Mülki müdafiə
133
Bir də palçıq vulkanları var. Belə vulkanların mənşəyi neft-
qaz yataqları ilə bağlıdır. Azərbaycan palçıq vulkanlarının
sayına görə dünyada birinci yeri tutur. Dünyada mövcud
olan 800 palçıq vulkanından təxminən 350-si Azərbaycandadır.
Deyilənə görə, Azərbaycanda palçıq vulkanları ilk dəfə 25
milyon il əvvəl püskürüb. 1810-cu ildən indiyə qədər 50
vulkanda 200-ə yaxın püskürmə qeydə alınıb. Bizim palçıq
vulkanlarımız “
Təbiətin yeddi möcüzəsi
” müsabiqəsinin
nominantı seçilib.
Qasırğa, fırtına və burağanlar.
QASIRĞA -atmosferdə
baş verən siklon (isti və soyuq hava kütlələri) hadisələri
nəticəsində yaranır. Qısa müddət ərzində yağış yağır, küləyin
sürəti kəskin surətdə artır, bu isə binaların dağılıb-tökülməsinə,
çayların daşmasına, təhlükəli sellərin əmələ gəlməsinə,
insanların zərər görməsinə və məhv olmasına səbəb olur.
Zərərin miqyası qasırğanın müddətindən, gücündən, əhalinin
sıxlığından və iqtisadiyyatın xarakterindən asılı olur.
FIRTINA – dənizdə güclü dalğa yaradan, quruda dağıntılara
səbəb ola bilən sürəti 20 m/s-dən çox olan güclü küləkdir.
BURAĞAN – havanın şaquli və ya maili ox ətrafında
fırlanma hərəkətindən əmələ gələn, tufan buludunda yaranan və
aşağıya doğru, çox vaxt
yerin səthinə qədər qara
buludlu diametri 1000 m-ə
qədər olan, güclü dağıdıcı
gücə malik, havanın sürəti
100
m/s-ə
qədər olan,
xortum formasında hərəkət
edən atmosfer törəməsidir
(şəkil 30).
Dostları ilə paylaş: