Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə25/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Əmək mühafizəsi 
38 
- Elektirik avadanlıqlarının gövdəsinin yerlə birləşdirilmə 
konturu və sıfırlama sistemini tələbata uyğun təmin etmək. 
Qüvvədə olan əmək mühafizəsi təhlükəsizlik texnikası, 
istehsalat sanitariyası və yanğın təhlükəsizliyi tələblərini 
müntəzəm olaraq təbliğ etmək. 
-
İşçi yerlərini və istehsalat proseslərini elmi əsaslara uyğun 
təşkil etmək və s. 
Sual və tapşırıqlar: 
1.Peşə xəstəliklərinə hansı xəstəliklər aiddir? 2. Peşə 
xəstəliyinə kimlər yoluxur? 3. Peşə xəstəlikləri neçə 
qrupa bölünür? 4. Peşə xəstəliklərinin diaqnozunu 
verə biləcək xəstəxanalar hansılardır ? 


Ekoloji təhlükəsizlik 
39 
II BÖLMƏ 
EKOLOJİ TƏHLÜKƏSİZLİK
 


Ekoloji təhlükəsizlik 
40 
§ 7. EKOLOJİ TƏHLÜKƏSİZLİK ANLAYIŞI 
 
Ekologiya yunan sözüdür (oykos – ev, daxma, logiya - elm). 
Lakin yunan sözü olsa da onu ilk dəfə alman bioloqu 1869-cu 
ildə Ernest Hekgel işlətmişdir. Ekologiya canlı orqanizmlər 
arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqə haqqında 
sintetik bioloji elmdir. Ekologiyanın əsas predmeti daxilində 
enerji və üzvi maddələrin transformasiya prosesi gedən və bir-
birilə qarşılıqlı əlaqədə olan canlı orqanizmlərin məcmusunu 


Ekoloji təhlükəsizlik 
41 
öyrənməkdir. Ekologiyanın əsas vəzifəsi ekosistemdə enerji və 
materiyanın 
qarşılıqlı 
təsirini 
öyrənməkdir. 
Müasir 
ekologiyanın diqqət mərkəzində ekosistemin konsepsiyasının – 
ekoloji paradiqmanın konstruksiyası əsası durur. Ayrı-ayrı 
fərdlər, populyasiyalar, növlər, qruplaşmalar və onların ətraf 
mühitlə qarşılıqlı əlaqəsi də ekoloji tədqiqat obyektləri hesab 
olunur, lakin müstəqil bir elm kimi ekologiya üçün spesifik 
deyildir, belə ki, onlarla digər bioloji elmlər (botanika, 
zoologiya, sis- tematika, genetika, biocoğrafiya və b.) məşğul 
olur. 
İnsan özü üçün nə lazımsa – hava, su, maddi nemətlər
sənaye üçün xammal və s.-ni təbiətdən alır. Bu sərvətlərdən yüz 
illərdən bəri kor-təbii istifadə olunması nəticəsində ətraf mühit 
dünya miqyasında dəyişilməyə məruz qalmışdır. Bu vəziyyət 
müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşmişdir.



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin