Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə59/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Mühafizə-yanğın siqnalizasiyası
yaşadığımız mürəkkəb 
və həm də gözlənilməz hadisələrlə dolu olan dünyamızda 
şəhərkənarı bağ evindən başlamış iri müəssisəyə qədər hər bir 
obyektin ən zəruri atributlarından birinə çevrilmişdir. Müasir 
optikanın və elektronikanın nailiyyətləri canlı gözətçinin demək 
olar ki, bütün funksiyalarını böyük müvəffəqiyyətlə yerinə 
yetirərək, fiziki mühafizənin işini sadəcə olaraq effektsiz edir. 
Texniki sistemlər sürətlidirlər, yuxuya ehtiyacları yoxdur və ən 
əsası da etibarlıdırlar – onları hər hansı bir yolla ələ almaq 
mümkün deyil. Bu sistemlərdə keyfiyyətli elementlərdən 
istifadə olunduqda və düzgün qulluq edildikdə onlar xarab 
olmadan onilliklər boyunca istismar edilə bilərlər. 
Mühafizə siqnalizasiyasında daha çox tətbiq edilən
infraqırmızı hərəkət xəbərdaredici cihazların həssaslığı, pişik 
gözünün həssalığını artıq 60% üstələyir. Şüşə detektorunun 


 
 
İş təhlükəsizliyi 
 
95 
spektral həssaslığı isə o dərəcədədir ki, hətta bir şkaf boşqabın 
sınmasının səsi fonunda, almazla kəsilən şüşənin səsini ayırmaq 
mümkündür. Elə yanğın-tüstü xəbərdarediciləri və optik alov 
registratorları da mükəmməllikdə geri qalmırlar. Lakin müasir 
rəqəmsal həyatımızda ən başlıca məsələ - sürətlilik və işlənən 
informasiyanın həcmidir. 
Müasir sənaye kompüteri adi öyrəşdiyimiz sistem 
kompüteri deyildir. Fasiləsiz enerji mənbəyi lövhəsinə 
quraşdırılmış bu kiçik modul, video-müşahidə kameralarının 
siqnallarını bədii şəkildə təhlil etməyə imkan verir. Yaxın 
gələcəkdə isə belə təhlil üsulu ilə həm yanğının əlamətlərini, 
həm də şübhəli insanları hüquq-mühafizə orqanlarının 
kartotekasında olan şəxslərlə müqayisə edərək, zəmanətlə 
müəyyən etmək mümkün olacaqdır. 
Sual və tapşırıqlar: 
1. Yanğınsöndürənlərin neçə tipi var? 2. İlkin 
yanğınsöndürmə vasitələri hansılardır? 3. Yanğın 
hidrantları harda quraşdırılır? 4. Mühafizə yanğın 
siqnalizasiya sistemi necə işləyir ? 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin