Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə53/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

 
 
İş təhlükəsizliyi 
 
84 
Nazirliklər, idarələr, komitələr, digər mərkəzi idarə etmə 
orqanları və icra hakimiyyəti orqanları öz səlahiyyətləri 
çərçivəsində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 
-
Tabelikdə olan müəssisələrdə və müvafiq ərazilərdə 
yanğın 
təhlükəsizliyi 
tədbirlərinin 
işlənib 
hazırlanmasını təşkil edərək yerinə yetirilməsini tə`min 
etmək; 
-
Müəyyənləşdirilmiş qaydada normalara uyğun olaraq 
müvafiq büdcələrin vəsaiti hesabına maliyyələşdirilən 
yanğından mühafizə bölmələrini yaratmaq və 
saxlamaq; 
-
Yanğından Mühafizəyə tapşırılmış vəzifələrin yerinə 
yetirilməsində ona zəruri kömək göstərmək; 
-
Yanğına qarşı təbliğatın aparılmasını və əhaliyə yanğın 
təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək;
-
Hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların 
rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın 
təhlükəsizliyi 
normalarının, 
standartlarının 
və 
qaydalarının tələblərinə ciddi riayət olunmasını tə`min 
etmək; 
-
Yanğın 
təhlükəsizliyi 
tədbirlərinin 
işlənib 
hazırlanmasını təşkil edərək yerinə yetirilməsini tə`min 
etmək; 
-
Müəyyənləşdirilmiş normalara uyğun olaraq yerli 
büdcələrin vəsaiti hesabına maliyyələşdirilən Dövlət 
yanğından mühafizə bölmələrini yaratmaq və 
saxlamaq; 
Yanğın Təhlükəsizliyinin tə`min edilməsi sahəsində fiziki 
şəxslər (vətəndaşlar) aşağıdakı tələbləri yerinə yetirməlidirlər: 
-
Yanğın Təhlükəsizliyi normalarına, standartlarına və 
qaydalara ciddi riayət etmək; 


 
 
İş təhlükəsizliyi 
 
85 
-
Öz mülkiyyətində (istifadəsində) olan binalarda və 
tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi 
qaydalarına riayət etmək və Baş Dövlət Yanğın 
Təhlükəsizliyi İdarəsinin təsdiq etdiyi siyahılara uyğun 
olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı 
avadanlıq saxlamaq; 
-
Yanğın aşkar etdikdə bu barədə dərhal şəhər və rayon 
Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinə mə`lumat 
vermək; 
-
Yanğından Mühafizə bölməsi gələnədək adamları, 
əmlakı xilas etmək, yanğını söndürmək üçün mümkün 
tədbirlər görmək; 
-
Yanğının söndürülməsində yanğından mühafizə 
bölməsinə kömək göstərmək; 
-
Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin 
göstərişlərini, qərarlarını və digər qanuni tələblərini 
yerinə yetirmək; 
İnzibati, istehsal, anbar və digər tə`yinatlı bina və 
otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin 
çağırış telefon nömrələrini bildirən göstərici lövhə asılmalıdır. 
Müəssisələrdə açıq oddan istifadə edilməsi, siqaret 
çəkilməsi və müvəqqəti yanğın təhlükəli işlərin aparılması 
qaydaları yanğın təhlükəsizliyi tələbləri barədə tə`limata 
əsasən müəyyən edilməlidir. 
Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq 
müəssisələrdə, idarə və ya təşkilatlarda könüllü yanğından 
mühafizə dəstələri yaradıla bilər. 
Yanğından qorunmaq üçün otaqlarda xüsusi avadanlıqlar 
qurulmalıdır. Yanğınsöndürən avadanlıqlar binanın hər 
mərtəbəsində olmalıdır. İldə bir dəfə onların dəyişdirilməsi 
arzuolunandır.



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin