Mülki müdafiə
170
davranış qaydalarını bilmək və həmin qaydaları təcrübədə
tətbiq edə bilmək belə hallarda sağ qalmağa imkan verir.
Ölkələr arasındakı hərbi münaqişələrlə yanaşı ölkə daxilində də
hərbi-siyasi münaqişələr iğtişaşlara səbəb olur,
getdikcə daha
geniş miqyas alaraq sosial fəlakətlərə gətirib çıxarır.
Terrorizm.
TERRORİZM («lat. terror-qorxu, vahimə») -
haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin
əksəriyyətinin gəldiyi qənaət budur ki, o, siyasi, dini, ideoloji,
iqtisadi məqsədlərə
çatmaq üçün qeyri-qanuni zorun, gücün,
hədənin tətbiq olunması formasıdır. Terrorizm bu siyasi
ekstremizmin bir formasıdır, müəyyən məqsədlərə çatmaq üçün
ən amansız zorakılıq metodlarından istifadə edir, hətta
insanların fiziki məhv edilməsindən belə çəkinmir (şəkil 48).
Şəkil 48. ABŞ-da 11 sentyabr terroru
Terrorizm ekstremizmin təzahürlərindən biri olmasına
baxmayaraq, ekstremizmin digər formalarından onunla
Mülki müdafiə
171
fərqlənir ki, bir qayda olaraq terrorizmin bütün təzahürləri
hüquqa ziddir. Göründüyü kimi, terrorçuluq cinayətkarlığın ən
təhlükəli formalarından biridir. Həmin təhlükəlilik transsərhəd
formalardan törədilən terrorçuluğa da aiddir. Terrorizm ayrı-
ayrı şəxslər, qruplar tərəfindən həyata keçirilir.
Onlar
terrorizmin dövlət siyasəti rütbəsinə yüksəlmiş ölkələrdə
müəyyən siyasi hərəkatın və ya ölkənin maraqlarını ifadə
edirlər.
TERRORİZM – siyasi problemlərin antihumanizm üsulu ilə
həll edilməsidir. O, ayrı-ayrı siyasi xadimlərin ambisiyalarını
təmin etmək üçün bir vasitə kimi,
yaxud da mafioz
strukturların, kriminal günyrnın öz məqsədlərinə çatması üçün
bir alət kimi istifadə edilə bilər. Terrorizmin 3 əsas növü var:
siyasi, dini və kriminal. Dünyada ən yayılmış terror aktları
aşağıdakılardır:
• Dövlət və ya sənaye obyektlərinə basqın—bu maddi
itkilərə səbəb olur, eləcə də, hədə-qorxunun və güc nümayışinin
səmərəli vasitəsidir;
• Dövlət müəssisələrinə və ya səfirliklərə basqın (girov
götürülməsi ilə müşayət olunur və ciddi ictimai rezonansa
səbəb olur);
• Təyyarələrin və ya digər nəqliyyat vasitələrinin
qaçırılması (siyasi mitivasiya-həbsxanadan yoldaşlarının azad
edilməsi; kriminal motivasiya-girovun
müqabilində pul tələb
edilməsi);
• Zərərçəkmişə qarşı zorakılıq (hədə-qorxu və ya təbliğat
məqsədilə);
• Adam oğurluğu (siyasi güzəştlər və ya məhbusların azad
edilməsi üçün siyasi şantaj; özünü maliyyələşdirmə forması);
• Siyasi qətl (bu terror mübarizə aparılmasının ən radikal
vasitəsidir; terroristlərin fikrinə görə qətl-xalqı tiranların
zülmündən azad edir);
Mülki müdafiə
172
• Partlayışlar və kütləvi qırğınlar (psixoloji təsir,
qorxu və
insanlarda qeri-müəyyənlik hissi yaratmaq üçün nəzərdə
tutulmuşdur).
Qaçaqmalçılıq.
QAÇAQMALÇILIQ-dövlət sərhədlərindən
qanunsuz olaraq malların, qiymətli sərvətlərin və digər
predmetlərin gömrük qanunvericiliyinin pozulması ilə
keçirilməsidir (şəkil 49).
Dostları ilə paylaş: