Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə92/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Enerji 
sistemlərində 
qəzalar. 
Enerji sistemlərində 
zədələnmələr tufan, partlayış, yanğın, qurğunun dağılması 
nəticəsində, eləcə də sistemin özündəki qəzalar üzündən baş 
verə bilər. Enerji sistemlərində qəzalar zamanı qurğuların 
qəflətən uçması və ya deformasiyaya uğraması nəticəsində 


Mülki müdafiə 
144 
enerji xəttlərində və bloklarında yanğınlar, enerjinin kəsilməsi 
ilə nəticələnir, elektrik enerjisinin verilişi dayanır, istehsalat 
proseslərində istehsalın dayanması baş verir, dövlətə külli 
miqdarda maddi zərər dəyir, yanğın və ya partlayış zamanı 
insan təlafatı baş verir.
Neft-qaz mədənlərində qəzalar
. Fövqəladə qəzalar arasında 
texnogen fəlakətlərin ortaq payı 15-20% civarındadır. Son 10 il 
ərzində dünyada belə hadisələrin sayı təkcə neft-qaz 
mədənlərində hadisələr 20 mini ötmüşdür. Bunun sonu olaraq 
millionlarla ton neft israf olmuş, torpaqlar yayarsız olmuş, hava 
yanğınlar üzündən çirklənmişdir (şəkil 39).
Şəkil 39. Neft-qaz mədənində yanğının söndürülməsi 
Neft-qaz mədənlərində qəzaların baş vermə səbəbi 
avadanlıqların kohnəlməsi, işçilərin işlərinə biganə yanaşması, 


Mülki müdafiə 
145 
təhlükənin qarşısını alan avadanlıqların olmaması, istehsalın 
çağdaş normalara uyğun olmaması və bu kimi başqa amillərdir. 
Ümumiyyətlə neft-qaz mədənlərində baş verən qəza və 
fəlakətlər ətraf mühit üçün və insan sağlamlığı üçün 
təhlükəlidir. Bunların sonu hətta bərpa oluna bilməyən 
ekologiyanın dağılması baş verə bilər
.
Neft-qaz kəmərlərində qəzalar
. Hazırda neft və qaz 
istehsal müəssisələrinin, geoloji kəşfiyyat təşkilatlarının 
istismarında 3748 km boru kəmərləri mövcuddur ki, bunun da 
748 km-i magistral kəmərlərdir. Magistral neft məhsullarının 
boru ilə daşınması XIX əsrin 70-ci illərinə təsadüf edilir. 
Respublikamızda Bakı-Novorossiysk, Bakı-Batumi, Bakı-
Tblisi-Ceyhan, Bakı-Supsa kimi neft-qaz kəmərləri mövcuddur. 
Magistral neft-qaz kəmərlərində baş verən qəzalar və 
yanğınların əsas səbəbləri: metal boruların torpağın altında 
paslanması, 
tikinti-quraşdırma 
işlərində 
yol 
verilmiş 
nasazlıqlar, boru avadanlıqlarındakı qüsurlar, boru kəmərlərinin 
mexaniki zədələnməsi və s. ola bilər. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin