Əmək mühafizəsi
29
onların orqanizmlə qarşılıqlı təsirini öyrənməklə bərabər, həm
də sağlam əmək şəraiti yaradılması üçün təcrübi üsullar
hazırlayır, istehsalat zərəri barədə xəbərdarlıq edib, onların
aradan qaldınlmasına köməklik edir.
İnsanın əmək fəaliyyəti zamanı
istehsalat, yaxud əmək
prosesinin bəzi amilləri orqanizmə müəyyən müddət mənfi
təsir göstərir və nəticədə onun əmək qabiliyyəti azalır. Belə
amillərə, yuxarıda deyildiyi kimi, peşə və ya istehsalat zərərləri
deyilir. İstehsalat sanitariyası peşə zərərlərinin və insanı
əhatə
edib orqanizmə mənfı təsir edən başqa istehsalat zərərlərinin
kifayət qədər azaldılması və qarşısınm alınması üsullarını
öyrənir,
əmək şəraitinin sağlamlaşdırılması və əmək
məhsuldarlığının
yüksəldilməsi
üçün tədbirlər işləyib
hazırlayır. İstehsalat sanitariyası ümumi sanitariya sahəsinin bir
bölməsidir.
Əlalinin sağlam əmək və həyat şəraitinin yaxşılaşdırıması
üçün elmin gigiyenik tələb və nəticələrinə görə istehsalat
zərərlərini üç qrupa bölmək olar:
1.
Əməyin gigiyenası və istehsalat sanitariyasının əsasları.
İstehsalat
prosesinin
xüsusiyyətindən,
maşın
və
avadanlıqdan asılı olan zərərlər. Bu qrupa qeyri-normal
meteoroloji şərait (qeyri-normal
temperatur, nəmlik,
havanın. sürəti, istilik şıialanması), istehsalatda yaranan
tozlar, zəhəıii buxar və qazlar, səs-küy, titrəyiş və s.
daxildir ki, bunların da
orqanizmə tədricən təsiri
nəticəsində müəyyən müddətdən sonra müxtəlif peşə
xəstəlikləri meydana çıxır.
2.
Əmək prosesinin xüsusiyyətlərindən və rejimindən asılı
olan zərərlər.
Bu qrupa orqanizmin sümük-əzələ sisteminin birtərəfli
yüklənməsi, uzun müddət
oturaq vəziyyətdə işləmə, iş