Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə95/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Ozon
dəlikləri. 
Atmosferdə 
20-25 
km 
hündürlükdə 
böyük miqdarda ozon molekulaları mövcuddur, onların əsas 
işi günəş spektrinin canlı orqanizmlər üçün zərərli hissəsini 
udur. Alimlərin apardıqların tətdqiqatların nəticələrinə görə 
nəticədə dəri xərçəngi, katarakta kimi xəstəliklərin inkişafı, 
meşə və dəniz ekosistemlərinin pozulması baş verir. Bu qazlar 
atmosferada onillərlə qalır. Oradan stratosferaya keçir, günəş 
radiasiyasının təsirindən xlor atomları əmələ gəlir, onlar da 
ozonun oksigenə çevrilməsini kataliz edir. Ozon dəliklərinin 


Mülki müdafiə 
150 
əmələ gəlməsinə avtomobillər, aerozol balonlarında istifadə 
olunan freonlarla yanaşı digər birləşmələr xlor, karbon qazı da 
mənfi təsir göstərir. Ozon qatının 1% azalması onkoloji 
xəstəliklərin 6% artmasına səbəb olur.
İstilikxana
effekti. 
Bəzi atmosfer qazları günəşin görünən 
işıq şüalarını yaxşı keçirir və planetin istilik şüalanmasını 
udaraq ümumi istiləşməyə səbəb olur. Atmosferin yuxarı 
qatlarında toplanan karbon qazı Yerlə Kosmos arasında gedən 
istilik mübadiləsinə mane olur, nəticədə həm antropogen təsir, 
həm də vulkan püskürməsi və geotermal sulardan baş verən 
istilik Yerdə tempraturanın toplanaraq artmasına və istixana 
effektinə səbəb olur.
Turşu
yağışları. 
Turşu yağları (qar, duman) suda kükürd və 
azot oksidləri həll olması nəticəsində yaranır. Kükürd oksidləri 
atmosferin 
əsas 
çirkləndiricilərindən 
olub, 
istilik 
stansiyalarında, qazanxanalarda karbohidrogenlərin (kömürün, 
neftin və digər üzvi yanacaqların) yanma məhsullarıdır. Turşu 
yağışları bitkilərin yarpaqlarından zülalları, amin turşularını, 
qlükozanı, kaliumu yuyub çıxardır; torpaqda qumusu yuyub 
çıxarır, kalsiumun, kaliumun, maqneziumun miqdarını aşığı 
salır; iri ekosistemləri, bitki və meşələri məhv edir, gölləri və 
çayları cansız hövzələrə çevirir. Turşu yağışları torpağın 
münbitliyini aşağı salır, flora və faunaya mənfi təsir edir.

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin