Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN


İlk tibbi yardımın göstərilmə qaydaları



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə138/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

İlk tibbi yardımın göstərilmə qaydaları 
216 
Sual və tapşırıqlar: 
1. Sümük sınması necə olur? 2.Oynaq çıxıntısı 
necı olur? 3. Ayağa necə şina qoyulur? 4. Neçə 
cür sınıq var? 
§ 33. DONVURMA ZAMANI İLK TİBBİ YARDIM 
 
Zədələnmiş insanlar üçün ilin soyuq fəslində soyuqdəymə və 
donma qorxusu da yarana bilir. İnsana soyuqdəymənin 
əlamətləri – titrəmə, yuxuculuq, laqeydlik və əzələlərin 
keyləşməsi nəticəsində hərəkətin çətinləşməsidir. Əgər ilk 
yardım tədbirləri görülməsə, soyuq dəymiş insanda hıçqırma 
halı baş verir, boğaz əzələlərinin iflic olması nəticəsində insan 
danışa bilmir, habelə o, huşunu itirir. Nəfəsin kəsilməsindən 
insan dünyasını dəyişə bilər.
Güclü soyuqdəymə zamanı ilk yardım – insanı tədricən 
qızındırmaqdan, yun parça ilə bədəni ovxalamaqdan, isti çay, 
kofe və ya 100-150 qr araq içirtməkdən ibarətdir.
Donma zamanı insanın dərisi avazayır (ağarır), donan 
yerlər keyləşir (hissiyyatı itirir), sonra şişir və suluqlar əmələ 
gəlir. Şişmə yaranana qədər donma yerini hissiyyata gətirənə 
qədər əllə, təmiz əlcəklə, yun parça ilə, tənzif tamponla 
ovxalayırlar. Bədənin səthində şiş və suluqlar müşahidə 
edildikdə, həmin yerlərə steril bint və fərdi sarğı paketindən 
istifadə etməklə sarğı qoyurlar. 
Donvurma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində 
baş verir. Ona adətən bədənin açıq yerləri- burun, qulaq və 
ətraflar məruz qalır. Uzun müddət soyuq temperaturda olarkən 
orqanizm bədən temperaturunu tənzimləyə bilmir. Dar və ya 


İlk tibbi yardımın göstərilmə qaydaları 
217 
nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək
hərəkətsizlik, fəslə uyğun olmayan paltar geyinmək və ya nəmli 
paltar donmaya əlverişli şərait yaradır. Aclıq və ya zəif 
qidalanma, qan itirmə, yorğunluq, qocalıq, orqanizmi zəiflədən 
xəstəliklər, spirtli içkilər və s. səbəblərdən də orqanizm 
donmaya məruz qalır. 
Donvurma səthi və dərin ola bilər. Yanıqdan fərqli olaraq 
donvurmanın dərəcəsini ilkin baxış zamanı yox, yalnız 12-24 
saatdan sonra təyin etmək mümkündür. Donvurma zamanı 
zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının 
kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi, 
donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən 
sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, 
barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı 
verməsi, yanğı hissi və s. əlamətlər yaranır (şəkil 66 ). 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin