Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə104/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Demoqrafik problemlər
. Sosial-siyasi xarakterli FH əsas 
səbəblərindən biri dünyadakı demoqrafik problemlərdir. 
DEMOQRAFİYA 
(yunanca 
«demos—xalq, 
grapho—
yazıram»)-əhalinin reproduksiya qanunauyğynluqlarını, onun 
sosial-iqtisadi xarakterlərdən, təbii şəraitdən, miqrasiyadan 
asılılığı haqqında elmdir; əhalinin sayını, tərkibini, yerləşməsini 
öyrənir, həmin göstəricilərdə baş verən dəyişiklikləri, həmin 
dəyişikliklərin səbəblərini və nəticələrini öyrənir.
DEMOQRAFİK 
KRİZİS – əhali reproduksiyasının 
pozulmasıdır. Bu həm əhalinin sayının azalması, həm də 
sayının artmasıdır. Birinci halda bir ölkədə və ya ərazidə 
doğumun normal reproduksiyadan aşağı olması, hətta ölüm 
sayından da az olmasıdır. Əhali sayının artıqlığı və ya başqa 
sözlə demoqrafik partlayış dedikdə müəyyən ərazidə əhalinin 
sayı ilə həmin ərazidəki əhalinin həyati vacib ehtiyatlarla 


Mülki müdafiə 
162 
təminatı arasındakı uyğunsuzluq başa duşulur Sosial-siyasi 
xarakterli FH əsas səbəblərindən biri də dünyadakı ərzaq 
çatmamazlığı, başqa sözlə aclıqdır.
Aclıq və onun formaları
. Aclığın 2 forması vardır–aşkar 
(mütləq aclıq) və gizli (nisbi aclıq: lazımi qədər qialanmama
qida rasionunda həyati vacib komponentlərin çatmamazlığı və 
ya heç olmaması).
Aclığın hər iki forması ağır nəticələrə səbəb olur: infeksion, 
psixi və maddələr mübadiləsinin pozulması ilə əlaqədar digər 
xəstəliklər artır, fiziki və əqli inkişaf pozulur, vaxtından qabaq 
ölüm baş verir. Texnoloji dünyada gizli aclıq həm varlı, həm də 
kasıb ölkələrdə aktual problemə çevrilmişdir.
KÜTLƏVİ ACLIQ daha qlobal problemdir və çoxlu sayda 
insan ölümünə səbəb olur. Adətən kıtləvi aclığın səbəbi təbii 
iqlim dəyişiklikləridir. Aclığın təbii səbəbləri məhsuldarlığın 
çox aşığı həddə düşməsi və epidemiyalar, müharibələr, iqtisadi 
cəhətdən-müxtəlif sahələrdə düzgün aparılmayan siyasət, 
məsələn, kapitalizm quruluşunda iqtisadi böhranlar və s.dir.
Dünyada beş yaşa qədər uşaqlar arasında hər il 13 milyona 
qədər uşaq tələf olur. Onların ölümünə səbəb aclıq nəticəsində 
qızılca, malyariya və pnevmoniya (sətəlcəm) kimi xəstəliklərə 
yoluxmadır. Ananın doyunca qidalanmaması az çəkili və pis 
inkişaf etmiş uşaqların dünyaya gəlməsinə səbəb olur. Belə 
uşaqlar inkişafdan qalır, bütün həyatı boyunca xəstəliklərə 
asanlıqla yoluxurlar. Qidada əsas vitaminlərin və mineralların 
çatmamazlığı bütün dünyada ağır xəstəliklərin və milyonlarla 
insanların ölümünə gətirib çıxarır. Hətta bəzi elementlərin 
yüngül kəsiri belə uşağın inkişafını ləngidə bilər, məktəbdə 
dərslərin mənimsənilməsini aşağı salır, nəticədə uşaqlar 
məktəbi atır və savadsızlıq səviyyəsi artır.
Lakin ərzaq məhsullarının lazımi qədər istehsalı aclıqdan 
xilas etmir, çünki ərzaq məhsulları həm də keyfiyyət cəhətdən 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin