Mülki müdafiə
192
hava bacası quraşdırılır, üzəri dam örtüyü ilə örtülür.
Divar boyunca oturmaq üçün skamyalar, su bakı
üçün xüsusi
yer quraşdırılır. Dibində
su drenajı
üçün xəndək qazılır.
Divarlarda ərzaq və su üçün oyuqlar quraşdırılır.
Döşəmə ya
taxtalarla örtülür, ya da torpaq kimi qalır. Sadə sığınacağa
girişin uzunluğu 2-2,5 metr və pilləkənli olur.
Zərbə dalğasının təsirindən və radioaktiv maddələrin içəriyə
keçməsinin qarşısını almaq üçün qapılar
və qoruyucu qalxan
quraşdırılır. Taxta materialların alova davamlı olması üçün
odadavamlı tərkibli qarışıqlar (62%-yanmış əhəng, 32% su, 6%
xörək duzu) ilə örtülür. Belə sığınacaqların ventilyasiyası üçün
girişin əks tərəfində hava çəkici baca quraşdırılır; bacanın
bayıra çıxan hissəsi 150-200 sm hündürlüyündə olmalıdır.
Sığınacağın daxilində mütləq işıqlandırma olmalıdır. Sadə
sığınacaqların inşa edilməsi qısa müddətə aparılmalıdır
Sual və tapşırıqlar
1.Mühafizə qurğuları nə üçün hazırlanır?2.Sülh
dövründə sığınacaqlar hansı məqsədlə istifadə
olunur? 3.Sığınacaqların təsnifatını sadalayın.
4.Sığınacaqlar üçün vüeilmiş tələblər hansılardır?
5.Radiasiya əleyhinə daldalanacaqlar haqqında
bildiklərinizi izah edin. 6. Sadə sığınacaqlar
haqqında nə bilirsiniz?
§ 29. FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİ
Fərdi mühafizə vasitələri.
Fərdi mühafizə vasitələri–
xüsusi
cihazlar, əşyalar, ayaqqabı, geyim və dərman
preparatları olub, insanın şəxsi istifadəsi üçün hazırlanmış və
müasir silahların
zədələyici təsirinin, həmçinin istehsal