Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə58/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

 
 
İş təhlükəsizliyi 
 
93 
Hidrantların fəaliyyət prinsipi yanar materialların (ağac, 
kağız, parca) üzərinə böyük həcmdə suyun vurulmasından 
ibarətdir. Yüksək gərginlikli elektrik avadanlıqlarında yanğın 
olduqda, yanar materiallar (benzin, ağ neft, aseton, spirt ) və su 
ilə reaksiyaya girən toksiki və ya yanar qazlar (soda, kalium, 
kalsium karbid) alışdıqda sudan istifadə etmək olmaz. Yanğınla 
mübarizə aparan zaman diqqət yetirmək lazımdır ki, su ətrafda 
olan yanmayan material və aparatları zədələməsin. (şəkil 19) 
Şəkil 19. Yanğın Hidrantları 
Müasir zamanımızda alovlanmanı elə lap başlanğıc 
anındaca söndürmək üçün artıq əlimizin altında bir neçə vedrə 
suyun olması vacib deyildir – çünki bunun üçün müasir 
yanğınsöndürən vasitədən – odsöndürəndən istifadə etmək 
kifayət edir. Yanğın təhlükəsizliyi qaydalarına görə bütün 
istehsalat və ictimai yerlərdə, həmçinin bütün nəqliyyat 
vasitələrində odsöndürən olmalıdır. 
Odsöndürən
– xüsusi yanğın söndürən vasitələrin köməyi 
ilə alovlanma ocağını söndürmək üçün nəzərdə tutulmuş yanğın 
avadanlığı növüdür. Nəql edilmə üsuluna görə odsöndürənlər 
üç növ olur: daşınan, səyyar və stasionar. Odsöndürənlər 
müxtəlif həcmli od söndürən maddəyə malik olurlar və 


 
 
İş təhlükəsizliyi 
 
94 
müxtəlif ölçülü yanğınlar zamanı istifadə edilirlər. Daşınan və 
səyyar odsöndürən növləri insanın iştirakı ilə istifadə oluna 
bilirlər. Stasionar odsöndürən isə mümkün yanğın ocağının 
bilavasitə yaxınlığında quraşdırılır və avtomatik şəkildə işə 
düşür. 
Odsöndürən istifadə üçün qəbul edilən zaman, onun bəzi 
xüsusiyyətlərinə diqqət yetirmək lazımdır. Xüsusilə də 
odsöndürənin balonunun həcminə, odsöndürmə qabiliyyətinə, 
iş temperaturunun diapazonuna, onun aşınmaya (korroziyaya) 
davamlılığına və odsöndürən maddənin elektrik keçiriciliyinə 
fikir vermək zəruridir. 
Odsöndürənləri saz vəziyyətdə, işə yararlı halda saxlamaq 
üçün bir sıra tədbirlər görmək lazımdır. Bu tədbirlərə: 
odsöndürənlərin mütəmadi olaraq yoxlanılması, onların 
yenidən doldurulması, texniki şəhadətnaməsinin alınması, ayrı-
ayrı detallarının və püskürdücü qovşağının təmiri, balonların 
aşınmaya davamlılığını artıran keyfiyyətli rənglənməsi aiddir. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin