Mülki müdafiə
187
Radiasiya əleyhinə daldalanacaq
(RƏD) planlaşdırıldışda
binanın tikildiyi material, mərtəbələrin sayı və bir sıra digər
amillər nəzərə alınır. Şəhər əhalisininin RƏD-də yerləşdirilməsi
onları radioaktiv zədələnmədən mühafizə edir. Kənd yerlərində
və çox da böyük ərazisi olmayan şəhərlərdə nüvə silahının
tətbiq edilməsə belə RƏD mütləq inşa edilir və ya quraşdırılır.
Radiasiya əleyhinə daldalanacaq kimi ilk növbədə binaların
zirzəmiləri, evlərin yeraltı anbarları, tərəvəz saxlanan anbarlar,
yeraltı dağ-mədən mağaraları, yaşayış evlərinin və istehsalat
müəssisələrinin otaqları istifadə edilə bilər, lakin əvvəlcədən
məqsədəuyğun xüsusi şərait yaradılmalıdır (şəkil 51).
Dostları ilə paylaş: