Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,61 Mb.
səhifə8/42
tarix03.06.2018
ölçüsü5,61 Mb.
#52596
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

SƏNCƏRİ ƏSİR ALAN OĞUZLAR

Bu oğuzlar Xorasana gəlməzdən əvvəl Mavəraünnəhrdə ya­şayırdılar və karluqlar kimi qaraxani hökmdarı Məhəmməd Ars­lan xana (1101-1132) xid­mət edirdilər. Onların Sır-Dərya bo­yunda Mavəraünnəhrə enmələri yəqin ki, qanlı-qıpçaqların təzyiqi ilə bağlıdır. Bu oğuzlar boz-ox və üç-ox adı ilə iki qola ayrılırdılar. Üç-oxların başında Dad bəy ünvanlı İshaq oğlu Tu­ti (Du­du), boz-oxlarınkında isə Əbdülhəmid oğlu Qorqud bəy dururdu. Oğuzlar xid­mətində olduqları Qaraxani hökmdarları ilə yaxşı münasibətdə idilər. Ancaq karluqlar sonralar da oldu­ğu kimi üsyan edirdilər.

1122-ci ildə Çindən qovulan xıtaylar Monqolustana get­mək əvəzinə ürəklərinə yatan türk ölkəsinə gəlib qısa bir müd­dətdə Balasağun mərkəz ol­maq üzrə qüdrətli bir dövlət qur­muş­dular. İslam salnamələrində onlara qara-xıtaylar deyilir ki, buradakı «qa­ra» sifəti Çindən qovulduqları və etibarlarını itir­dikləri sə­bə­bilə verilmiş olmalıdır. Karluqlar bu qara-xıtayların şəxsində özlərinə qüvvətli bir hami tapdılar. 1141-ci ildə Sə­mər­qənd ya­xınlığındakı Katvan çölündə qara-xıtay hökmdarı ilə Sultan Sən­cər arasında vuruşma baş verdi. Sultan Səncərin ordusunun ağır şəkildə məğlubiyyətə uğramasında qara-xıtay ordusunda vu­ruşan karluqlar mühüm rol oynadılar. Bu vuruşma nəticə­sin­də Mavəraünnəhrdəki qaraxani xanədanı qara-xıtay­la­rın haki­miy­yəti altına girdi, karluqlar isə qara-xıtayların kömə­yi ilə oğuzları buradan qovdular. Oğuzlar Bəlx və Xüttəlan böl­gəsinə gəlib burada yurd saldılar. On­ların sayının 40 min ça­dıra yaxın olduğu söylənsə də2, zənnimizcə, bu, olduqca mü­ba­liğəli bir rə­qəmdir. Oğuzlar səlcuqlu sultanı Səncər tərəfin­dən dövlət xidmə­tinə qəbul olunmayaraq rəiyyət (qara camaat) hesab edil­dilər, vergiləri qoyun idi. Bu rəqəm də oğuzların 40 min çadır olma­dığını göstərir.

Yuxarıda dediyimiz kimi, oğuzlar üç-ox və boz-ox adlı iki qola ay­rı­lır­dılar. Üç-oxların başında Tuti (Dudu), boz-oxların başında isə Qorqud bəy dururdu. Tuti bəyin atası İshaqın Dad bəy ünvanını daşıması onun olduqca nüfuzlu və məşhur bir şəx­­­siyyət olduğunu göstərir. Bu qol bəylərindən son­ra Dinar, Bəxtiyar, Arslan, Çakır və Mahmud kimi bəylər gəlirdi. Bun­lar­dan başqa, Qorqudun qardaşı Məhəmməd, Səncər, Böyük Davud və Səlmənçi kimi bəylərin olduğunu da bilirik. Qaynaq­larda göstərildiyinə görə bəylər var­lı adamlardı.

Səncərin Bəlxdəki valisi Kımaç öz hakimiyyəti altındakı bölgədən oğuz­ların çıxıb getməsini tələb etdi. Oğuzlar onun tə­ləbinə məhəl qoymadılar. Kı­maçın ani bir hücumu qarşısında qə­fil ovlanmamaq üçün bir yerə yığış­dılar, başqa yerlərdə ya­şa­yanlar da onlara qoşuldular. Türk-Aslan Buğa da oğuzlara qo­şulmuş adamlardan biri idi. Kımaç, şübhəsiz ki, Səncərin razı­lı­ğını alaraq bu tələbi irəli sürmüşdü. Bunun səbəbi isə Kıma­çın oğuzlardan gördüyü və vəfasızlıq kimi qiymətləndiyi bir hə­rə­kət idi. Həqiqətən, 547-ci ildə (1152) gur dövlətinin banisi Əla­əddin Hüseyn Cahansuz Bəlxi müha­si­rəyə almış, Kımaç isə ya­nın­da oğuzlardan bir bölük olduğu halda ona qarşı çıxmışdı. An­caq oğuzlar gurların tərəfinə keçmişdilər. Buna görə şəhər təs­lim olmuşdu. Xoşbəxtlikdən, Səncər vaxtında çataraq Əla­əd­din Cahansuzu məğlub edib əsir almış, vəziyyəti düzəltmişdi. Cüzcaninin1 məlumatına görə, gur xanədanının məğlubiyyə­tin­də isə ordusunun sağ cinahındakı oğuz, türk və xalaçların vu­ruşma zamanı Səncərin tərəfinə keçmələri mühüm səbəb ol­muş­dur.

Oğuzların bu yaşayış bölgəsindən köçüb getməyi rədd et­dik­ləri üçün Kı­maç hər halda Səncərdən icazə alaraq 10 min atlı ilə onların üzərinə yürüdü. Bunu eşidən oğuz bəyləri onun ya­nına gedərək burada qalmalarına icazə ver­sə, ev başına 200 dirhəm ödəyəcəklərini söyləsələr də, Kımaç buna razı ol­madı, üstəlik, bəylərlə pis rəftar elədi. Hirslə geri qayıdan bəylər at­landılar və Kımaçın qabağına çıxdılar. Baş verən döyüşdə oğuz­lar parlaq bir zəfər qa­zandılar. Kımaç və oğlu əsir alınaraq öldürüldülər2. Bu hadisədən sonra oğuzlar Bəlx ətrafını yağma­ladılar.

Kımacın məğlubiyyət xəbəri Bəlxə çatanda3 Sultan Səncər qələbəlik bir ordu toplayaraq (deyilənə görə, 100 minlik) oğuz­la­rın üstünə yürüdü. Oğuz­lar bu dəfə daha böyük təlaşa qapıl­dı­lar və Səncərin yanına göndər­dik­ləri el­çilər ona bu sözləri çat­dırdılar: «Biz həmişə sultanın sadiq qulu olmu­şuq. Kı­maç oca­ğımıza qəsd elədi, arvad-uşağımız naminə onunla vuruşmaq məc­buriyyətində qaldıq. 100 min dinar və 100 türk yeniyetmə­si4 verək, qoy sul­tan bizi bağışlasın»5. Səncər bəzi əmirlərin tə­siri altına düşərək oğuzların xa­hişini rədd etdi. Hətta onlara ya­xınlaşdığı zaman oğuzlar arvad-uşaqlarını qabaqlarına qatıb əfv olunmalarını xahiş etdilər və əvvəlki təkliflərinə əlavə olaraq ev başına yeddi batman gümüş verməyi öhdələrinə götürdülər1. An­caq əmirlərin israrı ilə Səncər bu təklifi də rədd etdi. Səncər nə etmək istə­yir­di? Öz qövmünü yer üzündən silmək, onların sərvətlərini, qızlarını-oğ­lan­larını ələ keçirmək? Halbuki bir il əvvəl torpağına təcavüz edərək yağma­layan və Kımaçı məğlub edən gur hökmdarı Əlaəddin Cahansuzu dustaq alarkən ona xələt geydirib öz ölkəsinə geri göndərmişdi.

Arvad-uşaqları ilə yalvarmağın Sultan Səncərin mərhəmət duyğularına təsir etmədiyini görən oğuzların çox zaman olduğu kimi ruhlarındakı qorxu­nun yerini qəzəb tutdu. Bu səbəbdən an­caq yüz atlının keçə biləcəyi bir ke­çid­də əzmlə döyüşə hazır­laşdılar, keçiddəki yol üstündə tarğan düzəltdilər2. Oğuzlar bu­ra­da Səncərin ordusunu bir həmlədə dağıtdılar (məhərrəm, 548-mart-aprel, 1153). Səncər bir dəstə əsgəri ilə pərişan halda Bəl­xə tərəf qaçdı. Oğuzlar arxadan gəlib çatdılar, bir də vuruşma oldu. Səncər yenə məğlub ola­raq səfər ayında (aprel-may) Mər­və getdi. Oğuzlar Mərvə hücum elədilər. Onların yaxınlaşdığını eşidən Səncər və əsgərləri döyüşməyə cəsarət etmə­dən oradan uzaqlaşdılar. Oğuzlar Mərvə girib şəhəri görünməmiş şəkildə yağ­­maladılar (cümadül-əvvəl). Bir müddət sonra Sultan Səncə­ri ələ keçirən oğuzlar hökmdarı taxta oturdaraq ona təzim etdi­lər və itaət edəcəklərini söy­lədilər3. Əslində isə Səncər dus­taq­dan başqa bir şey deyildi.

Oğuzlar mövcud vəziyyəti qorumaq və xarici müdaxilələrin qabağını al­maq üçün Səncəri qorumağı və onu hökmdar kimi göstərməyi öz siyasət­lə­ri­nə uyğun hesab edirdilər. Oğuzlar Sən­cəri də yanlarına alıb rəcəb ayında Mər­və qayıtdılar və şə­həri əvvəlkindən də daha qorxunc bir şəkildə yağma­la­dılar. Bu yağmaya xalqın onları təhrik etmiş olması mümkündür. Deyil­di­yinə görə, birinci və ya ikinci dəfə şəhər üst-üstə üç gün yağ­malanmışdı. Oğuz­lar bu yağma zamanı birinci gün qızıl, gümüş və ipək əşyaları, ikinci gün düyü, mis, tunc və dəmir əşyaları, üçüncü gün isə yataq-yastıq içini, küp, çömçə, qapı və çərçivə­ləri alıb aparmışdılar. Bu, əslində yağmalı toy adətinin geniş miq­yasda tətbiqindən başqa bir şey deyildi. Oğuzlar bozqır­lar­da həmişə mövcud olan bu adətin oturaq əhali yaşayan yerdə də həyata keçirilməsini təbii sayırdılar. Bu əsnada Nişapura qaç­­mış Sultan Səncərin əyan-əşrəf və əmirləri orada Səncərin qardaşı oğlu Sultan Məhəmməd Tapar oğlu Süleyman şahı hökm­dar elan etdilər. Süleyman şah Mərv üzərinə yürüş eləsə də, onun əsgərləri oğuzlardan o qədər qorx­muşdular ki, onları görər-gör­məz arxalarına baxmadan qaçdılar. Onları təqib edən oğuzlar yolları üs­tündəki Tusu yağmaladıqdan sonra Nişapura gəl­dilər (şəvval, 548-dekabr - yanvar, 1153/1154).

Bu şəhər də Mərv kimi qorxunc şəklində yağmalandı. Yağ­malar zamanı xeyli adam da qırılırdı. İsfərayin və Cüveynə qə­dər hər yanı yağmalayan oğuz­lar Nişapuru təkrarən yağma­la­ya­raq oradan uzaqlaşdılar. Bütün bu yü­rüşlər zamanı Səncər də yan­larında idi. Qaçmaması üçün onu dəmir bir qə­fəsin içində sax­layırdılar. O dövrdə islam aləmində belə vəziyyətlərdə adə­tən bu cür hərəkət edirdilər.

Səncərin ora-bura dağılmış əmirləri Nişapurda yığışaraq qa­raxani Mə­həmməd xanın oğlu, Səncərin qardaşı oğlu Mah­mudu hökmdar elan etdilər. Sultan Mahmud həmin günlərdə Heratı mühasirəyə alan oğuzların üzərinə səfər etdi. Tərəflər arasında dəfələrlə vuruşma oldu, əksəriyyəti də oğuzların qə­ləbəsilə başa çatdı. 550-ci ilin cümadiyül - əvvəl ayında (iyul-avqust, 1155) oğuzlar Mərvə qayıdaraq oradan Mahmuda elçi göndərib sülh bağla­dılar. Mahmud da öz sələfi Süleyman şah kimi zəif şəxsiyyət idi, bütün qüv­və əmir Müəyyəd Ay-Abanın əlində cəmləşmişdi. Ay-Aba Nişapurdan əlavə Tus, Nəsa və Abivərdi də ələ keçirmişdi. Səncərin digər əmiri Aytak da Rey bölgəsinə hakim olmuş, başına 10 min atlı yığmışdı1.

Oğuzların əlindəki yerlər Bəlx, Mərv və Səraxs bölgələri idi. Belə gö­rü­nür ki, bu ərazi onlara kifayət edirdi. Oğuzların obaları isə əvvəlki kimi Bəlx ətrafında yerləşirdi. Mahmud xan­la sülh bağlandıqdan sonra Səncərin əmirləri Mərvə gedib onun­la görüşə bilirdilər. Ancaq görüşdə oğuz bəylə­rin­dən Tuti bəy, Qorqud, yaxud Səlmənəçi və Böyük Davud hökmən işti­rak edirdilər. 551-ci ildə (ramazan-oktyabr-noyabr, 1156) Mü­əyyəd Ay-Aba ke­şik çəkən oğuzları aldadaraq Səncəri Bəlxdən Termezə qaçırtdı. Bir müddət orada qaldıqdan sonra Səncər Mərvə gəldi. Bəlx bölgəsindəki oğuzlar Sən­cərin nə edəcəyini maraq və təşvişlə gözlədilər. 72 yaşlı ruhən düşkün, xə­zi­nəsi boş, ölkəsi xarabazar, əsgəri dağılmiş bir insan nə edə bilərdi? Ger­çək­dən, Səncər heç bir təşəbbüsdə bulunmadan xilas olduq­dan 7 ay sonra kədər içində Mərvdə öldü (14 rəbiüləvvəl 551-7 may 1156) və göy ka­şısı­nın bir­gün­lük məsafədən göründüyü söylənən möhtəşəm türbəsində dəfn edildi. Be­ləliklə, qüdrət və həşəməti şair və mühərrirlər tərəfindən göylərə çıxarılan Sultan Səncərin aqibəti bu cür gözlənilməyən şəkildə sona çatdı. Heç şübhə yox idi, bu, öz doğma qövmünə qarşı ətrafındakı iranlı­lardan fərqlənməyən davranışın qaçınılmaz nəticəsi idi. Səncə­rin yaşlılığı ona haqq qazandırmır. Oğuzların bütün yalvarış­la­rını və əlverişli təkliflərini rədd etməsi onun öz eldaşlarını məhv eləmək düşüncəsində olduğuna zərrəcə şübhə yeri burax­mır. Halbuki hətta Sultan Mahmud Qəznəvi belə Səncərin bu oğuzlardan heç də daha az yağmaçı və daha az təhlükəli olma­yan babaları haqqında bu qədər rəhmsiz davranışda bulunma­mışdı.

Səlcuqluların öz eldaşlarına qarşı biganə və diqqətsiz qal­ma­ları, onları dövlət xəzinəsindən məhrum etmələri, özlərinə isə təxminən yad bir qövm nəzəri ilə baxmaları türkmənlərə o qə­dər təsir eləmişdi ki, bunun acı xati­rə­ləri XVII əsrdə Xarəzm türkmənləri arasında hələ də yaşayırdı. Nəticə eti­barilə bu biga­nəlik və yanlış hərəkət, yəni səlcuqluların həm İranda, həm də Ana­doluda öz qövmlərinə qarşı bu davranişları öz dövlətlərinin sü­qutunda mühüm bir amil olmuşdur.

Sultan Səncərin ölümündən sonra oğuzlar rahat nəfəs aldı­lar. İndi onlar Bəlx ətrafında yurd salmış, hətta yağmaçılıqdan vaz keçərək Sultan Mah­muda itaət etmək qərarına gəlmişdilər. Oğuzlar 553-cü ilin şaban ayında (av­qust-sentyabr, 1158) Mər­və gəldilər, Sultan Mahmud və iqtidarı əslində öz əlində sax­la­yan Ay-Aba Səraxsda idilər. Ay-Aba qoşunla oğuzların üstü­nə yürüyərək onların bir bölüyu ilə qarşılaşıb qalib gəldi, hətta on­ları Mərvə qədər qovdu. Bu qalibiyyət cürətini artırmış və ona oğuzları tamamən orta­dan qaldıracağı ümidini vermişdi.

Buna görə Sultan Mahmud da yanındakı oğuzlara hücum etdi. Ancaq Ay-Abanın bu ümidi başa çıxdı. Üç gün davam edən döyüşdə oğuzlar üç dəfə geri çəkilsələr də, axırda Ay-Aba­nı ağır bir məğlubiyyətə uğratdılar (9 şəvval - 3 noyabr). Bu qalibiyyət oğuzların öz qüvvələrini itirmədiklərini göstərdi. Onlar bu dəfə mərvlilərə xoş münasibət göstərsələr də, Səraxs və Tus şəhərlərini yağmalamaqdan vaz keçmədilər. Oğuzlar məğ­lubiyyətdən sonra Cürcana gəlmiş Sultan Mahmudun yanına ertəsi il (554-1159) elçilər göndərərək hökmdarları olması üçün onu Mərvə dəvət etdilər. Ancaq Mah­mud inanmadığı və qorx­du­ğu üçün onlara müsbət cavab vermədi. Belə ol­duq­da oğuzlar ondan oğlunu göndərməyi xahiş etdilər. Mahmud buna razı ol­du. Oğuzlar hökmdarlarını Nişapurda qarşıladılar, ona hör­mət və təzimdə bulundular. Oğuzların bir hökmdara ehtiyac duy­maları və hakimiyyətlərini qa­nuniləşdirmək zərurətilə əla­qə­dardır. Digər tərəfdən, bu hökmdar bəylər arasındakı anlaş­maz­lıqları da aradan qaldıraraq birliyi davam etdirməli idi.

Oğuzlar məşhur Tus şəhərini bir dəfə də yağmaladılar. Çün­ki tuslular onların hakimiyyətini tanımağı rədd etmişdilər. Oğuzlar Tusdan Nəsa və Abi­vərd tərəflərə getdilər, burada Sul­tan Mahmudla görüşüb onun hökm­darlığı qəbul etməsi haqqın­da razılığa gəldilər, sonra Nişapur və Səraxs yolu ilə birlikdə Mərvə qayıtdılar. Onlara itaət etməyən Ay-Aba Nişapura dön­dü və həmin bölgəyə hakim oldu.

Nəsa bölgəsində yazır boyu yaşayırdı. 555-ci ildə (1160) on­ların başçısı Ödək xan oğlu Yağmur xan idi. Yazırlar oğuz küt­ləsinə mənsub deyildilər, buraya isə Balxan yolu ilə Man­qışlaqdan gəlmişdilər. Həmin il Xarəzmşah İl-Arslanın əsgərlərindən bir bölüyü yazırların üzərinə hücuma keçib onları pərən-pərən saldı. Yağmur xan oğuzların yanına gedərək onlardan kö­mək is­tədi. Onun fikrincə, Xarəzm əsgərlərinin yazırlara hücu­mu Səncərin əmir­lərindən olan və Rey bölgəsini ələ keçirmiş Ay­takın təhriki nəticəsində baş vermişdi. Oğuzlar Yağmur xa­nın Aytaka qarşı mübarizəsinə kömək edə­cək­lərini bildirdilər. Bundan xəbər tutan Aytak isə Mazandaran əmirini köməyə ça­ğırdı. Dehistan yaxınlığında baş verən vuruşmada Aytak və Ma­zan­daran əmiri ağır məğlubiyyətə uğradılar. 556-cı ilin əv­və­lində (1161) Dehistan və Cürcanı yağmalayan oğuzlar Xo­ra­sana qayıtdılar1.

Nişapur və onun ətrafına hakim olan Ay-Aba Sultan Mah­mudun haki­miy­­yətini tanımırdı. Buna görə oğuzlar Sultan Mah­­mud da yanlarında ol­maq­la Ay-Abaya hücum etdilər. Ay-Aba Şadiyahda mühasirəyə alındı. Bu əs­nada Sultan Mahmud oğuzların yanından qaçaraq Nişapurun qala divarına sığındı. Gö­­rünür, o, oğuzların hakimiyyətini qəbul edə bilmirdi. Ancaq onun qısa bir müddət sonra bu hərəkəti üçün möhkəm peşman­çılıq duyduğuna şüb­­hə yoxdur. Çünki Ay-Aba onu və oğlunu yaxalayaraq gözlərinə mil çək­dirdi və ata-oğul bir-birinin ar­dın­ca dərin iztirablar içində vəfat etdilər (557-1162).

Oğuzlara gəlincə, onlar Sultan Mahmudun qaçmasından sonra Mərvə qa­yıtmışdılar. Mərv, Bəlx və Səraxs bilavasitə on­la­rın hakimiyyəti altında idi. Herat hakimi Ay-Təgin oğuzlarla dostluq münasibəti saxlayırdı. Oğuzlar hakim olduqları yerlər­də Səncərin adına xütbə oxudurdular ki, belə bir adət heç bir yer­də və heç bir zaman görünməmişdi. Xütbədə Səncərdən son­ra o yerin hakimi olan bəyin adı oxunurdu. Ay-Aba isə Ni­şa­pur bölgəsi ilə Tus, Nəsa və Kumisin hakimi idi, xütbəni də İraq səlcuqlu sultanı Arslan şahın adı­na oxudurdu. Dehistan və Cürcan isə Aytakın əlində idi. O buralarda xüt­bəni Xarəzmşah İl-Arslanın adına oxudurdu2.

558-ci ildə (1162) gur hökmdarı Seyfəddin Məhəmməd oğuz­lara hücum etdi, lakin məğlub olaraq öldürüldü. 559-cu il­də (1163) oğuzlar bu qələbə­dən istifadə edərək Qəznəni aldı­lar və şəhəri uzun müddət əllərində saxla­dılar. Beləliklə, oğuzların bilavasitə idarələri altındakı bölgələrə (Mərv, Sə­raxs, Bəlx, Nə­sa və Abivərd) məşhur Qəznə şəhəri və bölgəsi də əlavə olun­muşdu1. Hər bölgə bir oğuz bəyi tərəfindən idarə olunurdu. He­rat hakimi Ay-Təgin də oğuzlara tabe idi. 559-cu ildə Taliqan və Qarcistanı fəth etmiş Sunqur da (Səncərin əmirlərindən biri) onlara vergi verirdi2.

560-cı ildə (1164/1165) oğuzlar Heratı mühasirəyə aldılar. Çünki bura­nın hakimi, onların vassalı olan Ay-Təgin bir il əv­vəl gurlarla döyüşdə öl­müş və heratlılar şəhərin möhkəm qala di­varlarına və getdikcə qüdrətlənən Ay-Abanın köməyinə arxa­lanaraq oğuzlara itaət etməməyə başlamışdılar. Ancaq oğuzlar Ay-Abanın Səraxs tərəflərə hücumları ilə əlaqədar mühasirə­dən əl çəkib geri qayıtmaq məcburiyyətində qaldılar.

Oğuzların 560-cı ildən (1164/1165) sonra yavaş-yavaş si­yasi əhəmiyyət­lə­rini itirdikləri müşahidə olunur. Bu xüsus, şüb­həsiz onların müştərək bir rəh­­bərliyə malik olmamaları və bu səbəbdən süquta uğramaları ilə əlaqədar­dır.

568-ci ildə (1172/1173) Mərv və Səraxs keçmiş bəylərdən Di­narın əlin­də idi. Tuti və Qorqud bəyin bu tarixdən əvvəl öl­düyü qənaəti hasil olur. Bu dövrdə Xorasana bitişik iki ölkədə iki dövlət sürətlə yüksəlirdi. Bun­lardan bi­ri Heratla Qəznə ara­sındakı dağlıq ərazidə qurulan gur dövləti, di­gəri isə Xarəzm ölkəsində xarəzmşahlar dövləti idi. 567-ci ildə (1172) xarəzm­şah İl-Arslanın ölümü dolayısı ilə onun yerinə keçən Sultan şah qara-xıtayların kö­məyi ilə böyük qardaşı Təkiş tərəfindən taxt­dan uzaqlaş­dırılmışdı. Xorasana gələn Sultan şah, göründüyü ki­mi, bu bölgənin mühüm bir qisminə hakim olan Müəyyəd Ay-Abanın köməyi ilə Xarəzm taxtını ələ keçirmək istədi, an­caq buna müvəffəq ola bilmədi. Baş verən vuruşmada Ay-Aba məğlub olaraq öldürüldü (569-1174), Sultan şah isə gurlara pə­nah apardı. Ancaq çox keçmədən Təkiş ilə qara-xıtayların arası dəydi. Vəziyyəti diqqətlə seyr edən Sultan şah münasib fürsətin ələ düşdüyünü görərək qara-xıtayların yanına get­di. Qara-xıtay kraliçəsi öz ərinin komandanlığı altında qüvvətli bir ordu­nu Sultan şaha köməyə göndərdi. Ancaq xalqın və ordunun Təkişə sədaqəti, habelə görülən tədbirlər sayəsində misilsiz döyüş gü­cünə malik qara-xıtay ordusu heç nə edə bilmədən geri qayıtdı. Sultan şah bəzi təəhhüdlər götür­məklə qara-xıtay ordusundan bir qədər əsgər alıb Səraxsda olan Dinarın üs­tünə basqın elədi. Bu basqın nəticəsində Dinarın adamlarının əksəriyyəti öl­dürül­dü. Dinara gəlincə, o özünü qalanın xəndəyinə atmışdı. Xoş­bəxt­lik­dən, onu oradan xilas etdilər. Dinar sağ qalan oğuzlarla qalada gizləndi. Sultan şah daha heç nə edə bilməyəcəyini başa düşərək Mərvə qayıtdı və orada ya­şamağa başladı.

Sultan şah çox fəal və cəsur insan idi. Mərvdən Səraxs üzə­rinə arası­kə­silməz hücumlar edirdi. Dinar bu hücumlara cavab verə bilmirdi. Buna görə də buyruğundakı oğuzların çoxu on­dan üz çevirərək dağılmağa başladılar. Səraxsı Sultan şahın hü­cumlarından daha qoruya bilməyəcəyini başa düşən Dinar baş­da Nişapur olmaqla Xorasanın mühüm bir qisminə hakim olan Ay-Aba oğlu Toğan şaha Səraxsı Bistan ilə dəyişməyi təklif et­di. Toğan şah bu təklifi qəbul etdi. Ancaq Toğan şah da şəhəri müdafiə edə bilmədi. 576-cı ildə baş verən vuruşmada Sultan şah Toğan şahı məğlubiyyətə uğratdı, Sə­rax­sı, sonra isə Tusu tutdu1.

Sultan şahın Mərvi ələ keçirərək Səraxsa hücumlar etməsi və bu şəhərin onun tərəfindən Toğan şaha verilməsi oğuzların ta­rixində mühüm dönüş nöqtəsidir. Tarixləri dəqiq bilinməyən (569-576-cı illər arası) bu hadisələr nəticəsində oğuzlar demək olar ki, tamamilə dağıldılar. Yenə həmin illərdə Qəznə şəhəri də onların əlindən çıxdı. Oğuzlar Qəznədə tarğan vasitəsilə gur­lara qarşı şiddətli müqavimət göstərsələr də, hətta əvvəlcə qa­lib gəlsələr də, sonra məğlub olmuşlar2. Bəlxin oğuzların əlin­­dən nə vaxt çıxdığı isə bilinmir. Bu xüsusda bilinən şey odur ki, gurlar bu şəhəri 594-cü ildə (1197/1198) Öz-Aba adlı bir türkün əlindən almışlar.

Öz-Aba qara-xıtayları öz süzereni kimi tanıyır və onlara vergi verirdi3. Mərv və Səraxsın təslimindən sonra dağılan və Xo­rasandakı siyasi tarixləri sona çatan oğuzlardan mühüm bir kütlə Kirmana, qismən daha kiçik bir kütlə Farsa öz eldaşları salğurluların yanına getdi. Onlardan bir çoxunun isə Anadoluya getdiyi ehtimal edilir. Bistamda yaşayan Dinara gəlincə, o, xa­rəzmşah Təkişin İraqa yürüşü zamanı buranı da tərk edərək Ni­şapura, Toğan şahın yanına gəldi və onun bacısı ilə evləndi. Di­nar Toğanın ölümünə qədər (məhərrəm, 581- aprel, 1185) onun yanında qaldı və həmin il Kirmana gedərək buranı ələ keçirdi. Bu barədə aşağıda bəhs ediləcəkdir.

Xorasanın mühüm bir hissəsinə hakim olan oğuzların sa­də­cə cəsur dö­yüş­çülər deyil, döyüş üsullarını bilən və onları mə­harətlə tətbiq edən insan­lar olduqları görünür. Ancaq səlcuqlu ai­lə­si kimi bir enerjili başçıları ol­madığı və ya aralarından dövlət adamı xüsusiyyətlərini daşıyan bir şəxs çıx­madığı üçün zəfər­lərindən lazımi səviyyədə faydalana bilməmiş və dövlət qura bilməmişdilər. Oğuzların başçılarından biri - əsilzadə Xızır oğ­lu İshaq oğlu Şəmsəddin əbu Şüca Tuti bəy ən nüfuzlu bəy ki­mi görünür. Ancaq onun bütün bəylərin başçısı olduğuna dair heç bir dəlil yoxdur. Bu xüsusda bilinən fakt Tutinin qol bəyi ol­masıdır.

Oğuzlar hakimiyyətlərini qanuni etmək üçün başlarında sadəcə olaraq formal şəkildə hökmdarlıq edəcək bir adamın durmasını lüzumlu görürdülər. Sultan Mahmud bu iş üçün mü­na­sib adam olsa da, onların təhəkkümünə dö­zə bilməmişdi. Ge­niş miqyaslı yağmalar üçün bəyləri məzəmmət etməyə haq­qı­mız yoxdur. Çünki buyruqlarındakı oğuzların onlara bağlılığı məhz bu xüsusla əlaqədardır. Bəylərin başçı olduqları adamlar üzərində hakimiy­yət­ləri hüdudsuz deyildi.

Sultan Mahmudun qaçmasından sonra oğuzların zəbt etdik­ləri yerləri öz aralarında bölərək idarə etdikləri görünür. Anla­şıl­dığına görə, nüfuzlu bəy­lərdən hər biri Mərv, Səraxs, Bəlx, Qəznə kimi bölgələrdən birini idarə et­miş, məlik ünvanını al­mışdır. Dinarın hələ Xorasanda ikən bu ünvanı daşı­dığı, boz-ox­ların başçısı Qorqudun da həmin ünvana sahib olduğu mə­lum­dur. Qorqudun qızı xarəzmşah Təkişin xatunlarından idi, oğuzların bir his­səsi isə keçməyərək kiçik kütlələr halında Xo­rasanda qalmışdı1.

Monqolların Mavəraünnəhri istila etmələri nəticəsində ora­da­kı türk­mən­lərin əksəriyyəti başda Mərv olmaq üzrə Xorasana gəldilər. Onların yal­nız Mərv və Nəsa bölgəsində yaşayan­ları­nın 70 mindən artıq əsgəri olduğu söy­lənir2. Monqollar Xorasanı qəti olaraq tutduqda oradakı türk­mən­lərin çoxu nicatı qərbə qaçmaqda tapdı və Anadoluya gəldi. Osmanlı xanədanının mon­qol istilası səbəbilə Mərv bölgəsin­də­ki Mahandan türkmənlərlə birlikdə Anadoluya gəlməsi haq­qındakı rəvayət bu baxımdan tarixi bir qiymət da­şı­yır. Tür­kiyədə Xorasandan gəlməyin xatirəsi əsrlər boyu unudulma­ya­raq bu­günədək çatmışdır. Bu xatirədəki Xorasan sözü, şüb­hə­siz, sadəcə bu böl­gəni deyil, eyni zamanda Türküstan və Xa­rəzmi də ifadə edir.



5. KİRMAN

Kirman bölgəsində səlcuqlu nəslindən Çağrı bəyin oğlu Kav­­urd Qara Aslan bəyin övladları hökm sürürdülər. Xanəda­nın bu qolu da digər qollar ki­mi başlıca olaraq türk məmlük­lərinə is­tinad edirdi. Oğuzlar gəlməzdən əv­vəl bu bölgədə qeyd edil­məyə dəyər mühüm bir türkmən kütləsi yox idi. Xa­rəzm­şah­lar xanədanından Sultan şahın Səraxsı fəth etməsi nəticəsin­də da­ğı­lan oğuzlardan bir elat 575-ci ildə (1179) Kirman tor­paq­l­a­rı­na ayaq basdı. Bu elat 5 min atlıdan ibarət olub yan­la­rında ar­vad-uşaqları, davar və araba­la­rı vardı, özləri də olduqca yoxsul və yorğun görünürdülər. Sərhəd şəhər­lə­rindən olan Ko­banı iki-üç gün mühasirəyə alan oğuzlar bu şəhərlə Kirman böl­gəsinin paytaxtı (məlik burada iqamət edirdi) Bərdəsir ara­sın­da yerlə­şən Zərənd şəhərinə gəldilər. Nə məqsədlə gəldik­lə­rini öyrən­mək üçün Kirman məliki Sunqur adlı bir nəfəri onların yanına göndərdi. Sunqur oğuzlardan Qeysər bəy adlı bir elçi ilə geri qa­yıtdı. Qeysər bəy gələnlərin 10 min ev ol­du­ğunu, hökmdarın yanında xidmət etmək üçün gəldiklərini, 5 min nə­fərlik digər bir elatın Fars tərəfə getdiyini söylədi. Nəticədə, elatın başında du­ran Bulak və Samsamın hökmdarın yanına gəl­mələri və oğuz­lara iqamət veril­mə­si qəra­ra alındı. Ancaq hər iki tərəf bir-birinə etimad təlqin etməmişdi. Be­lə bir fikir hasil olur ki, oğuzlar iqamət bəhanəsilə özlərinin dağıdılmaq istənil­di­yi qə­na­ətinə varmışdılar. Buna görə də on­lar paytaxt Bərdə­sirin bir qədər cənub-qərbindəki Bagin şəhə­rinə gəlsələr də, hər hansı bir yağma hə­rəkətində bulunmadılar. Oğuzların bu hərə­kə­ti ita­ət etməyəcəkləri kimi təf­sir edildi və məmləkətdən uzaq­laş­dı­rıl­maları üçün Fars hakimi Salğurlu Tig­lədən yardım xahiş edildi. Ancaq oğuzlar Bagində Kirman-Fars qüvvə­lə­rini ağır bir məğlubiyyətə uğratdılar (575-1179). Bu mühüm qali­biy­yətə bax­ma­yaraq onlar paytaxtın - Bər­də­sirin üzərinə get­məyərək cənuba endilər və Cirufi şəhərini yağmaladılar. O biri il Kir­man­da görünməmiş qıtlıq baş verdi. İnsanlar it və pişik­lə­ri ye­məyə başladılar. Ancaq itləri yemək üçün mübarizə apar­maq lazım gəlirdi. Bəzən bu çarpışmada itlər qalib gələrək in­sanları ye­yirdi. Həmin il oğuzlar paytaxta yönəldilər. Məqsəd­ləri sülh bağla­maqdı. On­lar Turan şahın onlara padşah olmasını, hətta gə­lib oğuzlarla bir­lik­də ya­şa­ma­ğını istəyirdilər. Bu xahiş qəbul olundu, bəylərə xələt geydirildi, hətta padşah Turan şah şəhər önündəki düzə enərək camaat ara­sında görün­dü. Oğuz­ların Xo­ra­sanda olduğu kimi burada da baş­larında bir hökmdar görmək arzuları səmimi idi. Buna şüb­hə yoxdur. Ancaq Turan şah zəif şəx­siyyət idi, buna görə də qövmdaşlarını razı salacaq heç nə edə bilmədi, bu işdə dövlət adamları da ona kömək et­mədilər. Onlar bütün arzularını yerinə yetirən kö­lələrdən isti­fadə etməyə alışdıqları üçün sərt xarak­terli oğuzlardan xoşlan­mır, hətta on­lara nifrət bəsləyirdilər. Bundan dolayı oğuzlar paytaxt­dan na­razı, bəlkə də əsəbi halda getdilər. Oğuzlar pad­şahın özlərinə başçı ol­masını, onları idarə etməsini arzulayır­dılar. Oğuzlar cənub-şərqdəki Nəsa və Nəri­ma­şir tərəflərinə üz tutdular. Əv­vəlcə buralarda yağmaçılığa başladılar. Bu arada Xorasandakı kimi, gizlətdikləri pulların yerini öyrənmək üçün var­lı adam­ların ağzına torpaq doldurmaq şəklində məşhur üsul­larını tətbiq edir­di­lər. Kirmanlılar ağızlara doldurulan torpağa «oğuz qovu­du» adını vermiş­dilər1. Ancaq bu, müvəqqəti bir hal idi. Çünki onlar Kirmanın Cərmsir deyi­lən bu cənub-şərq böl­gə­sini abad­laş­dırmağa, torpaqları əkdir­məyə başladılar, ticarəti canlandır­maq üçün tədbirlər gördülər. 579-cu ildə (1183/1184) Tu­ran şah öz adamlarından Məhəm­məd Zafir adlı bir şəxs tə­rə­findən öldürül­­dü və yerinə Bəhram şah oğlu Məhəmməd şah keçdi. O, Kirman səlcuq­lu­larının son hökmdarıdır.

Nişapur mərkəz olmaq üzrə Xorasanın bir qisminə hakim olan Ay-Aba oğlu Toğan şah 581-ci ildə (1185) ölmüşdü. Onun yerinə oğlu Səncər şah keçsə də, iqtidar əmirlərdən Mənli Tə­ginin əlində idi. Bu əmirin ağılsız hərəkətləri üzündən əmir­lərdən bir çoxu həqiqətən qabiliyyətli bir hökmdar olan Sultan şahın xidmətinə girdilər. Toğan şahın kürəkəni olan Dinara gə­lin­cə, o da Nişapurdan çıxaraq Kirmana ayaq basdı (21 rama­zan, 581 - 16 de­kabr, 1185). Dinarın adı Sultan Səncəri məğlub edən oğuzların başçısı olan bəylərdən biri kimi çəkilir2. Bu he­sabla həmin dövrdə Dinarın yaşı 50-dən çox olmamalı idi. Di­narın atasının adı Məhəmməddir, bu adda boz-oxların başçısı məlik Qorqudun bir qardaşı olduğu məlumdur3.


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin