Şəkil 56. Sənaye Əleyhqazı PFM-1
Respirator R-2.
R-2 respiratoru insanın tənəffüs üzvlərinin
radioaktiv mozdan qorumaq üçün nəzərdə tutulmuşdur.
Quruluşu
. Respirator 2 süzücüedici ilə təchiz olunmuş
yarım maskadan, nəfəs almaq və nəfəs vermək üçün
klapanlardan,
başlıqdan
burun
sıxıcısından
ibarətdir.
Süzücüedicinin üst hissəsi suyu keçirməyən xüsusiyyətli
penopoliuretan və ya polipropilen materialdan hazırlanmışdır.
Orta qat elektrostatik yüklü FPP-15 tipli süzücüedici
polimerdən, daxili qatı polietilen plyonkadan ibarətdir.
Respiratorlar 3 ölçüdə hazırlanır. Respiratorun çəkisi 60 qr,
temperatura diapozonu -40
0
ilə +40
0
arasında, etibarlı saxlama
müddəti 5-7 ildir (şəkil 57).
Mülki müdafiə
199
Şəkil 57. Respirator R-2
Toz əleyhinə parça maska PTM-1.
PTM-1 pambıq-
tənzif sarğı olub, insanın tənəffüs üzvlərini radioaktiv tozdan və
ikincili bakterial
vasitələr buludundan
mühafizə edir.
Zəhərləyici maddələrdən isə qorumur. Maska və sarğı əhalinin
özü tərəfindən hazırlanır. 2 əsas hissədən, korpus və bərkidici
hissədən ibarətdir. Korpus 2-4 qat parçadan hazırlanır. Onda
gözlük hissə üçün dəlik hazırlanır və şüşələr taxılır. Maskanın
baş hissəsində kənarlarına parça bağları tikilir. Maskanın üzə
kip oturması onun həm yuxarı, həm aşağı tikişlərinə rezin
taxmaqla əldə edilir. Hava nəfəs alan zaman bütün parça boyu
təmizlənir. Maskanı hər bir şəxs hazırlaya bilər. Maskanı
radioaktiv tozla yoluxmaq təhlükəsi zamanı baxırlar. Yoluxmuş
ərazidən çıxarkən ilk imkan düşən kimi dezaktivasiya edirlər.
Radioaktiv toz silkələnir, qaynar suda sabunla yuyulur və suyu
tez-tez dəyiştəklə yaxşıca yaxalanır (şəkil 58).
|