Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə44/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

 
 
İş təhlükəsizliyi 
 
70 
2. Təşkilati-texniki tədbirlərlə-əlverişli istismar rejimi 
yaratmaq, vaxtlı-vaxtında yağlama, planlı-xəbərdarlıq təmiri 
aparmaq, əlverişli iş prosesi yaratmaqla və s.
3. İzoləedici və titrəyiş azaldan materialların tətbiqi ilə 
(məsələn, plastmas, rezin, ruberoid, keçə, mastika və s.). Bu 
halda rəqsi enerjinin azalması istilik enerjisinə çevrilməklə 
başa gəlir. 
4. Fərdi mühafizə vasitələrinin tətbiqi ilə. Məsələn, yaylı 
dəstək, xüsusi əlcək və ayaqqabılar və s. işlətməklə. (şəkil 8)
Şəkil 8. Səs-küydən, titrəyişdən fərdi mühafizə vasitələri 
Titrəyişlərlə mübarizə üsulları. 
Titrəyişlərlə səmərəli 
mübarizə məqsədi ilə onların parametrlərinə iki növ normalar 
qoyulmuşdur: 
-
Gigiyenik 
-
Texniki 
Gigiyenik normalarda
fizioloji tələblər nəzərə alınaraq, iş 
yerlərində və işçinin əllərinin iş vaxtı təmasda olduğu səthlərdə 


 
 
İş təhlükəsizliyi 
 
71 
titrəyişlərin vibroxəstəliklərin əmələ gəlməsini istisna edən 
parametrləri məhdudlaşdırılır.
Texniki 
normalarda
fizioloji 
tələblərdən 
əlavə, 
maşınların konkret növü üçün hazırki texniki səviyyədə titrəyiş 
parametrlərinin mümkün olan məhdudlaşdırılma qiymətləri də 
nəzərə alınır.
Layihə edilən və istismarda olan bütün maşın və alətlərin 
titrəyiş parametrləri yoxlanılmalıdır. Titrəyiş parametrləri 
normalarla buraxılabilən qiymətlərdən yüksək olan avadanlıq 
istismara buraxılmamalıdır. 
İstehsalatda titrəyişləri aradan qaldırmaq və zəiflətmək üçün 
texniki və gigiyenik üsullardan istifadə edilir. Bu üsulların 
köməyi ilə titrəyiş mənbələrində onun ləğv edilməsi və ya 
azaldılması, iş yerlərinin titrəyişin təsirindən mühafizə 
edilməsi, işləyənlərin fərdi mühafizəsi və titrəyiş təhlükəli 
peşələrdə əməyin təşkili üzrə kompleks tədbirlərin görülməsi 
nəzərdə tutulur. 
Sual və tapşırıqlar: 
1. Səs-küyün insan orqanizminə necə təsiri edir? 
2. Səs-küydın necə qorunmaq olar? 3. Titrəyişlərin 
insan orqanizminə təsiri hansılardır? 4. Titrəişlərlə 
hansı mübarizə üsulu var? 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin