İş təhlükəsizliyi 119
Sual və tapşırıqlar:
1. Təlimatı kim keçir? 2. Giriş təlimat nədir? 3.
İlkin təlimat nədir? 4. Təlimatların məqsədi nədir?
§ 21. HÜNDÜRLÜKDƏ İŞ ZAMANI TEXNİKİ TƏHLÜKƏSİZLİK QAYDALARI Hündürlükdə görülən işlərə işçinin 1,8 m və daha çox
hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud
olduğu, işçinin üfüqi səthə nisbətən mailliyi 75 dərəcədən çox
olan nərdivanla (pilləkənlə) 5 m-dən çox hündürlüyə qalxması
və ya hündürlükdən enməsi zamanı görülən, hündürlüyü 1,8
m-dən çox olan hasarlanmamış yerdən 2 m-ə yaxın məsafədə
yerləşən, eləcə də qoruyucu hasarının hündürlüyü 1,1 m-dən
kiçik olan meydançalarda görülən, su səthinin, çıxıntılı
əşyaların, maşın və ya mexanizmlərin üzərində yerinə
yetirilməsi zamanı, işçinin 1,8 m-dən az hündürlükdən
düşməsi mümkünlüyü ilə əlaqədar olan risklərin mövcud
olduğu işlər aiddir (şəkil 26).
İstehsal şəraitindən asılı olaraq hündürlükdə görülən işlər
ayaqaltı vasitələrindən (məsələn, ayaqaltılar, üzərində işləmək
üçün
körpülər,
teleskopik
qüllələr,
inşaat nənniləri,
nərdivanlar və s.) istifadə olunmaqla hündürlükdə görülən
işlər, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu
hasara alınmış meydançalarda yerinə yetirilən, 5 m və daha
çox hündürlükdə ayaqaltı vasitələri olmadan, eləcə də
hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan
meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar
olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu
hasarları olduqda yerinə yetirilən işlərə bölünür.