Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə121/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Mülki müdafiə 
189 
• Yeraltı suların səviyyəsi. RƏD su basmaması üçün elə yer 
seçmək lazımdır ki, yeraltı suların axma səviyyəsi 20 sm-dən 
çox olmasın.
RƏD-da minimal yol verilən hündürlük olmalıdır. Bir 
mərtəbəli RƏD hündürlük 1,9 m-dən az olmamalıdır; iki 
mərtəbəli RƏD 2,2 m, 3 mərtəbəli isə 2,8 m hündürlüyündə 
olmalıdır. Daldalanan hər insana düşən sahə 0,5 m
2
düşür. 
Daldalanacağa giriş daldalanacağın üfiq oxuna 90
0
bucaq 
altında olmalıdır. Girişin sayı daldalanan insanların sayından 
asılı olur. Qalan hallarda isə ən azı 2 girişi olmalıdır. Girişin eni 
0,8 m-dən çox olmamalıdır. 50 nəfərlik RƏD-də bir giriş olur, 
Hər bir RƏD üçün vacib təşkili hissələrindən biri ventilyasiya 
sistemidir. Ventilyasiya ya təbii, ya da məcburi qaydada 
aparılır. Mühafizə xüsusiyyətlərinə görə RƏD növləri: 
• Sülh dövründə sənaye konstruksiyalarından inşa edilmiş 
RƏD; 
• Hücum təhlükəsi zamanı əlaltı vasitələrdən inşa edilmiş 
RƏD; 
• Təsərrüfat tikililərində quraşdırılmış RƏD; 
• Yaşayış binalarında quraşdırılmış RƏD. 
Su təchizatı ya ərazidəki su kəmərindən, ya da binanın 
ümumi kəmərindən çəkilir, adambaşına su sərfi bir gündə 25 
litr hesablanır. Su kəməri olmadıqda RƏD-də adambaşına 
gündə 2 litr hesabı ilə içməli su bakları yerləşdirilir. 
Kanalizasiya sistemi olan binalardakı RƏD-də kanalizasiya 
tullantılarının ümumi sistemə axıdılması ilə normal ayaqyolu 
şəraiti yaradılır. 20 nəfərə qədər tutumu olan daladalanacaqda 
belə imkan yoxdursa, xüsusi səyyar qablardan istifadə edilir. 
Sadə sığınacaqlar.
Müasir silahlardan ən etibarlı mühafizə 
vasitəsi sadə sığınacaqlardır. Onlar zərbə dalğasının və 
radioaktiv şüalanmanın təsirini zəiflədir, işıq şüalanmasından 
və dağılan binaların qırıntılarından mühafizə edir, bilavasitə 


Mülki müdafiə 
190 
paltara və dəriyə radioaktiv, zəhərləyici və yandırıcı maddələrin 
düşməsinin qarşısını alır. Sadə sığınacaqların iki növü olur:
• Üstü açıq sığınacaqlar; 
• Üstü örtülü sığınacaqlar.

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin