Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə56/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

 
 
İş təhlükəsizliyi 
 
90 
boğulma yarada bilər. Buna görə də onlar istifadə 
olunduğu yerlərdə nəzarət altında olmalıdır. (şəkil 18) 
 
Şəkil 18. Karbonatlı yanğın söndürücü 
Yanğın söndürücülərin daha bir növü universal vasitə olub 
yanan mayelərdə, düz olmayan səthlərdə (avtomobil 
mühərriki, mətbəə, yüksək gərginlikli elektrik cihazları, bahalı 
və mürəkkəb texnikalar, təyyarələr) yaranan yanğınlarda 
istifadə edilir. Bu yanğın söndürücülər toksiki olduğu üçün 
havalanmayan 
mühitlərdə 
istifadə 
edilməməlidir. 
Bu 
tip yanğın söndürücülər digər tiplərə nisbətən bahalı olduğu 
üçün az istifadə edilir. 
İlkin yanğınsöndürmə cihazlarına aşağıdakılar aid edilir: 
-
yanğınsöndürmə balonları; 
-
yanğın söndürmə şitləri; 
-
yanğınsöndürmə şlanqları; 
-
yerüstü və yeraltı hidrantlar; 
-
köpük generatorları; 
-
avtomatik yanğınsöndürmə sistemləri; 


 
 
İş təhlükəsizliyi 
 
91 
-
yanğın aksessuarları. 
Son zamanlar yanğın söndürmənin alternativ sistemlərinin 
geniş şəkildə ihkişaf etməsinə baxmayaraq, alovun 
söndürülməsi işində ən çox istifadə edilən vasitə - sudur. Bir 
çox hallarda məhz su bilavasitə söndürmə agenti kimi tətbiq 
edilir, bir başqa halda sudan insanların həyatını və sağlamlığını 
istilik şüalanmasından qorumaq üçün “su divarının” 
yaradılması üçün istifadə edilir, digər halda isə çox mürəkkəb 
yanğın vəziyyətində suyun dispersiyası vasitəsilə alınan su tozu 
əvəzsiz yanğınsöndürmə agenti kimi çıxış edir, daha sonra 
yanğın fəlakətinin miqyasının böyüməsinin qarşısını almaq 
üçün yanan konstruksiyaların soyudulması işində də su köməyə 
çatır. 
Lakin bütün bu yuxarıda qeyd olunmuş hərəkətləri obyektdə 
xüsusi su ehtiyatlarının və bu suyu istifadə nöqtəsinə çatdırmaq 
üçün lazım olan kommunikasiyaların olmaması halında həyata 
keçirmək mümkün deyildir. Hətta sudan sadəcə bir yanğın 
söndürmə agenti kimi də istifadə edildiyi təqdirdə belə, uğurlu 
yanğınsöndürmə əməliyyatı keçirmək üçün yanğın çəninin, 
yanğın su kəmərinin və yanğın hidrantlarının (yanğın 
söndürmək üçün su kəməri şəbəkəsindən suyun götürülməsi 
üçün lazım olan qurğu) olması zəruridir. 
Adətən adamlar düşünürlər ki, yanğınsöndürən maşında 
həmişə su ehtiyatı vardır. Lakin əslində yanğınsöndürən 
maşında çox kiçik həcmdə su olur ki, bu da böyük miqyaslı 
yanğınla mübarizə aparmaq üçün yetərli deyildir. Alovla 
müvəffəqiyyətli 
şəkildə 
mübarizə 
aparmaq 
üçün 
yanğınsöndürənlər komandası maşına fasiləsiz şəkildə su 
vurmalıdır. Bunu etmək üçün isə hidrantlara qoşulmaq 
lazımdır. Obyektdə yanğın baş verdiyi təqdirdə onu bütün 
mümkün yollarla söndürmək üçün, orada strateji su ehtiyatının 
yaradılması vacibdir. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin