Əhmədli: bir bölüyü Kulada, bir bölüyü də Bursaya bağlı Simavda yaşayır.
Altçı: Attalada; oturduqları yer At Alana qədər uzanır.
Anamaslı6: Dəmirçi qəzasında. Bunlar 50 çadır və 70 evdir. 10.000 davarları var, 15.000 quruş vergi verirlər.
Ərəbli7 :Salihli civarında yaşayırlar, yaşadıqları yer Bursa vilayətinədək uzanır.
Çaqqal: Saru-xan sancağında otururlar.
Çarıq: Kulada yaşayırlar.
Farsaq8: Aydın vilayətinin hər tərəfinə yayılmışlar. Bu, 1.200 ailədən ibarət olan çox zəngin və qələbəlik bir oymaqdır.
Göy musalı: bunlar Dəmirçi qəzasında, İnciklər kəndi yaxınlığında yaşayırlar. 50 çadır və 50 evdən ibarətdirlər.
İvatlı: Qameit (?) civarında yaşayırlar. 22 çadırdır.
Qacar1: Səlgədə və Alaşəhirdə yaşamaqla bərabər güneydə Nazilliyə qədər uzanırlar. Qacarlar qələbəlik və önəmli bir oymaqdır. Bu oymaq kula qacarı, kələş qacar və ova qacar qollarına (məhəllə) ayrılır. Vamberi səlgə qacarı da bunlara əlavə edir.
11. Qara-təkkəli2: İzmir civarında qışlayırlar.
12. Xorzum3: Aydın və Bursa vilayətlərində yaşayırlar.
Qızıl keçili4: Səlinti (Kula) nahiyəsində, Pınarköydə yaşayırlar. Bunlar 800 çadırdır, 60.000 davarları var, 6.000 quruş vergi verirlər.
Manavlı: Alaşəhirlə Salihli və Bursa vilayətində yaşayırlar.
Narincəlü: Kula qəzası ilə Dənizli yuxarısındakı Omur Bala dağ yaxınlarında yaşayırlar.
Saraç: Uşaq ilə Eşmə arasında yaşayırlar.
Sarı təkkəli5: Nazilli ilə Dənizli arasında və Bursa vilayətində yaşayırlar.
Şəbidli: Kula qəzasında yaşayan 60 evlik bir oymaqdır.
Şeyxli: bunlar qışda Ulu Borluda, yazda Afyon Qara Hisarında yaşayırlar. On obaya ayrılırlar: arpat şeybli, qısat şeybli, hacı şeyhli. Bunlar 70-80 çadır və 200 evdir, 15.000 quruş vergiləri vardır.
Yağcı bədirli: Somada və Bursa vilayətində otururlar.
Çəpni: önəmli bir oymaq olub Aydın vilayətinin hər tərəfinə yayılmışlar.
Çitmi7:
Dədə Karkınlı8: Saru-xan sancağında otururlar.
Dəriçi: Aydın və Bursa vilayətlərində otururlar.
Dosuti ərəbli:
Əski yörük:
Əşpək:
Geypey:
Gərinisli: Nazillidən Muğlaya qədər olan yerlərdə yaşayırlar.
Göşçi (?): Nazillidə.
Xırmandalı1:
Xutal:
Gözəl bəyli: Nazilli civarında otururlar.
İynəçi: Saru-xan sancağında.
İmir xarici2: Saruhan sancağında.
Cərid3 (Cirid): Nazilli yaxınlığında otururlar.
Qara Fak oğlu: Aydın və Bursa vilayətlərində.
Qaramanlı: Nazillidən İspartaya qədər olan yerdə.
Qara yağcılı:
Kosalar: Nazillidə.
Kılaz:
Kirtiş:
Kislilərli: Saru-xan sancağında.
Qızıl işıqlı: Bu da Bursa vilayətində oturur.
Qocabəyli: Aydın və Bursa vilayətlərində.
Musarlarlı: Saru-xan sancağında.
Muzan: Bursa vilayətində.
Omurlu:
Rəhman:
Saatçı (Saçı qaralı): Vamberiyə görə, Nazilli civarında.
Sarı keçili:
Daş evli:
Təkkəli4:
Təraci5:
Yatağanlı: Qaraağac yaxınlığında.
Yel aldı:
7. İRANDA YAŞAYAN TÜRKMƏN ƏSİLLİ
OYMAQLARLA ƏLAQƏDAR SİYAHILAR İranda yaşayan türk əsilli oymaqlar onlara xas olan bir sıra xüsusiyyətlərlə alimlərin diqqətini xüsusi olaraq cəlb edirlər. Çünki bu oymaqlar XV əsrdən XX əsrın ilk rübünün sonuna qədər İranı idarə edən dövlətlərin ən önəmli hərbi gücünü təşkil etmiş, biri müstəsna olmaqla xanədanların hamısı bu oymaqlardan çıxmışdır.
XIX əsrdə İranda yaşayan oymaqlar əski boy təşkilatları ortadan qalxmış, bir çoxu az öncə təşəkkül etmiş, bir çoxu yeni adlar almış, qalanları isə başlı-başına, yəni müstəqil bir oymaq səciyyəsi qazanmış kimi görünürlər. Buna görə, bu oymaqlarla əlaqədar bir çox məsələlərin həll edilə bilməsi üçün XVI əsrdə İranda yaşayan oymaqlara dair əsaslı bilgilərə sahib olmaq lazım gəlir.
XIX əsrdə İranı ziyarət edən avropalı səyyahlar bu ölkədəki oymaqlar barədə məlumatlar vermişlər. Hətta bu səyyahlardan bəzilərinin oymaqlarla bağlı siyahılar tərtib etdikləri də bilinir.
Avropalı səyyahlardan Dupre öz siyahısını dillərə görə, Lady Sheil isə bölgələrə görə düzəltmişdir. Ancaq Lady Sheil də oymaqların danışdıqları dilləri göstərməyi unutmamışdır. Səyyahların oymaqlar haqqında verdikləri bilgilərin mənbəyi iranlı yetkililərdir.
Dupre siyahısına daxil etdiyi bütün oymaqları əsgər oymaqlar (les tribus militaires) kimi səciyyələndirir. Çünki bu oymaqlar, yuxarda da göstərildiyi kimi, İran ordusunun çox önəmli gücünü təşkil etməkdə davam edirdilər. Dupreyə görə, dörd qola ayrılan əsgər oymaqların ən igidi və qələbəlik olanı türkcə danışan oymaqların meydana gətirdiyi qoldur1. 1. Duprenin siyahısı
türkcə danışan oymaqlar (XIX əsrin əvvəli)
Əfşar
Qacar
Müqəddəm
Dümbəlü (Dümbüli)
Türkmən
Kəngərlü
Talış
Qaraçorlu
Şahdullu
Qara gözlü
Aynallu
Bayat
Bəydili
Qurdbeçə
Türkmafi
Xocavənd
Əbdülməliki
Rəhimlü
Fars-mədanlu
Nasir baharlu
Muğanlu
Xudabəndəlü
Hacılar
Şahsevən
Əmranlü
Qarahəmzəlü
Əmvarlu
Ustacalu
Sarıcalu
Xan çobanlu
Cavanşir
Qoyunlu
Cəlayir
Xələc
Səədlü
Bulverdi
Qaşqay
Qurd
Acırlu
1. Ə f ş a r
a) Azərbaycan və bilxassə Urmiyə yörəsində yaşayır. Qasımlu və araşlu adlı iki qola ayrılır. Bir çox obalardan meydana gəlmişdir ki, bunlardır: qaraçlu, imamlu, davudlu, heydərlü, yorğanlu, usallu (usalu), qılınclu, qani bəylü, həsənsalu1, kiləlü, yəbərla, tutmaxlu, adaxlu, kuhguelü2, qarahəsənlu, əlibəylü, tərzili, şahboranlu........................................................25.000 (nəfər)
b) Xəmsədə, yəni Qızıl-üzən sahillərindən Sultaniyyə və Sayınqalaya qədər uzanan Zəncan torpağında...............................................10.000 (nəfər)
с) Qəzvin çevrəsi, başlıca Çal və Huar (Hiarə) yörələrində..5.000 (nəfər)
ç) Həmədan çevrəsində .......................................... təqribən 7.000 (nəfər)
d) Tehranın yerləşdiyi Rey bölgəsində ...........7.000 (nəfər)
Qacar oymağı yuxarı-baş və aşağı-baş olmaq üzərə iki qola ayrılmışdır. İndiki İran şahları bu oymağa mənsubdurlar. Fətəli şah bu oymağın rəisidir. Qacarlar çox da qələbəlik deyillər. Üstün bir mövqeyə çatan igidlər və xoşbəxt insanlar kimi qacarlar da digər oymaqlar və xalq tərəfindən sevilmir. Yuxarıda adları keçən qacarın iki qolu bu obalara ayrılır: qavallu2, dəvəlü, kikyalu, dabanlu, suçanlu, kərlü, izzəddinlü3.
a) Mazandaran və Tehran .........1.800 (nəfər)
b) Xorasanda, Mərvdə ............500 (nəfər)
с) İrəvanda .............500(nəfər)
ç) Gəncədə ..........1.000(nəfər)
cəmisi: 3.800 (nəfər)
Qacarlardan bir qol ana oymaqdan ayrılaraq əfşarlara qatılıb qacar-əfşar adını daşımışdır. Bunlar Mazandaranla İrəvan dolaylarında yaşayırlar.
3. M ü q ə d d ə m
Marağada yurd tutmuşdur. Müqəddəmlərin başı Azərbaycan bəylərbəyisi Əhməd xandır. Əhalısi təqribən 5.000 nəfərdir.
4. D ü m b ə l ü4
Azərbaycanın qərbində və Xoy ilə Səlmas yaxınlarında yaşayırlar. Başçıları Cəfərqulu xandır. Bu, əski Xoy valisi idi. 1800-ci ildə Fətəli şaha qarşı etmişdir. Oymağın əhalısi 1.200 ailəyə yaxındır.
5. T ü r k m ə n
Əski və yeni adı ilə iki qola ayrılır.
a) əski türkmən5, Azərbaycanda .........8.000 (nəfər)
Həmədan çevrəsində .........3.000 (nəfər)
Farsdakı Kazərunda .........2.000 (nəfər)
cəmisi:13.000 (nəfər)
b) yeni türkmən1 Tehranda və Mazandaranda .........3.000 (nəfər)
İranın bəzi çöl və ovalarında...............................................25.000 (nəfər)
İsfahanın qərbindəki Kəzzazda.......................2.000 və ya 3.000 (nəfər)
27. Ə m vа r l ü
Qəzvin torpağında oturur .....5.000 (nəfər)
28. U s t а с а l u7
Azərbaycanda otururlar .....3.000 (nəfər)
29.S a r ı с а l u
Bunlar da Azərbaycanda otururlar ......................... 4.000-5.000 (nəfər)
30. X a n ç o b а n l u1
Azərbaycanda yaşayırlar.
Onlara tabi olanlarla birlikdə əhalısi ..............................10.000 (nəfər) 31. С a v a n ş i r
Cəsur olaraq tanınmış bir oymaqdır. Azərbaycanda Şişə (Şuşa?) yörəsində yaşayırlar. Bu oymağın rəisi İbrahim xan Fəthəli şahın iqtidarını sarsmaq üçün eyni addakı şəhəri ruslara təslim etmişdi.................6.000-8.000 (nəfər)
32. Qoyunlu
a) Ağqoyunlu. Azərbaycanda yaşayırlar.................... 7.000-8.000 (nəfər)
b) Qaraqoyunlu. Xoyda və İrəvanda da bunlara mənsub oymaqlar var.
33. С ə l а у i r2
Xorasanda Kəlat yörəsində yaşayırlar, əhalısinin sayı bilinmir.
34. X ə l ə с
Qumda, Savədə və Azərbaycanda yaşayırlar ............8.000 (nəfər)
35. S ə ə d l ü3
İranda Halbal yörəsində yaşayırlar ..........5.000 (nəfər)
36.В u l v e r d i
Farsda oturur............................................... əhalısi təqribən 5.000 (nəfər)
37. Q a ş q a y4
Qaşqay da Farsda oturur .........................................12.000-15.000 (nəfər)
38. Q u r d
Bunlar Fars, Mazandaran və İraqda yaşayırlar 3.000-4.000 (nəfər)
39. А с ı r l u5
İsfahanın şimal qərbindəki Səravənd nahiyəsində...............6.000-ə qədər
Bu dili (türkcəni) danışan başqa oymaqlar da var. Fəqət onları buraya daxil etmək üçün əldə kifayət qədər material yoxdur. Üstəlik, mənə Avropada yazılan və bu oymaqlardan bəhs edən hər hansı bir əsər məlum deyil”6. 2. Lady Shellin siyahısı
(XIX əsrın ortası) Lady Shellin siyahısından da göründüyü kimi, XIX əsrın ortalarında İrandaki türk oymaqlarının mühüm bir qismi torpağa bağlanaraq köçəri həyata vida etmişdir. Köçəri həyat tərzini davam etdirən eldaşları bunlara tat və taxtaqapu(lu?) demişlər. Orxon kitabələrində rast gəldiyimiz tat sözünün yabançı mənasını ifadə etdiyi bilinir. Tat sözü daha sonralar oğuzlar tərəfindən iranlıları ifadə etmək üçün işlədilmişdir. Səfəvi dövründə də İrandakı yerli və oturaq ünsürlərin həmin söz ilə (yəni tat sözü ilə) ifadə edildiyi məlumdur. XIX əsrdə torpağa bağlanmış türk ünsürlərinə də taxtaqapu ilə birlikdə tat adının verildiyi müşahidə olunur. Ancaq bu sözün oturaq türklər haqqında yayğın bir deyim halına gəlmədiyini söyləmək mümkündür. Türkiyədə isə tat sözünün özəlliklə kəndlilər və oymaqlar arasında lal və kəkəmə anlamlarında işlənməkdə olduğunu bilirik1. 1. Azərbaycan oymaqları2