İş təhlükəsizliyi
108
Sual və tapşırıqlar:
1. Elektrik qurğuları dedikdə nə başa düşürsüz?
2.
Elektrik qurğularını
istismar edərkən nə
qadağandır? 3. Işin sonunda hansı işlər görülməlidir?
4 Daşınan elektrik lampalarını təsvir edin?
§ 19. Kabellərin montajında təhlükəsizlik qaydaları
Hazırda kabel xətlərinin yeraltı çəkiliş işlərinin çox
hissəsini mexanikləşdirilib və əl əməyi minimum
endirilmişdir. Bu işlərdə
əsas təhlükəsizlik tədbirləri, işçilər
tərəfindən kabelləri barabanlardan açması və xəndəklər
vasitəsilə çəkiliş zamanı alına biləcək zədə və yaraların
qarşısını almaqdır. Üzərinə kabel sarınmış barabanların
hərəkəti yolunda işçilərin dayanması
qadağan edilir
(Baraban işçiyə toxuna bilər və onu zədələyə bilər).
Adətən kabeli barabandan, trassanın sonunda quraşdırılmış
xüsusi tərtibat bucurqard (ağırlıq qaldıran mexanizm)
vasitəsilə açırlar. Bu əməliyyatda az güc sərf etmək
məqsədilə
trassada xüsusi, döngələrdə isə künc roliklərindən
istifadə edilir. Kabelləri əllə açan zaman döngələrdə onların
dartılması qəti qadağan edilir. Kabellərin xəndəklərdə,
bloklarda və tunellərə çəkilişi zamanı brezent əlcəklərdən
istifadə edilməlidir.
Adamlar üçün xüsusi təhlükə, kabel
barabanlarını dəmiryol vaqonlarının platformalarından və ya
avtomobillərdən boşaldılan zaman yarana bilər (şəkil 23).
Kabel barabanlarını əllə boşaldanda 150-yə
malik maili
müstəvidən (tirlərdən, borulardan hazırlanmış) istifadə
olunmalıdır, bu zaman barabanlar iplərin köməyilə onların
hərəkətinin əksinə dartılmalıdır.