İş təhlükəsizliyi 117
Əgər işçi təhlükəsizlik texnikasına dair təlimatın
tələblərinin məzmunu təkrar edə bilərsə, onu praktiki işdə
tətbiq edə bilərsə, onda təlimatlandırma başa çatmış hesab
olunur. İşçi təlimatı mənimsəyə bilmirsə onu təkrar
təlimatlandırmaq lazımdır.
Növbədən kənar təlimat: İşçilərlə işin təhlükəsizlik
qaydaları və üsullarına dair növbədən kənar təlimatlandırma
aşağıdakı hallarda aparılır:
-
Texnoloji
prosesləri,
avadanlıqların, xammal və
materialların
dəyişdirilməsi
ilə
əlaqədar
işin
təhlükəsizlik şəraiti dəyişdikdə;
-
Bəzən işçilərə işin təhlükəsizlik qaydalarına və
üsullarına dair lazımı səviyyədə təlimatlandırma
aparılmadıqda peşə xəstəliyi və bədbəxt hadisələr baş
verdikdə;
-
Haqqında götürülmüş ölçüdən asılı olmayaraq, işçi
təhlükəsizlik texnikasına dair təlimatı və qaydaları
pozuqda;
-
İşdə 12 gündən çox fasilə olduğu halda; Fəhlənin şəxsin
özü müraciət etdikdə;
-
Başqa işə keçirildikdə.
İlkin və dövrü olaraq təkrar təlimatlandırma keçmək
xidməti vəzifəsinə daxil olan işçilərlə də təhlükəsizlik texnikası
üzrə növbədən kənar təlimatlandırma keçirilir.
Təlimatların hazırlanması: Hər bir peşə üçün əməyin
mühafizəsi üzrə təlimat müəssisədə işlənib hazırlanmalıdır.
təlimat iş yerindəki işçin konkret spesifikasiyası və şəraiti
nəzərə alınmaqla uyğun olan qaydalara əsasən tərtib olunur.
Əməyin mühafizəsi üzrə təlimatlar aşağıdakı kimi işlənib
hazırlanmalıdır:
-
Hərtərəfli peşəyə malik olan işçilər üçün müəssisənin
uyğun şöbələri və baş mütəxəssisləri tərəfindən;