Şəkil 26. Hündürlükdə işləyən zaman
Hündürlükdə işlərin yerinə yetirilməsinə 18 yaşına çatmış
şəxslər buraxılırlar.
Hündürlükdə işləri yerinə yetirən işçilər icbari ilkin (işə
qəbul edilərkən) və vaxtaşırı tibbi müayinədən keçməlidirlər.
Hündürə qalxmaqla yerinə yetirilən işlərə cəlb olunan işçilərlə
əmək müqaviləsi bağlanılarkən tibbi arayış tələb olunmalıdır.
Hündürlükdə işləyən işçilər yerinə yetirdikləri işin xarakterinə
uyğun müvafiq ixtisasa malik olmalıdırlar. İşçilər əməyin
mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırıldıqdan,
əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin
öyrənilməsi və biliklərinin yoxlanılmasından və hündürlükdə
İş təhlükəsizliyi
121
işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları
öyrədildikdən sonra hündürlükdə işlərə buraxılırlar.
Ayaqaltı vasitələri tətbiq olunmaqla, eləcə də hündürlüyü
1,1 m və daha çox olan qoruyucu hasarlı meydançalarda işləri
yerinə yetirən, hündürlükdə işlərin təhlükəsiz görülməsi üzrə
tələbləri mənimsəmiş, bu sahədə bilik və vərdişlərin
yoxlanılmasından
müvəffəqiyyətlə
keçmiş
işçilərə
hündürlükdə işləməyə buraxılmaq üçün vəsiqə verilir.
Ayaqaltı vasitələrindən istifadə olunmadan, 5 m və daha çox
hündürlükdə görülən işlərə, eləcə də hasarlanmayan, 5 m-dən
çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az
məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1
m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə
buraxılan işçilərə işəgötürən tərəfindən bu Qaydalarda
müəyyən edilmiş formaya uyğun tərtib edilmiş, işləməyə
icazə verən naryad-buraxılış vərəqi verilir.
Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının dövri
surətdə
öyrədilməsi
imtahanla
yekunlaşır.
İmtahan
hündürlükdə
işlərin təhlükəsiz metod və üsullarının
öyrədilməsini həyata keçirən təşkilat rəhbərinin əmri ilə
yaradılan attestasiya komissiyaları tərəfindən keçirilir (şəkil
27). Attestasiya komissiyalarının tərkibi müvafiq hazırlıq və
attestasiya keçmiş müəllimlərdən və mütəxəssislərdən təşkil
edilir.
İmtahandan
müvəffəqiyyətlə
keçən
işçilərə
hündürlükdə işlərin yerinə yetirilməsinə buraxılış vəsiqəsi
verilir. Kanatla çıxış sistemləri tətbiq olunmaqla hündürlükdə
işləri yerinə yetirən işçilərə əlavə olaraq hündürlükdə işlərin
şəxsi uçot kitabçası verilir. Hündürlükdə işlərin təhlükəsiz
metod və üsullarının öyrədilməsi başa çatdıqdan sonra
işəgötürən işçilərin təcrübə keçməsini təmin edir.
|