Mülki müdafiə
146
altında qala bilər. İqtisadiyyat obyektlərinə və balıqçılıq
təsərrüfatlarına ziyan dəyə bilər. Flora və fauna məhv ola bilər.
Sual və tapşırıqlar
1.Texnoloji fəlakət nədir? 2.Texnogen xarakterli
fövqəladə halları sadalayın. 3.Nəqliyyat qəzaları
haqqında nə bilirsiniz? 4. Hidrodinamik qəzaların baş
vermə səbəblərini açıqlayın. 5.İstehsalat və sənaye
müəssisələrində qəzalar necə baş verir?
§ 25. EKOLOJİ XARAKTERLİ FÖVQƏLADƏ HALLAR
EKOLOGİYA
– canlı olnanizmlərin
bir-biri ilə və ətraf
mühit ilə qarşılıqlı əlaqələri haqqında elmdir. Canlı və cansız
təbiəitin bütün elementləri bir-birinin həyat fəaliyyətinə və
vəziyyətinə qarşılıqlı olaraq təsir edir. Yer üzərində həyatın
davam etməsi üçün canlı və cansız təbiətin bütün elementləri
arasında ekoloji tarazlığın sabit qalması çox vacibdir.
EKOLOJİ FƏLAKƏT – təbii fəlakət, iri sənaye və nəqliyyat
qəzası nəticəsində kütləvi surətdə canlı orqanizmlərin
məhvinə
və böyük maddi itkilərə səbəb olan haldır (şəkil 40).
Ekoloji xarakterli fövqəladə halların səbəb olduğu təbii
mühit sabitliyinin pozulmasının əsas nəticələrinə aiddir:
• Dünya əhalisinin artımı və eyni zamanda həyat üçün yaralı
ərazilərin azalması;
• Biosferin əsas komponentlərinin tənəzzülü və bununla
əlaqədar insan sivilizasiyasının öz-özünü saxlaması
və təmin
etməsi üçün təbiətin potensialının aşağı düşməsi;
• Mümkün iqlim dəyişikliyi və Yerin ozon qatının tükənməsi;
• Bioloji növ müxtəlifliyinin azalması;
Mülki müdafiə
147
• Təbii fəlakət və texnoloji qəzara nəticəsində dəyən ekoloji
ziyanın artması.
Antropogen qəzaların ekosistemlərə təsirləri arasında
xüsusi təhlükəli olanlarından aşağıdakıları göstərmək olar:
• Atom elektrik stansiyalarında və kimyəvi müəssisələrdə baş
verən qəzalar;
• Yanacaq, radioaktiv və zəhərli maddələrin nəqli zamanı baş
verən qəzalar;
• Sutəmizləyici qurğularda və neft borularında baş verən
qəzalar;
• Geniş ərazilərdə meşə yanğınları;
• Tankerlərin və neftçıxarma platformaların qəzaları.
Ekoloji nəticələr baxımından
kimya obyektlərində baş
verən böyük qəzalar çox təhlükəli və ağırdır. Bu halda
atmosferin yerüstü təbəqəsi,
su mənbələri, torpaq və s. zəhərli
maddələrə yoluxur.
Dostları ilə paylaş: