Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə34/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Ekoloji təhlükəsizlik 
55 
asılı olmayaraq, insan fəaliyyəti ətraf mühitə ziyan vurur və 
əsas məsələ ondan ibarətdir ki, bu fəaliyyətin nəticələrini daha 
az zərərli etməkdir.
Ətraf mühitin (ƏM) 
çirklənməsini (şəkil 5) 
fiziki 
(səs-küy, 
vibrasiya, 
şüalanmanın müxtəlif 
növləri) və kimyəvi 
(müxtəlif 
maddələr: 
havada – zəhərli qaz 
və buxarlar; su və 
torpaqda 
ağır 
metalların ionlarıdır) 
təsnifatına 
ayırmaq 
olar.
Şəkil 5. Ətraf mühitin antropogen çirkləndiriciləri. 
Sual və tapşırıqlar: 
1. Ekoloji problem dedikdə nə başa düşürsüz? 2. 
Ətraf mühitin çirklənməsinin əsas növləri hansılardır? 
3. Atmosferi ən çox nələr çirkləndirir? 4. Ətraf 
mühitin antropogen çirkləndiriciləri hansılardır? 
§ 10. NƏQLİYYATDA EKOLOJİ PROBLEMLƏR 
İndiki dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən 
biri kimi aktualdır. 


Ekoloji təhlükəsizlik 
56 
Təbiətin mühafizə obyektlərindən biri də atmosferdir. 
Mahiyyət etibarı ilə, hava və insanı əhatə edən ətraf mühit 
eyni zamanda təbii mühitdir. 
Atmosferin çirklənməsi, xüsusən də antropogen yolla 
çirkləndirilməsi şübhəsiz ki, nəqliyyat vasitələrinin sayının 
artması ilə funksional şəkildə əlaqədardır. Bildiyimiz kimi, 
nəqliyyatın müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün 
atmosferə külli miqdarda zəhərli qazlar atılır, ətraf mühitə 
yüksək texnogen təsir göstərilir və insanların sağlamlığı üçün 
ciddi təhlükə yaranır. 
Daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat 
vasitələri atmosferi çirkləndirən başlıca mənbə növü olaraq 
qalır. Hava 
hövzəsinin 
çirklənməsində 
avtonəqliyyat 
vasitələrinin payı 80%-dir. 
Hal-hazırda Azərbaycan Respublikasında 22 min avtobus 
və 75 min yük avtomobili vardır. Son dövlət texniki baxışı ilə 
avtobusların yalnız 40 %-nin, yük avtomobillərinin 35 %-nin 
texniki cəhətdən yararlı olduğu müəyyənləşdirilmişdir. 
Avtomobillərin əksəriyyəti fiziki və texniki cəhətdən həddi 
aşınmış, ekoloji göstəricilərinə görə isə istismara yararsız 
vəziyyətdədir. 
Dünyada baş verən qloballaşma prosesində iqtisadiyyatın 
keçid dövrünü yaşayan ölkəmizdəki avtomobillərin əksəriyyəti 
MDB ölkələrində istehsal edilmiş avtomobillərdir. Bundan 
əlavə, 10 ildən artıqdır ki, ölkəyə xaricdən həmin ölkələrdə 
işləmə müddəti həddinə və ekoloji cəhətdən yararsızlığına 
görə istismarı qadağan edilmiş avtomobillər idxal edilir. 
Avtomobillərin modelləri bütün əsas göstəricilərinə görə 
(qənaətlilik, etibarlılıq, təhlükəsizlik, ekoloji yararlılıq) 
sənayesi inkişaf etmiş ölkələrdən 8-10 il geridə qalır. 
Belə avtomobillərin istismarı nəticəsində yanacaq sərfi və 
atmosferə atılan zərərli maddələrin miqdarı artır. Bundan 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin