Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə122/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Sadə üstü açıq sığınacaqlar
– üstü açıq yarğanlardır, 
dərinliyi 180-200 sm, eni yuxarı hissədə 100-120 sm, dibində 
80 sm-dir, giriş sığınacağın şaquli oxuna 90
0
meylli olur. 
Sığınacağın uzunluğu hər adama 0,5 m hesabı ilə müəyyən 
edilir. Üstü örtülü sadə sığınacağın dərinliyi 2 m-ə qədər, eni 
yuxarı hissədə 1-1,2 m, aşağı hissədə-0,8 m olur, tutumu isə 10-
50 nəfər olur. Belə sığınacaqlar bir-birinə düz bucaq altında 
nisbəti ilə yerləşir (şəkil 52).
Şəkil 52. Sadə üstü açıq sığınacaqlar 
Zərbə dalğasının zədələyici təsirini zəiflətmək üçün sadə 
sığınacaqlar kəsik-kəsik və ya ziqzaq xət üzrə qazılır. Nəzərə 
almaq lazımdır ki, örtülü sadə sığınacaqlar belə zəhərləyici və 
bakterioloji vasitələrdən mühafizəni təmin etmir. Onlardan 
istifadə etdikdə fərdi mühafizə vasitələrini, açıq növlərdə həm 
tənəffüs üzvlərini, həm də dərini mühafizə vasitələrini, qapalı 


Mülki müdafiə 
191 
növlərdə isə yalnız tənəffüs üzvlərini mühafizə vasitələrini 
geyinmək lazımdır.
Açıq sığınacaqların inşa edildiyi yer seçildikdə möhkəm 
torpaq və örtük olmayan yerlərə üstünlük verilir. Şəhərlərdə 
onları parklarda, bulvarlarda, böyük məhəllələrdə, kənd 
yerlərində isə bağlarda, tərəvəzlərdə, səhralarda inşa edilir. 
Partlayış təhlükəli sexlərin və anbarların, güclü təsirli 
zəhərləyici maddələr olan çənlərin, yüksək gərginlikli elektrik 
xətlərinin, magistral qaz, istilik və su kəmərlərinin yaxınlığında 
inşa etmək olmaz.
Üstü örtülü sığınacaqların
üzəri hidroizolyasiya olunur. Bu 
məqsədlə 15-20 sm qalınlığında yumşaq gil qatı ilə örtülür. 
Onun da üzərindən 80 sm hündürlüyündə əvvəlcədən qazılmış 
torpaq tökülür. Giriş bir və ya iki tərəfdən pilləkənlə olur (şəkil 
53) 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin