Mülki müdafiə
195
• Əgər şlem-maskanı başa geyinən zaman əyriliklər və ya
qatlar əmələ gələrsə onlar aradan qaldırılır, tərin nəfəs verilərək
gözlər açılır və tənəffüs hərəkətləri bərpa edilir.
Mülkü əleyhqaz QP-7.
QP-7 əleyhqazı yaşlı əhalinin,
mülki müdafiə qüvvələrinin hərbiləşdirilməmiş
dəstələrinin
şəxsi heyətinin tənəffüs üzvlərini, sifətini və gözlərini ətraf
mühitdəki müxtəlif zəhərli qatışıqlardan-zəhərli
maddələrdən,
radioaktiv tozdan, bakterial aerozollardan mühafizə etmək
üçündür.
Quruluşu
. Üz hissədən,
tərləməyən şüşələrdən, süzücü-
uducu qutudan və çantadan ibarətdir (şəkil 54).
Şəkil 54. Əleyhqaz QP-7V
Üz hissə-gözlər üçün geniş şüşələrdən ibarət maskadır,
qulaqları örtmür. Əleyhqazda danışıq üçün qurğu var, bu da
ünsiyyət etməyi asanlaşdırır. Hər hansı fiziki gərginlik zamanı
şüşələr tərləməməsi üçün xüsusi plyonkalardan istifadə edilir.
Bu əleyhiqazın baş hissəsinin xüsusi təsbit edicisi olduğu üçün
Mülki müdafiə
196
yaşlı adamlar, ağ ciyər və ürək-damar xəstəlikləri olan insanlar
üçün daha əlverişlidir.
QP-7 əleyhqazı əhali üçün
son və təkmilləşdirilmiş
əleyhiqazlardan biridir. O, ümumi təsirli, dəri-zədələyici, sinir-
iflicedici və digər zəhərli maddələrdən tam mühafizəni təmin
edir. Onun uyğunluğu başın vertikal və üfüqi ölçülərini
ölçməklə müəyyən edilir. Super maskalarında
su içmək üçün
qurğu var və həmin qurğu yoluxmuş zonada işləyərkən su
qabından su içməyə imkan verir. Super maskalarda danişıq
aparmaq üçün xüsusi qurğuları var. Tərləməyən örtüklərin
istifadəsi əleyhqazda fiziki iş zamanı şüşələrin şəffaflığını
təmin edir.
Dostları ilə paylaş: