Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN


Şəkil 24. Rabitə kabellərinin montaj qaydaları



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə71/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Şəkil 24. Rabitə kabellərinin montaj qaydaları 
 
Epoksid qətranla işləməyə yaşı 18 yuxarı, tibbi müayinədən 
keçmiş və təhlükəsizlik tədbirləri ilə tanış olmuş şəxslərə
icazə verilir. Epoksid kompaundunun və həlledicinin işçinin
dərisinə təsirinin qarşısını almaq üçün rezin və ya
polietilen əlcəklərdən istifadə edilir. Dəriyə kompaund və ya 
həlledici düşdükdə, təcili olaraq onu yumşaq kağız, solfetka


 
 
İş təhlükəsizliyi 
 
111 
ilə götürülməli və yerini 3% -li limon turşusu və ya sabunla 
istisu ilə yuyulmalıdır. 
Hava 
xətlərinin 
quraşdırılması. 
Hava 
xətlərinin 
quraşdırılması (çəkiliş), materialların və işçilərin hündürlüyə 
qaldırılması ilə əlaqədar olduğundan, adamların düşməsi, 
əzilməsi və yaralanması təhlükəsi yaranır. Hava xətlərinin 
quraşdırlmasında məlum olduğu kimi dayaqların qaldırılması
və aşağı salınması, mexanizmlərin köməyilə yerinə yetirilir. 
Dayağın aşağı hissəsini çala istiqamətində endirərkən, çalada
heç kəs olmamalıdır. Tam doldurulmuş çalanı (yəni
yarımçıq qalmış) nə fasilədən sonraya, nə də növbəti iş 
gününə saxlamaq olmaz.
Hava xətlərini yaşayış sahələrində quraşdırdıqda, iş
rəhbəri quraşdırılan obyektin mühafizəsini təmin etməli, iş
görülən sahədə kənar şəxslər olmamalıdır. Dayaqların və
xətlərin quraşdırılması işlərində tətbiq edilən mexanizmlərə
xidmət, xüsusi olaraq hazırlıq kursları keçmiş işçilərə icazə 
verilir. Quraşdırma işçiləri, iş zamanı istifadə edilən siqnal 
işarələri (yükün qaldırılması və aşağı salması zamanı) 
bilməlidir.
Mürəkkəb polad və dəmir-beton konstruksiyalara çıxmaq 
üçün adətən teleskopik qüllədən və ya onu əvəz etmək üçün 
xüsusi nərdivanlardan istifadə olunur (dayanıqlı və etibarlı). 
Yüksəklikdə işləyən quraşdırıcının lazımi alətləri, onun 
əyninə geymiş montyor qurşağının ciblərində yerləşdirilir. 
Yuxarıdan düşən alətlərin və ya materialların təsirindən 
zədələrin alınmaması üçün iş görülən dayağın və ya
qüllənin altında dayanmaq qadağan edilir.



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin