir davranış olaraq səciyyələndirmişdi (Zəfərnamə, I, s. 454, 455).
4 Zəfərnamə, I, s. 354, 372. Teymurun qələbəlik ordusunda digər əski türk qövmlərinə mənsub əmirlərin də heyrət ediləcək dərəcədə az olduğu görünür. Bunlar qıpçaqlardan Abbas Bahadır ilə Qur-Qara (?), qanqlılardan Sarı Buğa ilə oğulları Şeyx Nurəddin (Ay Məlik) və Birdi bəy, Sarı Buğanın qardaşı oğlu Şeyx Həsən (ünvanı: Səxt Kəman «Qatı Yaylı?) idilər. Qanqlı Bikicikin oğlu Bayan Teymur (bu monqolca bir addır) da Teymurun əmirləri arasında yer almışdı. Mülki dövlət təşkilatında da bəxşi ünvanlı uyğurlar görünür. Bu qısa izahlardan da anlaşılacağı üzrə Teymurun digər əmirlərinin böyük əksəriyyəti Çingiz xandövründəki monqol oymaqları ilə monqolca danışan topluluqlara mənsub idi. Bu oymaqların da başlıcaları bunlardı: barulas (Teymurun oymağı), bayağut (bayaut: xanlara qarşı ilk baş qaldıran və 1358-ci ildə ölən Əmir Qazğanın oymağı), arulat, sulduz, tayciut, bisuut, cəlayir, məkrit, nayman, urnaut (?).
1 Fatih dövrünə ait münşəat məcmuəsi, yay. N.Luqal - A.Ərzi, İstanbul, 1956, s. 90.
2 “Şəcəreyi-tərakimə”də içki salurların yuxarıda adı keçən salur Öyürcük Alpın oğullarından biri olan Вukаnın (Buğa) nəsli olduğu söylənir (s. 69, türkcəsi, s. 87). Digər bir yerdə isə içki salurun Arıqlıdan törəndiyinin söyləndiyi yazılır. Buna görə peçeneqlərin (bəçənə) Toymaduq adlı başbuğları Salur Qazanın atası Ənkişın ordasını basıb xatunu Çiçəklini əsir alır. Üç il sonra Ənkiş mal verib arvadını qurtarır. Çiçəkli xatun evinə döndükdən altı ay sonra bir oğlan doğur. Bundan çox dilxor olan Salur Qazan bəy: "bu uşağı kimdən doğdun" deyərək bir dəynəklə vurub anasının başını yarır. Belə olunca Çiçəkli xatun bu cavabı verir:
Yağı gəldi qararıb,
Qaçıb getdin bozarıb,
Dəvəyə minib ardından
Gedir idim qabarıb,
İxtiyarımı aldı,
Bu oğlanı içimə saldı"
(s. 70, türkcə tərcüməsi, s. 88). Salur Qazanın anasının bu sözləri qarşısnda susmağı tərcih etdiyi şübhəsizdir. Bu uşağa köpəklərə verilən İrək adını qoyurlar. İçki salurun törəndiyi söylənən Arıqlı bu İrəkın oğlu idi. Bu rəvayəti tükmənlərin əlində olan bir kitabdan (Oğuznamə ?) nəql edən Əbülqazi "O zamanlar biz yox idik. Doğrusunu-yalanını Tanrı bilir, əgər yalan isə günahı daha öncə söyləyənlərin boynuna" deyir (s. 70-71, türkcə tərcüməsi, s. 88-89). Bu diqqətəşayan bir rəvayətdir. Bilindiyi kimi, Dədə Qorqud dastanlarında Salur Qazan bəyin digər bəylərlə ovda olduğu əsnada düşməni Şöklü Məlikin onun ordasını basıb arvadını, oğlunu və anasını əsir aldığı, Qazanın anasının bir dəvə üzərində götürüldüyü bildirilir. Şübhəsiz ki, bu, həmin hadisənin bizim dastanlardakı inikasıdır. Qazan sonra düşməndən bu basqının heyfini almışdır. Qazan bəyin bıı zəfəri bizdə həmin dastanda, “Şəcəreyi-tərakimə”də isə ayrı bir şeirdə anladılır. Bozqırlarda bulə olayların baş verdiyi anlaşılır. Çingiz xanın həyatında da belə bir hadisənin olduğunu bilirik. Əsirlikdən qurtarılan Temüçinin arvadı Börtə evə döndükdən az bir müddət sonra Çuçini doğmuşdu. Çuçi Əbülqazinin də ulu babasıdır...
3 Şəcəreyi-türk, yayınlayan P.l.Desmaisons, Amsterdam, 1970, s.209; qısaldılmış türkcə tərcüməsi, Rza Nur, s. 219.
4 Şəcəreyi-tərakimə, s. 69, 72, türkcə tərcüməsi, s. 87, 90. Fəqət əlimdəki qaynaqlarda qaltaqlar haqqında bilgi verilmir.
1 Şəcəreyi-türk, s.210, türkcəsi s. 220.
2 Seyyid Əhməd əl-Mərginaniyə görə Ərsarı bay Şeyx Şərəfin müridi, Seyyid Atanın müxlisi olmuşdur. Ərsarı bay adı keçən müəllifin əsərində Baba Ərsarı olaraq anılır və uşağı olmadığı bildirilir (bax: Ə.Z.Vəlidi, həmin maqalə, s. 323-324). “Şəcəreyi-tərakimə”yə görə (s. 69, türkcə tərcüməsi, s. 87), Ərsarı bayın İnal Qazi, Zeynal Qazi və Mustafa Qazi adlı üç oğlu ilə Mama adlı bir qızı vardı. Ərsarı zəngin bir bəy olduğundan ona "bay" ləqəbi verilmişdi. Dədə Qorqud dastanlarında da bəzi varlı bəylərin (Bay Bürə, Bay Biçən kimi) bu ləqəbi daşıdıqları görünür.
3 Şəcəreyi-türk, s. 209, türkcəsi, s.220; Barthold. A History of the Turkman people, s. 136-138.
4 Şəcəreyi-türk, s.210, türkcəsi, s. 220; Barthold, həmin əsər, s. 137.
5 Həmin əsər, s. 139.
6 Şəcəreyi-türk, s.210, türkcəsi, s. 220; Barthold, həmin əsər, s. 137. Arabacılar XX əsrın ilk rübündə Ceyhunun sağ sahilində Turtkul yörəsində yaşayırdılar (Barthold, göstərilən yer, haşiyə 4).
7 Ceyhunun yataq dəyişdirməsi haqqında: Şəcəreyi-türk, s.207, s. 210; Barthold, həmin əsər, s. 133-137; Z.V.Toğan. Amu-Dərya maddəsi, İA, I, s. 419 və davamı.
1 Şəcəreyi-tərakimə, s. 74-75; türkcə tərcüməsi, s. 92-93.
2 Şəcəreyi-türk, s..210-211, türkcəsi, s. 221. Barthold, həmin əsər, s. 135.
3 Şəcəreyi-tərakimə, s. 75, türkcə tərcüməsi, s. 93; Şəcəreyi-türk, s. 221; Barthold, s. 135.
4 Səcəreyi-türk, s.207-211, türkcəsi, s. 220-221 Əbülqazi başqa bir yerdə (s. 253) dəvəçilərin 5.000-6.000 çadırlıq bir topluluq olduğunu yazır.
5 Qara evli bəhsinə bax.
6 Şəcəreyi-tərakimə, s. 76, türkcə tərcüməsi, s. 76; Barthold, həmin əsər, s. 134.
7 Şəcəreyi-tərakimə, s. 75-76, türkcə tərcüməsi, s. 93-94.
8 Həmin əsər, s. 72-72, türkcə tərcüməsi, s. 90-91.
9 Həmin əsər, s. 71, türkcə tərcüməsi, s. 89.
1 Şəcəreyi-təraikimə, s. 71, türkcə tərcüməsi, s. 89.
2 Həmin əsər, s. 71-72, türkcə tərcüməsi, s. 89-90. Buradakı Suvarcıq adı suvar qövmü ilə ilgili ola bilər. “Cami üt-təvarix”dəki oğuznamədə Qara Arslan xanın Suvar adlı bir köləsindən söz edilir. Bu kölə suvar elindən gətirilmişdi. Xan bu kölənin sədaqətini görərək onu ordusunun komandanı edir (Oğuzlara ait dastanı mahiyətdə əsərlər, s. 377-378). “Şəcəreyi-tərakimə”də (s. 55) bu qövm üçün suracıq eli deyilir. Bu fikrin Əbülqaziyə aid olub-olmadığı bilinmir. Fəqət oğuznamədə yoxdur. Suvarlar İtil boylarında yaşayırdılar və Kaşğariyə görə türk qövmlərindən biridir. Bu adlar oğuzlarla suvarlar arasındakı tarixi münasibətlərlə bağlı xatirələr olaraq görünür.
3 Həmin əsər, s. 71-72, türkcə tərcüməsi, s. 89-90.
4 Bu Burkas adı da yenə İtil sahillərində oturan Burtas adlı qövmü xatırladır. Bunların suvarlara yaxın bir qövm olduqları söylənir (Ə.Z.Toğan. Burtas maddəsi, İA, II, s. 820-821).
5 Qaffari. Cahan-ara, s. 303-304; Qumlu Həsən bəy. Əhsən ül-təvarix, s. 346-347, 386-387, 401-404, 405-406; Türkmən İskəndər bəy. Tarixi-aləm arayi-Abbasi, I, s. 106-109; Əbülqazi. Şəcəreyi-türk, s. 245-246, türkcəsi s.258-259; Barthotd, həmin əsər, s. 139.
6 Bundan daha öncə söz edilmişdi.
1 Ə.Z.Toğan. Amu-Dərya maddəsi, İA, I, s. 222.
2 Diyarbəkriyyə, II, s. 474.
3 Bilindiyi üzrə, Övliya Çələbi İtilin aşağı yatağında yurt tutan kalmıklar haqqında bir çox baxımdan ilgi çəkən və diqqətəşayan bilgilər vermişdir (Səyahətnamə, İstanbul, 1928, VII, s. 843-870). Övliya Çələbi kalmıkları əski müəlliflərin hunları və monqolları anlatdıqları kimi təsvir edir.
4 Monqollarm gizli tarixi, türkcə türcüməsi Ə.Təmir, Ankara, 1948, s. 61; Monqollarm gizli tarixi, Bakı, 2011, s. Rəşidüddin, Moskova, 1965, s. 82.
5 VII, s. 844, 847.
6 Şəcəreyi-türk, s.316, türkcəsi s. 332-333.
1 Abbasnаmə, s. 201-204.
2 Həmin əsər, s. 224-225. Nadir şah dövründə (1736-1747) kalmıklardan Qarçığay xan vardı ki, Nadir şah onu Rusiyaya elçi olaraq göndərmişdi. Qarçığay xan Qalmaq sonra Dərbənd bəylərbəyiliyinə təyin edildi (Mirzə Məhəmməd Məraşi. Məcmə üt-təvarix, Tehran, 1328 ş., s. 121).
3 Rzaqulu xan isə anasının qacarlardan Məhəmməd xanın bacısı olduğunu yazır (Rövzət üs - səfayi-Nadiri, IX, s. 85).
1 Bu türkmənlərin daha öncələri kalmık xanı Munçak (Monçak) zamanında (1667-1670) köç etməyə haşladıqları və bu köçün türkmənlərin öz istəkləri ilə həyata keçirildiyi də söylənir (Barthold, həmin əsər, s. 157). Türkmənlər kalmıkların 1771-ci ilin qışında Orta Asiyadakı yurdlarına dönüş yürüyüşünə də qatılmaq zorunda buraxılmışlar. Bunlardan ancaq bir qismi geri dönə bilmişdir (həmin əsər, s. 157-158).
2 Daha öncə də işarət edildiyi kimi, siyahıların birində bu ad dodourg, digərində isə doudougah şəklində görünür.
3 İskəndər bəy. Tarixi-aləm-arayi-Abbasi, II, s. 1087.