Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə113/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Mülki müdafiə 
177 

Kükürd oksidi. 
Kükürd oksidi boğucu və ümumi 
zəhərləyici təsirli maddədir. Tənəffüs yollarını qıcıqlandıraraq 
bronxların spazmasını törədir. Ümumi təsiri nəticəsində karbon 
və zülal mübadiləsi pozulur, baş beyində, qara ciyərdə, dalaqda, 
əzələlərdə oksidləşmə prosesləri pozulur. Qan yaradıcı 
orqanları qıcıqlandırır. Bir neçə dəqiqə təsir göstərdikdə 
gözlərin və burun-boğazın qıcıqlanması, asqırma, öskürmə baş 
verir. Daha uzun müddət təsir etdikdə qusma, nitqin və 
udqunmanın pozulması müşahidə edilir.
Hidrogen sulfid
. Hidrogen sulfid güclü zəhərdir. Tənəffüs 
mərkəzinin iflicini törətdiyinə görə ölümə səbəb olur. 
Zəhərlənmə hallarında qıcıqlanma əlamətləri ön plana çıxır, 
gözlərdə yanma, göz yaşı axması, işıqdan qorxma, göz 
qapaqlarının selikli qişasının qızarması, zökəm, boğazda 
qaşınma, öskürək əmələ gətirir. Bundan başqa baş ağrısı, mədə 
bulanması, qusma, baş hərlənməsi, zəiflik, hərəkətlərin 
kordinasiyasinın itirilməsi, huşun itirilməsi. Ürək ritminin 
tezləşməsi, dəri və selikli qişaların göyərməsi, ishal, tez-tez 
sidik ifrazı simptomları da rast gəlir. Bədən hərarəti artır. Baş 
ağrıları, damar pozğunluqları, əsəbilik, hissiyat pozğunluğu, 
boğazda ağrı, dəridə qarışqa gəzməsi hissi, yüngül sərxoşluq, 
qeyri-düzgün tənəffüs.
 

Xlor. 
Xlor
 
əsasən boğucu təsirli maddədir. Xlor sənayenin 
müxtəlif sahələrində geniş tətbiq edilir: parçaların ağardılması, 
müxtəlif növ kauçuk istehsalında, kağız məmulatı istehsalında, 
suyun zərərsizləşdirilməsində dezinfeksiya məqsədilə tətbiq 
edilir. İnsan orqanizmində əsasən tənəffüs yollarını 
qıcıqlandırır, ağ ciyərlərin şişməsinə səbəb olur. Gözün selikli 
qişasının, yumşaq damaq və əsnəyin qızarmasına, bronxitə, 
yüngül təngənəfəsliyə, səsin xırıldamasına, sinədə təzyiq 
hissinə səbəb olur, təngənəfəslik baş verir, nəbz tezləşir, sarı və 
ya qırmızı rəngdə köpüklü bəlğəm ifrazı ilə öskürək artır. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin