İlk tibbi yardımın göstərilmə qaydaları
230
Şəkil 71. Yaranın sağalma mərhələsi.
Sağalması üçün yara səthində 3 əsas proses gedir:
Fibroblastların kollageni əmələ gətirməsi
- makrofaqlar
tərəfindən aktivləşdirilmiş fibroblastlar zədələnmiş toxuma
səthinə keçir və fibronektinin iştirakı ilə fibrilyar quruluşlarla
birləşir, hüceyrəarası birləşmələri - toxuma matriksini və o
cümlədən kollagen sintez edirlər. Kollagen hesabına toxuma
defekti dolur və çapığın formalaşması prosesi gedir.
İltihab məhəlləsində katabolik dəyişikliklər anabolik
dəyişiklikləri üstələyir, regenerasiya mərhələsində isə anabolik
dəyişikliklər güclənir.
Toxumaların çatışmaması
- fibroblastların hasil etdiyi
kollagen çatışmayan toxumaların yerini doldurub, əmələ gələn
çapığı möhkəmləndirir.
Yara səthinin epitelizasiyası
- yara kənarlarından hər
tərəfdən epiteli hüceyrələri bölünərək çoxalır və yara səthinə
doğru yayılır. Yara səthini tam örtən epitel örtüyü mikrobların
zədələnmiş toxumaya sonrakı daxil olmasının qarşısını alır.
Epitel örtüyü yara səthini tam örtmədikdə dəri köçürməklə yara
səthi bağlanılır. Yarada olan fibroblastların dartılması və
qısalması hesabına yara səthi tədricən kiçilir, yəni yara
kontraksiyası baş verir.
Yara səthindəki bu dəyişikliklər müəyyən ardıcıllıqla gedir
və yaranın sağalma mərhələlərini təşkil edir.
Dostları ilə paylaş: