Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN


Şəkil 63 . Qola burmac qoyma vasitəsilə qanaxmanın



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə136/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Şəkil 63 . Qola burmac qoyma vasitəsilə qanaxmanın 
dayandırılma qaydası 
Xüsusi olaraq qeyd etmək lazımdır ki, turna (burmac) ən 
çoxu 1,5-2 saat müddətinə, soyuqda və radiasiya zədələnmələri 
zamanı isə 1 saat müddətinə qoyulur, əks halda bədənin 
toxumaları solğunlaşıb məhv ola bilər. Ona görə də turnanın və 
burmacın qoyulduğu vaxt hökmən qeyd olunmalıdır.
Əgər turna və ya burmac qoyulan andan 1-2 saatdan çox 
vaxt keçibsə, turnanı ətraflarda hissiyyat bərpa olunanadək 
boşaltmaq lazımdır. Turnanı ehtiyatla boşaltmaq lazımdır. 
Turna tam boşaldıqdan 5-10 dəqiqə sonra qanaxma yenidən 
başlamasa, onu dayanmış hesab etmək olar. Lakin qan axmaya 
başlayarsa, damarı barmaqla sıxmaq, qolu (qıçı) yuxarı 
qaldırmaq, turnanı yenidən öz yerinə bağlamaq lazımdır. 
Qanaxması dayandırılmış xəstələr nəqliyyat vasitəsilə 
ehtiyatla xəstəxanalara çatdırılmalıdır. Çünki, təkan və 
silkələnmə baş versə qanaxma yenidən başlaya bilər. 


İlk tibbi yardımın göstərilmə qaydaları 
213 
Sual və tapşırıqlar: 
1.
 
 Qanaxmanın hansı növləri var? 2. 
Xarici qanaxmalar hansılardır? 3. Arterial 
qanaxmanı necə dayandırmaq olar? 4. Turna 
nədirr? 
§ 32. SÜMÜK SINMASI VƏ OYNAQ ÇIXINTILARI 
ZAMANI İLK TİBBİ YARDIM. 
Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən 
yıxılarkən, avtomobil qəzası və digər bədbəxt hadisələr 
nəticəsində bədənin müxtəlif sümükləri sına bilər. 
Sümüyün bütövlüyünün pozulmasına sınıq deyilir. Ətrafların 
(qol və qıçların) sümükləri sındıqda bunlar sağlam ətraflara 
nisbətən öx formasını dəyişir, sınıq yerində kəskin ağrı hiss 
edilir, sınıq ətrafı tərpətdikdə isə ağrı daha da kəskinləşir. 
Sınıqlar açıq və qapalı olur. Açıq sınıq zamanı dəri örtüyü 
parçalanır. (şəkil 64 ) 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin