İş təhlükəsizliyi 83
Yanğın Təhlükəsizliyi tə`min edilərkən Qaydalarla bərabər,
standartlar,
tikinti
norma
və
qaydaları,
texnoloji
layihələşdirmə normaları, həmçinin müəyyən edilmiş qaydada
təsdiq olunmuş digər normativ sənədlər rəhbər tutulur
Hər bir müəssisədə yanğın zamanı insanların təhlükəsizliyi
tə`min edilməli, həmçinin həmin obyekt üçün yanğın
təhlükəsizliyi tədbirləri işlənib hazırlanır.
Müəssisələrin bütün işçiləri, yalnız yanğına qarşı ilkin
tə`limatlandırıldıqdan sonra işə buraxılırlar. İşin xüsusiyyəti
dəyişdikdə isə müəssisənin rəhbəri tərəfindən müəyyən
edilmiş qaydada baş vermiş mümkün yanğınlar barəsində
xəbər verilməsi və söndürülməsi üsullarının öyrədilməsi üzrə
əlavə tə`limat keçirirlər. Hər bir vəzifəli şəxs, mühəndis-
texniki hey`ət və fəhlə ilkin və sonrakı (ildə bir dəfədən az
olmayaraq) yanğına qarsı tə`limatlandırılaraq, bu haqda xüsusi
Yanğına qarşı tə`limatlandırma jurnalında imza etməlidirlər.
Ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin,
sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə
sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər
müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə tə`yin edilir.
Yanğın
Təhlükəsizliyi
Qaydalarının
tələblərinin
pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə
olan qanunvericiliyə əsasən məs`uliyyət daşıyırlar.
Hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri,
mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu
idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin
tə`min edilməsinə müəyyən edilmiş qaydada tə`yin edilmiş
şəxslər yanğın təhlükəsizliyi qaydalarının, göstərişlərin,
qərarların və yanğın nəzarəti üzrə dövlət yanğın nəzarəti
orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə
yetirilməsini təmin etməlidirlər.