Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə87/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Sürüşmələr və uçqunlar.
SÜRÜŞMƏ -
 
torpağın alt və ya 
üst qatının müəyyən qədər kəskin yer dəyişməsinə deyilir. Belə 
ki, yazda qar əriməyə başlayarkən yamacların sürüşməsi 
nəticəsində təbii fəlakət baş verir.
Sürüşmələr və uçqunlar tikililərər, təbii mühitə böyük ölçüdə 
zərər verməklə itkilərə səbəb olur və insan həyatı üçün təhlükə 
törədir (şəkil 32). 
Şəkil 32. Sürüşmə


Mülki müdafiə 
136 
Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli 
növlərindən biridir. Sürüşmələr təbii hadisələrin və ya insan 
fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması 
prosesləri sayəsində baş verir və daha çox zəlzələ və fırtına 
zamanı müşahidə edilir. 
Sürüşmə və uçqun halları Şamaxı–Qobustan ərazisinin 
dağlıq hissəsini, Qobustan-Qaradağ və şərqi Abşeronun 
qismən düzənlik hissəsini də əhatə edir. Bir çox hallarda geniş 
sürüşmələrə sel və zəlzələlər də səbəb olur. Məsələn, 1986-cı 
ildə İsmayıllı rayonunda sürüşmə məhz zəlzələ nəticəsində baş 
vermişdir. 
Sel. 
Dağlardan böyük
 
sürətlə axıb gələn və qarşısındakı hər 
şeyi dağıdıb məhv edən, çınqıl-palçıq axınına SEL deyilir. 
İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar 
örtüyünün sürətlə əriməsi nəticəsində qırıntı materiallarını 
yamaclardan çayın yatağına (məcrasına) doldurur, sel əmələ 
gətirir. Sel çox sürətli və böyük dağıdıcı qüvvəyə malikdir 
(şəkil 33).
Şəkil 33. Sel 


Mülki müdafiə 
137 
Sellər zamanı çaylar öz məcrasından çıxır, özünlə gətirdiyi 
su kütləsi ilə əhalinin təsərrüfatını məhv edir, yolları, rabitə 
dirəklərini, körpüləri dağıdır, əkin sahələrinə ziyan vurur.
Respublikamızın ən yüksək sel təhlükəli rayonlar: Şəki-
Balakən, Qəbələ-İsmayıllı, Quba-Xaçmaz, Lerik-Yardımlı və.s 
aid etmək olar.

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin