Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN


İlk tibbi yardımın göstərilmə qaydaları



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə143/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

İlk tibbi yardımın göstərilmə qaydaları 
225 
yeridilir. 
Dərmanlarla zəhərlənmə
. Barbituratlar. Bu qrupdan olan 
yuxu dərmanları ilə zəhərlənmə hallarına tez-tez təsadüf edilir. 
Yuxu dərmanının böyük dozasını qəbul edilməsindən 30 - 60 
dəqiqə keçdikdən sonra yuxuculluq, zəiflik, səmtirləmə, nitqin 
pozulması baş verir, bəbəklər daralır. Sonra dərin yuxu və 
koma halı başlanır. 
Təxirəsalınmaz tədbirlər: mədəni yoğun zondla yuyur, sonra 
qarın işlədici duzlar verir, təmizləyici imalə, qoyulur. 
Tənəffüsün pozulması ilə birlikdə koma baş verdiyi zaman - 
süni tənəffüs keçirilir. Sorulmuş zəhərin kənar edilməsi üçün 
sürətləndirilmiş diurez tətbiq edilir (şək. 69). 
Şəkil 69. Dərman zəhərlənməsi zamanı ilk yardım. 
Barbituratlarla zəhərlənmə hallarında yataq yaraları və 
pnevmoniyaların erkən qarşısı alınması xüsusilə çox 
əhəmiyyətlidir. 


İlk tibbi yardımın göstərilmə qaydaları 
226 
Atropin
(xanımotu, belladonna, belloid, bellaspon və s.). 
Tərkibində tropin olan dərman preparatları və bitkilərlə 
(xanımotu, batabat, dəlibəng ilə) zəhərlənmə zamanı bəbəklərin 
genəlməsi və görmə pozğunluğu, ağızda bərk quruluq, ürək 
döyünməsi, üzün hiperemiyası, səs xırıltısı, psixi pozğunluqlar, 
yuxu ilə növbələşən həyəcanlılıq hallüsinasiya (xəyali görmə), 
sayıqlama müşahidə olunur. Ağır zəhərlənmə baş verdikdə 
xəstə koma halın düşərək tənəffüsün və qan dövranının 
pozulması nəticəsində ölə bilər. 
Təxirəsalınmaz yardım tədbirləri: mədənin fəallaşdırılmış 
kömür (karbolen) əlavə edilmiş su ilə yuyulması, dəri altına 1 
ml 0,05 %-li prozerin məhlulu yeridilməsinin təkrarlanması, 
həyəcanlanmanı və qıcolmaları aradan qaldırmaq üçün əzələyə 
2 ml 2,5 %-li aminazin məhlulu yeridilir, sorulmuş zəhəri kənar 
etmək üçün sürətləndirilmiş diurez tətbiq edilir. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin