Ekoloji təhlükəsizlik
58
nasazlıqlar
və
tənzimləmələrin
pozulması
zəhərlilik
göstəricilərinin və yanacaq qənaətliliyinin pisləşməsinə gətirib
çıxarır.
Əlverişsiz yol şəraiti, yanacaq-sürtgü materiallarının
keyfiyyətinin aşağı olması avtonəqliyyat vasitələrinin qovşaq
və aqreqatlarının sürətlə yeyilməsinə, yanacaq sərfinin və
xaric qazların zəhərliliyinin artmasına səbəb olur. Texniki
qulluq və təmirin keyfiyyətinin hələlik yüksək səviyyədə
olmaması, müasir avadanlıqların və ixtisaslı mütəxəssislərin
çatışmaması avtonəqliyyat vasitələrinin iş qabiliyyətinin tam
bərpa olunmasına mənfi təsir göstərir. Nəticədə avtomobil
istehsalı sənayesinin ekoloji standartların tələblərinə uyğun
olan təkmilləşdirilmiş mühərrik istehsalı sahəsində səyləri
reallaşmır.
Karbüratorlu
avtomobillərdə
mühərrikin
yanacaq
sistemindəki nöqsanlar zərərli tullantıların miqdarını 30-40%,
alışma sistemində 25-30%, mühərrikin mexaniki hissəsində
20-25%, avtomobilin transmissiya və hərəkət hissəsində 15%
artırır. Yanacaq sistemindəki tənzimləmələrin pozulması isə
dəm qazının miqdarını 70% və daha çox artıra bilər. Dizel
mühərriki ilə işləyən avtomobillərdə yanacaq sistemindəki hər
hansı bir nasazlıq yanacaq sərfinin və tüstüləmənin artmasına
təsir edir.
Məsələn, isiklik yanacaq verilişinin normadan 25% çox
artırılması işlənmiş qazların tüstülülüyünü 40% artırır.
Yanacaq aparat detallarının həddi aşınması isə, yanacaq sərfini
8-10%, tüstüləməni isə 20-30% artırır.(şəkil 5)
Ekoloji təhlükəsizlik
59
Şəkil 5. Avtomobillərin havaya buraxdığı zərərli qazlar
İstismar edilən avtonəqliyyat vasitələrinin ekoloji
parametrlərini həddi səviyyədə saxlamaq üçün onların texniki
vəziyyətinə diaqnostika stendləri və avadanlıqlarından istifadə
olunmaqla dövri nəzarət zəruridir.
Son zamanlar respublikada texniki-təmir stansiyaları
şəbəkəsi, bir sıra yeni, müasir stansiyalar istisna olmaqla,
texniki normalara və standartların tələblərinə cavab verməyən,
primitiv şəkildə yaradılmış özəl texniki-təmir sahələrinin
hesabına genişlənmişdir. Bütün bunlar isə göstərilən xidmətin
mənfi nəticələri olan
yol-nəqliyyat hadisələrinin baş
verməsinə, avtomobillərin vaxtından qabaq təkrar təmirə
dayanmasına səbəb olur.
Nəqliyyat şəbəkələri nəqliyyat sisteminin iki mühüm
yarımsistemindən biridir. Nəqliyyat şəbəkələri stasionar
ekoloji təhlükə mənbəyidir.
|