Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə118/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Mülki müdafiə 
184 
yaranan problemləri vaxtında, düzgun aradan qaldırmalıdır. 
Sığınacaqlarda insanların yerləşdirilməsinin planlaşdırılması, 
təşkili və təminatı müvafiq xidmətlər tərəfindən həyata 
keçirilir. Onlar planlaşdırıcı sənədləri işləyib hazırlamalı, 
qoruyucu qurğuları sexlər, şöbələr, iqtisadi obyekt xidmətləri 
arasında paylaşdırmalı, sığınacaqlara giriş marşrutlarını qeyd 
etməli, sığınacaqlardakı qaydalarla istifadəçiləri tanış etməlidir. 
Sənədlərin hazırlanmasından öncə sığınacağın tutumu və 
mühafizə qabiliyyəti dəqiqləşdirilməlidir. Onlar azlıq təşkil 
edəndə mühafizəedici xüsusiyyətə malik zirzəmilərdən və digər 
tikililərdən istifadə nəzərdə tutulmalıdır. Tez qurula biləcək 
sığınacaqların tikintisi üçün yerlər müəyyən edilməlidir. 
Sığınacaqlar əhalinin sayına uyğun olaraq bölüşdürülür. Bu 
zaman onların yaxinlıqdakı evlərdə yaşayan insanlarla dolması 
nəzərdə tutulur. Başlıca prinsip – sığınacaqlara daxil olmaq 
üçün az vaxt sərf etmək lazımdır. 
Sığınacaqların quruluşu
. Sığınacaqlarda əsas və köməkçi 
otaqlar olur. Əsas otaqlarda insanlar yerləşdirilir. Köməkçi 
otaqlara süzücü-vertilyasiya qurğuları yerləşən otaq, sanitar 
qovşağı, dəhlizlər, ehtiyat elektrik sistemi-dizel qurğusu otağı 
aiddir, böyük ölçülü sığınacaqlarda ərzaq məhsulları və tibbi 
məntəqələri üçün otaqlar da olur.
Müasir sığınacaqlar— texniki cəhətdən mürəkkəb mühəndis 
qurğuları, 
ölçmə 
cihazları 
ilə 
komplektləşdirilmişdir. 
Sığınacaqlar sığınan insanları nüvə silahının zədələyici 
amillərinin təsirindən, müasir adi qırğın vasitələrinin, həmçinin, 
bakterial, zəhərləyici maddələrin təsirindən, güclü təsirli 
zəhərləyici maddələrin, nüvə enerjisi qurğularında qəzalar 
zamanı parçalanan radioaktiv maddələrin təsirindən və 
yanğınlar zamanı yanma məhsullarının və alovun təsirindən 
mühafizə edir. Sığınacaqlar üçün tələblər aşağıdakılardır:


Mülki müdafiə 
185 
• İnsanları nüvə, kimyəvi və bakterial silahların zədələyici 
amillərindən, yanğının, təbii fəlakətlərin təhlükələrindən 
qorumalıdır; 
• Subasmayan ərazilərdə tikilməlidir; 
• Giriş və çıxış qapılarının hər ikisi eyni dərəcədə mühafizə 
qabiliyyətinə malik olmalıdır, onların dağıntıları zamanı isə 
qəza çıxışı olmalıdır; 
• Çıxışlarda tez alışan və güclü tüstülənən materiallar 
olmamalıdır; 
• Binanın hündürlüyü 2,2 metrdən az olmamalı və 
döşəmənin yerdən hündürlüyü 20 sm-dən az olmamalıdır; 
• Filtro-ventilyasiya qurğuları havanı zərərli maddələrdən 
təmizləməlidir və sığınacaqdakı insanları normalara uyğun 
təmiz hava ilə təmin etməlidir. 
Sülh dövründə sığınacaqları istehsal və təsərrüfat məqsədilə 
istifadə etdikdə onların mühafizə xüsusiyyətləri nəzərə 
alınmalıdır. Belə sığınacaqların fövqəladə hal rejiminə 
keçirilməsi üçün mümkün qədər az vaxt sərf edilməlidir. 
Sığınacaqda daldalananlar müvafiq sanitar-texniki şərtlərlə 
təmin olunmalıdır.Bu şərtlərin əsas göstəriciləri aşağıdakılardır: 
• karbon qazının miqdarı (1 – 3%); 
• tempratur (23 – 31
0
C); 
• havanın nəmliyi (70 – 80%) 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin