Mühafizə sıfırlanması
. Gərginliyi 1000 V-a qədər olan,
neytralı yerlə birləşdirilmiş elektrik şəbəkələrində mühafizə
torpaqlamasi əvəzinə həmin məqsədlə mühafizə sıfırlanması
tətbiq edilir.
Elektrik qurğularının normal vəziyyətdə gərginlik altında
olmayan metal hissələrinin «sıfır» xəttinə birləşdirilməsi
sıfırlanma adlanır. Bu halda «sıfır» xətti özü etibarlı
yerləbirləşdirilmiş olmalıdır. Adətən, «sıfır» xətti şəbəkənin
İş təhlükəsizliyi
105
əvvəlində və sonunda, xətt ayrıclarında, eləcə də xətt boyunca
hər 100 metrdən bir torpaqlanır.
Sual və tapşırıqlar:
1.İzolyasiya nədir? 2.İkiqat izolyasiya nə zaman
istifadə olunur? 3.Torpaqlama və sıfırlanmanın fərqi
nədir? 4. Çəpərləmə və bloklama nədir?
§ 18. ELEKTRİK QURĞULARININ TƏHLÜKƏSIZ
İSTİSMARININ TƏŞKİLİ
Elektrik qurğuları və elektrik qurğularının istehlakçılar
tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər
normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar
edilməlidirlər. Elektrik mühərrikləri, idarə etmə aparatları, işə
salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları,
köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri),
müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib
quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan
mühafizə
edilməsi
üçün
qoruyucu
aparatlarla
tə`min
edilməlidirlər.
İşin sonunda tə`yinatdan asılı olmayaraq, nəzarət olunmayan
bütün otaqlarda elektrik qurğuları və cihazları (növbətçi və
qəza işıqlandırmaları, avtomatik yanğınsöndürmə qurğuları,
yanğın və mühafizə siqnalizasiyası, eləcə də elektrik qurğuları
istisna olunmaqla) növbətçi işçilər tərəfindən dövriyyədən
açılmalıdır. Elektrik ötürücü xətlərini və xarici (çöl) elektrik
naqillərini yanar dam örtükləri və yanar materiallar olan açıq
|