Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə128/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Mülki müdafiə 
200 
 
 
Şəkil 58. Toz əleyhinə parça
maska PTM-1. 
1.Korpus. 2.Gözlüklər. 3.Rezin sarğı. 
4.Üfüqi bərkidirci. 5.Şaquli bərkidici.
6.Bağlayıcı iplər.

Pambıq tənzif sarğı əhali tərəfindən müstəqil hazırlanır. Bunun 
üçün ölçüsü 100×50 sm olan tənzif parçası götürülür. Tənzifin 
üzərinə 1-2 sm qalınlığında, 30 sm uzunluğunda və 20 sm 
enində pambıq qatı qoyulur. Kənarları 30-35 sm uzunluğunda 
elə kəsilir ki, 2 cüt bağ əmələ gəlir. Lazım gələrsə sarğı ilə ağız 
və burun örtülür; üst bağları ənsədə, alt bağları təpədə bağlanır. 
Gözləri qorumaq üçün mühafizəedici toz əleyhinə eynəklər 
taxılır. Tənəffüs üzvlərinin bütün mühafizə vasitələrini daima 
işlək və istifadəyə hazır vəziyyətdə saxlamaq lazımdır. 
Dərinin fərdi mühafizə vasitələri
. Dərinin fərli mühafizə 
vasitələri filtrasiya edici və izolə edici tiplərə ayırd edilir, 
müvafiq olaraq onlar süzücü və təcridedici materialdan 
hazırlanır. İstifadə məqsədindən və istifadə etmə sayınlan asılı 
olaraq daimi və dövrü olaraq istifadə edilən, bir dəfəlik və 
dəfələrlə istifadə olunan mühafizə vasitələrinə ayırd edilir. 
Xüsusi mühafizə vasitəsinə yüngül mühafizə kostyumu L-1 və 
yüksək hermetik qabiliyyətinə malik təcridedici kostyumlar 
aiddir. Dərinin fərdi mühafizə vasitələri aşağıdakılardır: 
• Süzücü tipli kostyumlar (Mühafizə plaşı KZS) 
•Təcridedici tipli mühafizə kostyumu; 
• Taun əleyhinə kombinzon;
• Orta tezlikli dalğalardan mühafizə edici kostyum;


Mülki müdafiə 
201 
• Sıx toxunmuş parçadan hazırlanmış və radioaktiv tozdan 
mühafizə edici kombinzon; 
• Mühafizəedici plyonka kostyum; 
• Ümum qoşun mühafizə kostyumu; 
• Dərini mühafizə edən yüngül kostyum L-1; 
• Qəza mühafizə kostyumu; 
• LQ tipli pnevmo kostyum; 
• Komplekt KZM-1; 
• Termokostyumlar; 
• Gözlərin mühafizə vasitələri; 
• Nüvə əleyhinə skafandr. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin