Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə72/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

 
 
İş təhlükəsizliyi 
 
112 
Ağac dayaqlara çıxmaq üçün xüsusi olaraq hazırlanmış iti
uclu caynaqlardan, dəmir-beton dayaqlara isə xüsusi 
qırmaqlardan istifadə edilir. (şəkil 25) 
Şəkil 25. Rabitə kabellərinin montaj qaydaları 
Dayaqlara ağır əşyaları (armatur, kabel muftaları, 
ayrıcılar və s.) qaldırmaq üçün blokdan aşırılmış xüsusi ipdən 
istifadə edilir, ağır yüklərin qaldırılması dayaqdan kənarda 
yerdə dayanmış fəhlələr tərəfindən görülür. Naqillərin açıb-
bağlanması zamanı əlləri zədələnməkdən qorumaq üçün 
brezent əlcəklərdən istifadə olunur. Hava xətlərinin
quraşdırılması və ya sökülməsi əməliyyatında uzunluğu 3-
5km olan sahələrdə iş görülərkən, həmin sahədə naqilləri
torpaqlamaq və ya bir-birilə qısa qapamaq lazımdır
(yaxınlıqda gərginlik altında olan xətlərin və ya ildırım 
buludlarının təsirindən qorumaq üçün).


 
 
İş təhlükəsizliyi 
 
113 
 
Sual və tapşırıqlar: 
1. Kabellərin çəkilməsində təhlükəsizlik qaydaları 
hansılardır? 2. Lehimləmə necə aparılır? 3. Hava 
xətlərini çəkərkən hansı tədbirlər görülür? 4. 
Kabellərin montajı necə aparılır? 
 
 
 
§ 20. ƏMƏK MÜƏSSİSƏLƏRİNDƏ 
TƏLİMATLANDİRMA 
 
Müəssisədə ümumi təhlükəsizlik qaydalarını öyrətmək, 
xüsusilə 
də 
istehsalatın 
təhlükəsizlik 
dərəcəsindən, 
xarakterindən və işçilərin hazırki peşələri və dərəcələrindən 
asılı olmayaraq bütün sexlərdəki işçilərin təhlükəsizlik 
qaydalarını aşılamaq, sexlərdəki işçilərin təhlükəsiz iş 
metodları üzrə təlimatları təlqin etmək məqsədilə aparılır. 
Əmək müəssisələrində aparılan təlimatlandırma giriş 
təlimatı, iş yerində ilkin təlimat, dövrü təkrar təlimat və 
növbədən kənar təlimat kimi növlər əsasında təşkil olunur. 
Giriş təlimat:
İşə yeni qəbul edilən və ya müəssisəyə ezam 
edilən fəhlə və qulluqçular məcburi qaydada təhlükəsizlik 
texnikası üzrə giriş təlimatı almalıdır. Giriş təlimatını 
təhlükəsizlik texnikası üzrə mühəndis aparmalıdır. Giriş 
təlimatı həm eyni peşədən olan fəhlə qrupları üçün həm də 
müxtəlif ixtisaslı fəhlələr üçün aparıla bilər. Bu zaman 
qruplarda olan fəhlələrin sayı 30 nəfərdən çox olmamalıdır. 
Giriş təlimatı təhlükəsizlik texnikası üzrə kabinetdə 
aparılmalıdır.



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin